Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4349/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddiası; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası; Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı digər tələbləri üzrə (Açar sözlər: evin boşaldılaraq təhvil verilməsi, mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 22 dekabr 2011-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və tərəflər qarşılıqlı şəkildə öhdəliklər götürmüşlər. Kooperativ, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 2-ci girişin 16-cı mərtəbəsindəki 150 saylı mənzilini payçıya verməyi; payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. 22 dekabr 2011-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya tam ödənilmişdir, borcu yoxdur.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə ev 16 ünvanda yerləşən 150 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 150 saylı mənzil İddiaçı adına "xxxx" MTK tərəfindən verilmiş 23 iyul 2022-ci il tarixli 150 saylı protokoldan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən ilkin qeydiyyata alınmışdır və qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məktuba əlavə olunmuşdur.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(006)- 497/2022 saylı qətnaməsi ilə Məmmədov Raul Rəsul oğlunun Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Məmmədov Raul Rəsul oğlu ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı Nikah Evində (Səadət Sarayında) 652 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Rəsul Raul oğlu və xx.xx.2016-cı il təvəllüdlü Məmmədli Adnan Raul oğlu anaları Cavabdeh yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədov Raul Rəsul oğlundan hər uşağa görə ayda 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissənin dərhal icra edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə ev 16 ünvanda yerləşən 150 nömrəli mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak 00801 i004688-05301-093263 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh, oğlu Məmmədov Raul ilə ailə qurandan sonra onlara müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Sonradan onların nikahı pozulmuşdur. Hal-hazırda Cavabdeh övladları Məmmədli Rəsul Raul oğlu və Məmmədli Adnan Raul oğlu ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə ev 16 ünvanda yerləşən 150 nömrəli mənzildə yaşayır. Cavabdehə dəfələrlə mülkiyyətində olan evin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə evi ona təhvil verməkdən imtina edir. Cavabdeh tərəfindən mülkiyyət hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin yaşayış evi onun mülkiyyətində olsa da, öz şəxsi mülkiyyətindən istifadə edə bilmir və hüquqları kobudcasına pozulur.
8. Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 4 ünvanda yerləşən 150 nömrəli mənzildən çıxarılması qarşılığında ona 30.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu Məmmədov Raul Rəsul oğlu ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022-ci il tarixdə məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Nikahlarına xitam verildikdən sonra da, ünvan 5 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Hazırda isə keçmiş qayınatası iki azyaşlı övladı ilə onu evdən çıxarıb çölə atmağa və evsiz-eşiksiz qoymağa çalışmaqdadır. Halbuki, o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa möhtacdır, çünki onların başqa yaşayacaq bir evləri yoxdur. 2 azyaşlı övladına təkbaşına baxan bir ananı evindən çıxarıb küçəyə atmaq hansı ədalət və qanunda mövcuddur? Məhkəmənin nəzərinə çatdırır ki, həmin ev əvvəl onun həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra eşitdiyi məlumata cavabdeh həmin evi oğlunun adından öz adına rəsmiləşdirmişdir. Bunun ardınca isə cavabdehin övladlarına və ona qarşı təzyiqləri başlanmışdır. Bu təzyiqləri etməkdə məqsəd isə onları evlərindən didərgin salmaqdır. Hazırda isə cavabdeh evin kommunal təminatlarını dayandırmaqla məşğuldur. Bir ay əvvəl isə cavabdeh açıq formada evin elektrik enerjisi təchizatını kəsməyə, dayandırmağa başlamışdır. Artıq bir aydan uzun müddətdir ki, iki azyaşlı övladı ilə birlikdə elektrik enerjisi olmayan evdə yaşamağa məcbur qalmışdır. Ərzaq məhsulları xarab olmasın deyə qonşuların soyuducularından istifadə edir. Göründüyü kimi İddiaçı onu və övladlarını qərəzli olaraq belə bir acınacaqlı duruma salmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu mənzildən çıxarmaq səyləri tamamilə qanunaziddir. Belə ki, onun həmin mənzildən çıxarılması yalnızca ona müvafiq kompensasiya ödənilməsi şərti ilə mümkündür. Həmin kompensasiya qarşılığında o, ən azından övladları ilə yaşaya biləcəyi bir otaqlı da olsa bir mənzil tapıb həyatla mübarizələrini davam etdirə bilərlər. Həmin evdən çıxarılması qarşılığında tələb etdiyi kompensasiyanın məbləğini isə 30.000 manat dəyərində qiymətləndirir. Həmin məbləğin ona ödənilməsi qarşılığında iddia predmeti olan mənzili boşaltması mümkündür.
10. Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahları dövründə qazanılmış maddi vəsait hesabına əldə edilmiş ünvan 5 ünvanda yerləşən yaşayış evinin cavabdeh Məmmədov Raul Rəsul oğlu ilə aralarında bərabər şəkildə bölünməsi, ünvan 5 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
11. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov Raul Rəsul oğlu ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022-ci il tarixdə məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Nikahlarına xitam veriləndən sonra da, ünvan 6 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Həmin ev əvvəl onun həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra cavabdeh həmin evi öz atasının adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən notarial qaydada qarşılıqlı arzu əsasında birgə nikahları dövründə qazanılmış maddi vəsait hesabına əldə edilmiş ümumi əmlaklarının bərabər şəkildə bölünməsi haqqında sazişin bağlanması məqsədi ilə cavabdehə mediasiya təklifi göndərilmişdir. Lakin Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ilkin mediasiya prosesinden sonra bu prosesin davam etdirilə bilməməsi və barışıq sazişinin əldə edilməməsinə dair arayış təqdim olunmuşdur. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 5 ünvanda yerləşən mənzil birgə nikah dövrlərində əldə olunmuşdur. Həmin evin alınmasında birgə ailə təsərrüfatlarından istifadə edilmişdir. Qeyd edir ki, o, həkim vəzifəsində çalışır və əldə etdiyi gəlirlər hesabına həmin ev alınmışdır. Lakin bildirməlidir ki, hazırda cavabdeh ilə faktiki nikah münasibətlərində deyillər. Aralarında bağlanmış nikaha isə artıq məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Halbuki, Respublikanın qanunvericiliyində açıq formada təsbit olunmuşdur ki, birgə nikah dövründə əldə edilən əmlak ər və arvadın xüsusi mülkiyyəti hesab edilir. Məhz bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 5 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən inşa edilmişdir. Dəfələrlə həmin şirkətə müraciət edərək evin alğı-satqı müqaviləsini tələb etsə də, ona müsbət cavab verilməmişdir. Hətta ən sonda vəkili tərəfindən rəsmi sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Həmçinin, aldığı məlumata əsasən keçmiş həyat yoldaşı həmin evi onun razılığı olmadan öz atasına, İddiaçı satmışdır. Bu səbəbdən, həmin müqavilənin də etibarsız hesab edilməsi mütləqdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e- 2(006)- 551/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-551/2023 saylı mülki işlə həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-214/2023 saylı mülki işin birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(006)-214/2023 nömrəsinin verilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiasının təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə 16 saylı evin 150 saylı mənzili (Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 18, M16, m6) ilk iddia üzrə Cavabdeh tərəfindən boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 158.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu Məmmədov Raul Rəsul oğlu ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Onlar arasında olan rəsmi nikahdan Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, Cavabdeh keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022-ci il tarixdə məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Aralarında olan nikaha xitam verildikdən sonra da, Cavabdeh ünvan 5 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Cavabdeh keçmiş qayınatası iki azyaşlı övladı ilə onu evdən çıxarıb çölə atmağa və evsiz-eşiksiz qoymağa çalışır. Halbuki, O, ailəsi ilə birlikdə həmin evdə yaşamağa möhtacdır, çünki onların başqa yaşayacaq bir evləri yoxdur. Həmin ev əvvəl Cavabdeh həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra ilkin iddia üzrə İddiaçı həmin evi oğlunun adından öz adına rəsmiləşdirmişdir. Məhz bundan sonra isə iddiaçının onun övladlarına və ona qarşı təzyiqləri başlanmışdır. Bu təzyiqləri etməkdə məqsəd isə onları evlərindən didərgin salmaqdır. İddiaçı bu məqsədinə çatmaq üçün Cavabdeh və övladlarının yaşadığı evin kommunal təminatını, elektrik enerjisi təminatını dayandırmaqla məşğuldur. Artıq uzun müddətdir ki, Cavabdeh iki azyaşlı övladı ilə birlikdə elektrik enerjisi olmayan evdə yaşamağa məcbur qalmışdır. Ərzaq məhsulları xarab olmasın deyə qonşuların soyuducularından istifadə edir. Göründüyü kimi, İddiaçı onu və övladlarını qərəzli olaraq belə bir acınacaqlı duruma salmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu mənzildən çıxarmaq səyləri tamamilə qanunaziddir. Belə ki, Cavabdeh həmin mənzildən çıxarılması yalnızca ona müvafiq kompensasiya ödənilməsi şərti ilə mümkündür. Həmin kompensasiya qarşılığında O, ən azından övladları ilə yaşaya biləcəyibir otaqlı da olsa bir mənzil tapıb həyatla mübarizələrini davam etdirə bilərlər. Hesab edir ki, hüquqlarını müdafiə etdiyim Cavabdeh həmin mənzildən çıxarılması qarşılığında tələb etdiyi kompensasiyanın məbləğini isə 30.000 manat dəyərində qiymətləndirilməlidir. Sözügedən məbləğin ona ödənilməsi qarşılığında iddia predmeti olan mənzili boşaltması mümkündür. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki , ünvan 7 ünvanda yerləşən mənzil TürkanMəmmədova ilə Raul Məmmədov arasında olan birgə nikah dövründə əldə olunmuşdur. Həmin evin alınmasında birgə ailə təsərrüfatlarından istifadə edilmişdir. Bundan başqa bildirir ki, Cavabdeh həkim vəzifəsində çalışır və əldə etdiyi gəlirlər hesabına həmin ev alınmışdır. Lakin, hazırda Raul Məmmədovla faktiki nikah münasibətlərində deyildirlər. Aralarında bağlanmış nikaha isə artıq məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Halbuki, Respublikanın qanunvericiliyində açıq formada təsbit olunmuşdur ki, birgə nikah dövründə əldə edilən əmlak ər və arvadın xüsusi mülkiyyəti hesab edilir. Bundan başqa qeyd edir ki, mübahisə predmeti sayılan ünvan 5 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən inşa edilmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh dəfələrlə həmin şirkətə müraciət edərək evin alğı-satqı müqaviləsini tələb etsə də, ona müsbət cavab verilməmişdir. Hətta ən sonda vəkili tərəfindən rəsmi sorğu verilsə də, "xxxx" MMC tərəfindən həmin sorğuya cavab verilməmişdir. Həmçinin, Cavabdeh aldığı məlumata əsasən keçmiş həyat yoldaşı həmin evi onun razılığı olmadan öz atasına, İddiaçı satmışdır. Bu səbəbdən, həmin müqavilənin də etibarsız hesab edilməsi mütləqdir. Bundan başqa, birinci instansiya məhkəməsində sözügedən evin qiymətləndirilməsi barədə tərəfindən vəsatət verilsə də, qərəzli şəkildə həmin evin qiymətlənidirilməsi barədə müvafiq ekspertiza təyin olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə həqiqəti müəyyən etməkdən ötrü əsaslı araşdırma aparılmamış, mühüm əhəmiyyət kəsb edən faktlar yoxlanılmamışdır. Sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlarının araşdırılması barədə birinci instansiya məhkəməsinə tərəfindən dəfələrlə vəsatət verilsə də, digər vəsatətləri kimi həmin vəsatətləri də təmin edilməmişdir. Ancaq birinci instansiya məhkəməsi hazırkı işə qeyri-obyektiv və səthi yanaşaraq qeyd etdiyi xüsusatları qərəzli şəkildə nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbuletmişdir. Həmçinin qeyd edilməlidirki, məhkəmənin hazırkı qətnaməsində dövlət rüsumun hansı miqdarda ödənilməli olması ilə bağlı hər hansı bir məlumat göstərilməmişdir. Bu isə hazırkı şikayətinizi məhkəmənin elektron sisteminə yükləməkdə bizə müəyyən çətinliklər yaratmışdır. Yalnız tərəfindən edilən müraciətlərdən sonra məhkəmə dövlət rüsumunun hansı miqdarda olması ilə bağlı olaraq proses təyin etmişdir. Hesab edirki, birinci instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı olaraq kobud prosessual pozuntuya yol vermişdir. Hansıkı dövlət rüsumunun düzgün ödənilməməsi şikayətin geri qaytarılması üçün əsaslar sırasındadır. Buna görə də hesab edir ki, apelyasiya instansiya məhkəməsi də həmin pozuntuya öz münasibətini bildirməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. İlk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ərizənin əsassız hesab edərək işə ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
21. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
22. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Maddə 33.2 qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. Maddə 152.1 mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.2 mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 158.1 əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
27. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
28. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin bötövlükdə ləğv edilməsi xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mülki iş üzrə üç ayrıayrılıqda tələb mövcud olduğundan və digər iddia tələblərinin nəticəsi ilkin iddia tələbindən aslı olduğundan ilkin olaraq İddiaçı iddia tələbinə hüquqi qiymət verilməlidir.
40. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, mübahisəli mənzil ilk iddia üzrə iddiaçının mülkiyyətindədir, MTK ilə İddiaçı arasında 22 dekabr 2011-ci il tarixli müqavilə bağlanmış, mənzilin dəyəri üzrə ödəniş məhz onun tərəfindən icra edilmişdir.
42. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə ev 16 ünvanda yerləşən 150 nömrəli mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
43. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir
44. Kollegiya həmçinin məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə uyğun qeyd edir ki, mübahisəli mənzil hüquqi baxımdan ilk iddia üzrə iddiaçının oğlunun və ilk iddia üzrə cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik deyil. Belə ki, Cavabdeh iddia tələbində mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alındığını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı əsaslı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materillarından görünür ki, ilə İddiaçı 22 dekabr 2011-ci il tarixli müqavilə əsasında mübahisəli mənzili əldə etmiş və hazırda onun mülkiyyətindədir. Cavabdeh yalnız xx.xx.2014-cü il tarixdə İddiaçı oğlu Raul Məmmədovla nikaha girərək həmin mənzilə gəlin köçmüş, daha sonra isə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(006)-497/2022 saylı qətnaməsi ilə Məmmədov Raul Rəsul oğlunun Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur.
45. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsində ümumiyyətlə söhbət gedə bilməz.
46. Bu səbəbdən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdehlər İddiaçı və Məmmədov Raul Rəsul oğluna qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməsi üçün heç bir əsas mövcud deyil.
47. Kollegiya həmçinin Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı onu qeyd edir ki, iş materiallarında göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin (qayınatasının) razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçmüş və orda yaşamışdır, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun keçmiş qaynatasıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə Məmmədov Raul Rəsul oğlunun Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Ona görə də, hazırkı halda iddiaçının cavabdehə məxsus mənzildən istifadə hüququ yoxdur.
48. Kollegiya xüsusi ilə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçının münahisəli mənzilə dair istifadə hüququ olmadığından və iddiaçının hazırkı iddia ilə çıxış etməsi qanunla nəzərdə tutulmadığından hazırkı halda hər hansı kompensasiyadan söhbət gedə bilməz.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarının mövqeyindən aydın olur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur.
50. Qarşılıqlı iddia üzrə cavabdeh haqlı olaraq mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmasını qarşılıqlı iddia üzrə iddiaçıdan tələb etsə də, sonuncu mənzil üzərində heç bir hüququ olmadığı halda mənzildən çıxmır və mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, məhkəmə düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilə bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, digər iddia tələblərini isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, digər iddialar üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.