Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5262/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Yasamal rayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və "xxxx" ASC cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Yasamal r ayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və "xxxx" ASC cəlb edilməklə) “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-77/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 Cavabdeh1 MMC-nə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m olan 3 otaqlı mənzilin təmirinin tamamlanaraq təhvil verilməsi və ziyan ın ödənilməsini tələb etmişdi. Həmin iş üzrə İddiaçı və X3 müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi işə cəlb olunmuşdur.
2. Üçüncü şəxs İddiaçı həmin mülki işdə bildirmişdir ki, satıcı Cavabdeh1 MMC ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzili alıcının mülkiyyətinə verməyi, özü isə həmin sahəni qəbul edərək, qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini – hər kv.metri üçün 500 manat olmaqla 45700 manat pulu ödəməyi öhdəsinə götürmüşdür (1-ci cild, səh.13).
3. Eyni zamanda digər üçüncü şəxs X5 həmin işdə bildirmişdir ki, satıcı Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzili onun mülkiyyətinə verməyi, özü isə həmin sahəni qəbul edərək, qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini – hər kv.metri üçün 520 USD olmaqla 47528 USD məbləğdə pulu ödəməyi öhdəsinə götürmüşdür (1-ci cild, səh.13).
4. Həmin mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X4 cavabdeh YYYMMC-nə qarşı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m olan 3 otaqlı mənzilin təmirinin tamamlanaraq təh vil verilməsi və ziyanın ödənilməsi tələbi təmin edilməmiş, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh YYYMMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınması və həmin mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin (İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsimdə inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m təşkil edən 2 otaqdan ibarət, şərti olaraq 124 saylı adlandırılmış mənzilin sahəsinə aid olmayan) X2 təhvil verilməsi qət edilmişdir (1-ci cild, səh. 12-18).
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs "xxxx" ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.mdən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi öhdəliyinin "X10” MMC-yə həvalə edilməsi hissəsində ləğv edilərək, həmin hissədə i ddia qismən təmin edilmiş, cavabdeh «X10” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət «124» saylı mənzilin sahəsinə aid olmayan) mənzilin İddiaçı təhvil verilməsinin təmin edilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir və qanuni qüvvəsini almışdır.
6. Qeyd olunan qətnamə icraya yönəldilmiş, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru xx.xx.2019-cu il tarixdə qətnamənin icra olunması üçün ünvana getmiş və həmin binanın 17-ci mərtəbəsində 91.4 kv.m-dən ibarət 2 otaqlı cəmi 2 mənzilin olduğu müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzillərdən biri Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası qaydasında xx.xx.2008-ci il tarixli aktla "xxxx" ASC-yə təhvil verilmişdir. Digər mənzildə isə Cavabdeh2 ailə üzvləri ilə birlikdə xx.xx.2014-cü il tarixli müqavilə əsasında yaşayır və mənzil onun tərəfindən təmir olunmuşdur. Buna görə də icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi icra edilməyən və ya icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır.
7. YYYMMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin satılması barədə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Mənzilin dəyərinin Cavabdeh2 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)6939/2019 saylı qətnaməsi ilə Cavabdeh2 Meqa Siti” Holdinq” MMC-yə qarşı iddia tələbi təmin edilərək, həmin mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər "Meqa-Siti Holdinq” MMC və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Yasamal Rayon İcra və Probasiya Şöbəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətini cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin cavabdehlər Cavabdeh2 və "xxxx" Holdinq MMC tərəfindən boşal dılaraq, qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 1493/2018 saylı qətnaməsinin icra olunaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsindən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" Holdinq MMC ilə 2008-ci il tarixdə müqavilə imzalayaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı 124 nömrəli mənzili almışdır. Cavabdeh evi ona təhvil vermədiyi üçün mə hkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddiası təmin olunub. Lakin xx.xx.2019-cu il tarixdə icra vərəqəsi İcra şöbəsinə daxil olsa da, bu günə qədər icra olunmamışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, ümumiyyətlə həmin bina problemlidir, tək iddiaçı deyil, yüzlərlə insan zərər çəkib. Çünki bina bir dəfə saat bir dəfə saat istiqamətində, bir dəfə saat istiqamətinin əksi istiqamətdə nömrələnib. Mübahisəli mənzilə münasibətdə bildirmək istəyir ki, Cavabdeh2 mənzili ümumi sahəsi 91,4 kv.m olan 3 otaqlı 128 nömrəli mənzildir. İddiaçının mənzili isə 2 otaqlı və 124 nömrəli mənzildir. Onların müqaviləsində mənzil 128 nömrəli, 3 otaqlı, sahəsi 91,4 kv.m göstərilib.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəx s Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Allahverdiyev birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə icra vərəqəsi icraatına daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə həmin ünvana getmişdir. Həmin binanın 17-ci mərtəbəsində iki otaqlı iki mənzil var idi. Biri 2010-cu il tarixli icra vərəqəsi ilə "xxxx" ASC- yə təhvil verilmiş, digəri isə 2014-cü il tarixli müqavilə ilə Cavabdeh2 aiddir. Bu səbəbdən qətnamənin icrası mümkün olmamışdır.
13. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, 17-ci mərtəbədə liftdən çıxan kimi soldan sağa mənzillər 125, 126, 127, 128 kimi nömrələnib. Liftdən çıxan kimi sağ tərəfdə yerləşən 124 saylı mənzil "xxxx" ASC-nin sahi bliyindədir. 128 saylı mənzil isə Cavabdeh2 sahibliyindədir. 128 saylı mənzilə baxış keçirildi. Mənzil 3 otaqlı, 91.4 kv.m sahədən ibarətdir və təmirlidir. Baxış zamanı 128 saylı mənzildən solda yerləşən 127 saylı mənzilin qapısı döyülmüş, mənzilin mülkiyyətçisi bildirmişdir ki, mənzil ona Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən verilmişdir. 16-cı mərtəbədə mənzillər liftdən çıxan kimi soldan sağa 117, 118, 119, 120 kimi nömrələnib. 119 saylı mənzilin qapısı döyülsə də açan olmamışdır. Həmçinin 128 saylı mənzildən üst mərtəbədə yerləşən 136 saylı mənzilin qapısı döyülmüş, mülkiyyətçi qapını açaraq demişdir ki, müqavilədə mənzilin nömrəsi 136-dır. Həmin mənzil 3 otaqdan ibarətdir. Müqavilə isə Səmədova Lalənin adınadır.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-384/2020 nömrəl i, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binada mənzillərin müvafiq dövlət orqanı tərəfindən rəsmi qeydə alınma ilə nömrələnməsini təsdiqləyən sübutları təqdim etməmişdir. Başqa sözlə, iş materiallarında mübahisəli mənzilin nömrəsinin 128 deyil, 124 olmasına dair dövlət orqanında qeydə alınmış rəsmi məlumat mövcud deyil. Bu hallar ona dəlalət edir ki, iddiaçı Cavabdeh2 sahibliyində olan mənzilin məhz 124 nömrəli mənzil olduğunu təsdiqləyən mötəbər və kifayətedici sübutları təqdim edə bilməmişdir. Yerli baxış nəticəsində isə Cavabdeh2 sahibliyində 128 saylı mənzilin olması, həmin mənzildən sol tərəfdə yerləşən 127 saylı mənzilin məhkəmənin qətnaməsinə əsasən digər sakinə verilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı qızı Cavabdeh2 sahibliyində olan mənzilin məhz ona məxsus 124 saylı mənzil olmasını sübuta yetirə bilmədiyindən, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara və çıxışlarına hüquqi qiymət verməmiş, əsassız, ziddiyyətli qətnamə çıxarmışdır. Belə ki, qətnamənin təsviri hissəsində məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə istinad edərək istinad etdiyi halları sübut etməli olduğunu qeyd edir. Lakin iş üzrə tutarlı sübut olan xx.xx.2018-ci il tarixli 2(004)-1493/2018 saylı qətnaməyə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabına heç bir hüquqi qiymət verməmiş, yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yerində müayinə keçirmiş, lakin cavabdeh MMC-nin mənafeyinə uyğun qərara gələrək mənz il nömrələrinin sağdan sola sayılması fikrinə gələrək əsassız və qanunsuz qətnamə çıxararaq maddi hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə onun hüququnu pozmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsində icraat zamanı da mübahisəli mənzilə, həmin mərtəbədən yuxarıda və aşağıdakı mərtəbələrdə yerləşən mənzillərə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli ünvan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binada yerləşir, binanın hər mərtəbəsində 8 mənzil vardır, 17-ci mərtəbədə pilləkən meydançası ilə üzbəüz dayandıqda, 4 mənzil sol tərəfdə, 4 mənzil isə sağ tərəfdə yerləşir. Sağ tərəfdəki mənzillər saat əqrəbinin əksi istiqamətində 1 21, 122, 123 və 124, sol tərəfdəki mənzillər isə saat əqrəbi istiqamətində olmaqla, 125, 126, 127, 128 rəqəmləri ilə nömrələnmişlər. Həmin mərtəbədə yalnız 2 mənzilin (124 və 128 saylı mənzillər) sahəsi 91,4 kv.m təşkil edir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, 128 nömrəli qeyd olunmuş mənzil onun mənzilidir, həmin mənzil əslində 124 saylı mənzildir, sonradan dəyişdirilib 128 qeyd olunmuşdur, bütün binalarda mənzillər soldan sağa sayılır. Sədrlik edən üzərinə 126 qeyd olunmuş mənzilin sahibindən həmin mənzilin neçə saylı mənzil olduğunu soruşur. Mənzilin sahibi həmin mənzilin 126 saylı mənzil olduğunu qeyd edir. Mənzilin sahibi müqaviləni təqdim edir. Müqavilənin 126 saylı mənzilə aid olduğu müəyyən edilir. Sədrlik edən həmin mənzillə üzbəüz olan mənzilin sahibində n onun mənzilinin neçə saylı mənzil olduğunu soruşur. Mənzil sahibi 122 saylı mənzil olduğunu qeyd edir. Sədrlik edən 15-ci mərtəbədəki mənzillərə baxış keçirir. Baxış zamanı müəyyən olunur ki, 17-ci mərtəbədə yerləşən 128 saylı mənzilin yerində 15-ci mərtəbədə 112 saylı mənzil yerləşmişdir. Binanın 12-ci mərtəbəsində baxış zamanı müəyyən olunur ki, sol tərəfdə yerləşən mənzillər soldan sağa (saat əqrəbi istiqamətində) 85, 86, 87, 88, sağ tərəfdə yerləşən mənzillər isə sağdan sola (saat əqrəbinin əksi istiqamətində) 81, 82, 83, 84 rəqəmləri ilə nömrələnmişlər. Binanın bütün mərtəbələrinə keçirilən baxış zamanı müəyyən olunur ki, binada girişdən sol tərəfdə yerləşən mənzillər soldan sağa (saat əqrəbi istiqamətində), sağ tərəfdə yerləşən mənzillər isə sağdan sola (saat əqrəbinin əksi istiqam ətində) nömrələnmişdir. Qeyd edilən nömrələməni nəzərə aldıqda, iddiaçının boşaldılmasını tələb etdiyi mənzilin 128 saylı mənzil olduğu, 124 saylı mənzilin isə həmin mənzilə bitişik yerləşən digər mənzil olduğu müəyyən edilir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-77/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
21. Məhkəmənin eyni tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdı r ki: 22.1. İddiaçının iddia etdiyi mənzilə olan hüquqları onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilədən irəli gəldiyindən bu mənzilin həmin müqavilə ilə nəzərdə tutulmuş 124 saylı mənzil olmasını sübut etmək yükünü də iddiaçı daşıyır. Lakin iddiaçı bu iddiası ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və yalnız çoxmənzilli yaşayış binalarında mənzillər soldan sağa istiqamətdə nömrələnməli olduğundan, həmin qayda ilə nömrələmə aparıldıqda isə cavabdehin istifadəsində olan 128 saylı mənzil əslində 124 saylı mənzil hesab edilməli olduğundan, məhz həmin mənzilin boşaldılaraq ona təhvil verilməli olduğunu bildirir. 22.2. 10 may 2013-cü ildə təsdiq edilmiş AZS ***-**** saylı “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan n ömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” Standartının 4.10.2-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkənin yuxarı hissəsindən baxanda pilləkən meydançasının solundan başlamaqla saat əqrəbi istiqamətində 1-dən başlayaraq ardıcıl nömrələmə qaydasında mənzilə nömrə verməklə formalaşır. 22.3. Kollegiya qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında mənzilə dair müqavilə xx.xx.2008-ci ildə bağlanmışdır, istinad edilən bu standart isə 2013-cü ildə, yəni müqavilə bağlandıqdan təxminən 5 il sonra qəbul edilmişdir. 22.4. Müqavilə bağlanarkən belə bir standartın mövcud olması halında belə, binadakı mənzillərin həmin standarta uyğun olmayan şəkildə nömrələnməsi özüözlüyündə hazırkı iddianın əsaslı olması anlamına gəl mir və yalnız nömrələmədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, standartlara uyğun yeni nömrələmənin aparılması üçün əsas ola bilər. Bu dəlil hazırkı iddianın əsaslılığı baxımından o zaman əsaslı hesab edilə bilərdi ki, binada olan mənzillər həmin standarta uyğun nömrələnmiş olsun və sonradan hazırkı mövcud vəziyyətinə uyğun şəkildə nömrələnmə dəyişdirilsin. Lakin hazırkı işin hallarından belə bir vəziyyətin əvvəllər mövcud olması sübuta yetmir. 22.5. Beləliklə, hazırkı işin araşdırılan halları ilə Cavabdeh2 istifadəsində olan 128 saylı mənzilin iddiaçıya təhvil verilməli olan 124 saylı mənzil olması müəyyən edilmir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 77.1-ci maddəsinə, “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələr inin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” Standartının 4.10.2-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2013-cü il tarixdən əvvəlki standartı müəyyən etməmiş, Cavabdeh1 MMC tərəfindən qeyri-standart nömrələmənin nə vaxtdan tətbiq edilməsini aydınlaşdırmamışdır. Halbuki İddiaçı əsas dəllilərinin biri ilkin alqı-satqı zamanı nömrələnməyə əsasən 128 saylı mənzilin əvvəlki 124 saylı mənzil olmasıdır. Bundan başqa İddiaç ı 17-ci mərtəbədə sahiblənərkən nə banka mənzil təhvil verilməmiş, nə də ki, Cavabdeh2 adlı şəxs həmin mərtəbədə 91.4 kv.m ölçüdə mənzili olmamışdır. Cavabdeh qətnaməni yalnız özünə aid hissədə, yəni Əli Abbasovun mənzilə köçürülməsi hissəsində mübahisələndirə bilərdi, qətnaməni bütövlükdə mübahisələndirmək hüququ mülkiyyətçi kimi tanınan üçüncü şəxsə aiddir, üçüncü şəxs isə qətnaməni mübahisələndirməyib. Nə qədər ki, üçüncü şəxs iddianı mübahisələndirməyib, iddiaçıya münasibətdə iddia təmin edilməlidir, apelyasiya məhkəməsinin qətnaməsi isə həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Cavabdeh mənzilə köçmək istəmirsə, bu onun öz hüququdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur,
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddiaçının mənzilə sahiblənərkən mənzilin banka təhvil verilmədiyi və Cavabdeh2 adlı şəxsin həmin mərtəbədə 91.4 kv.m ölçüdə mənzilinin olmaması barədə dəlilləri əsassızdır. Çünki iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/10 saylı qərardadından görünür ki, həmin qətnamə ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında digər mənzillərlə yanaşı “A” blokunda 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 91. 4 kv.m-dən ibarət mənzilin də "xxxx" ASC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
42. Qeyd olunan qərardaddan həmçinin görünür ki, sözügedən tikiliyə bankın dirov hüququ xx.xx.2007-ci il tarixli müqavilə əsasında yaranmışdır.
43. Həmçinin yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, işə baxılarkən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət mənzilin digər mülki iş üzrə 1-ci blokda yerləşən 124 saylı mənzil ilə eynilik təşkil etdiyi və "xxxx" ASC-nə təhvil verilməsi barədə qərarın icra edildiyi müəyyən edilmişdir.
44. Məhz bu əsasla olu nan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası xx.xx.2021-ci il tarixli qətnaməsində o nəticəyə gəlmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli və cavabdeh "xxxx" MMC İddiaçı "xxxx"a verilmiş şərti olaraq “124” saylı adlandırılmış mənzilə aid olmayan digər sahədən 91,4 kv.m-dən ibarət yaşayış sahəsi ilə təmin etməlidir.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-77/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.