Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4509/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiası Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası Cavabdehlər İddiaçı və X4 qarşı digər tələbləri üzrə QƏRARİ (Açar sözlər: evin boşaldılaraq təhvil verilməsi, kompensasiyanın ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanı n ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası, Cavabdehlər İddiaçı və X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 22 dekabr 2011ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və tərəflər qarşılıqlı şəkildə öhdəliklər götürmüşlər. Kooperativ, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 2-ci girişin 16-cı mərtə bəsindəki 150 saylı mənzilini payçıya verməyi; payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2. 22 dekabr 2011-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya tam ödənilmişdir, borcu yoxdur.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 150 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 150 saylı mənzil İddiaçı adına "xxxx" MTK tərəfindən verilmiş 23 iyul 2022-ci il tarixli 150 saylı protokoldan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən ilkin qeydiyyata alınmışdır və qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məktuba əlavə olunmuşdur.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(006)- 497/2022 saylı qətnaməsi ilə X2 Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, X5 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı Nikah Evində (Səadət Sarayında) 652 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2 016-cı il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər uşağa görə ayda 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 150 nömrəli mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak 00801 i00 4688-05301-093263 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh, oğlu Məmmədov Raul ilə ailə qurandan sonra onlara müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Sonradan onların nikahı pozulmuşdur. Hal-hazırda Cavabdeh övladları X6 və X7 ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 150 nömrəli mənzildə yaşayır. Cavabdehə dəfələrlə mülkiyyətində olan evin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə evi ona təhvil verməkdən imtina edir. Cavabdeh tərəfindən mülkiyyət hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin yaşayış evi onun mülkiyyətində olsa da, öz şəxsi mülkiyyətindən istifadə edə bilmir və hüquqları kobudcasına pozulur.
8. Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 5 ünvanda yerləşən 150 nömrəli mənzildən çıxarılması qarşılığında ona 30.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X5 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022ci il tarixdə məhkəmə qaydasında nikahların a xitam verilmişdir. Nikahlarına xitam verildikdən sonra da, ünvan 6 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Hazırda isə keçmiş qayınatası iki azyaşlı övladı ilə onu evdən çıxarıb çölə atmağa və evsiz-eşiksiz qoymağa çalışmaqdadır. Halbuki, o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa möhtacdır, çünki onların başqa yaşayacaq bir evləri yoxdur. 2 azyaşlı övladına təkbaşına baxan bir ananı evindən çıxarıb küçəyə atmaq hansı ədalət və qanunda mövcuddur? Məhkəmənin nəzərinə çatdırır ki, həmin ev əvvəl onun həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra eşitdiyi məlumata cavabdeh həmin evi oğlunun adından öz adına rəsmiləşdirmişdir. Bunun ardınca isə cavabdehin övladlarına və ona qarşı təzyiqləri başlanmışdır. Bu təzyiqləri etməkdə məqsəd isə onları evlərindən didərgin salmaqdır. Hazırda isə cavabdeh evin kommunal təminatlarını dayandırmaqla məşğuldur. Bir ay əvvəl isə cavabdeh açıq formada evin elektrik enerjisi təchizatını kəsməyə, dayandırmağa başlamışdır. Artıq bir aydan uzun müddətdir ki, iki azyaşlı övladı ilə birlikdə elektrik enerjisi olmayan evdə yaşamağa məcbur qalmışdır. Ərzaq məhsulları xarab olmasın deyə qonşuların soyuducularından istifadə edir. Göründüyü kimi İddiaçı onu və övladlarını qərəzli olaraq belə bir acınacaqlı duruma salmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu mənzildən çıxarmaq səyləri tamamilə qanunaziddir. Belə ki, onun həmin mənzildən çıxarılması yalnızca ona müvafiq kompensasiya ödənilməsi şərti ilə mümkündür. Həmin kompensasiya qarşılığında o, ən azından övladları ilə yaş aya biləcəyi bir otaqlı da olsa bir mənzil tapıb həyatla mübarizələrini davam etdirə bilərlər. Həmin evdən çıxarılması qarşılığında tələb etdiyi kompensasiyanın məbləğini isə 30.000 manat dəyərində qiymətləndirir. Həmin məbləğin ona ödənilməsi qarşılığında iddia predmeti olan mənzili boşaltması mümkündür.
10. Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahları dövründə qazanılmış maddi vəsait hesabına əldə edilmiş ünvan 6 ünvanda yerləşən yaşayış evinin cavabdeh X5 ilə aralarında bərabər şəkildə bölünməsi, ünvan 6 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh iddia ərizəsini o nunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022-ci il tarixdə məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Nikahlarına xitam veriləndən sonra da, ünvan 7 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Həmin ev əvvəl onun həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra cavabdeh həmin evi öz atasının adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən notarial qaydada qarşılıqlı arzu əsasında birgə nikahları dövründə qazanılmış maddi vəsait hesabına əldə edilmiş ümumi əmlaklarının bərabər şək ildə bölünməsi haqqında sazişin bağlanması məqsədi ilə cavabdehə mediasiya təklifi göndərilmişdir. Lakin Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ilkin mediasiya prosesinden sonra bu prosesin davam etdirilə bilməməsi və barışıq sazişinin əldə edilməməsinə dair arayış təqdim olunmuşdur. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 6 ünvanda yerləşən mənzil birgə nikah dövrlərində əldə olunmuşdur. Həmin evin alınmasında birgə ailə təsərrüfatlarından istifadə edilmişdir. Qeyd edir ki, o, həkim vəzifəsində çalışır və əldə etdiyi gəlirlər hesabına həmin ev alınmışdır. Lakin bildirməlidir ki, hazırda cavabdeh ilə faktiki nikah münasibətlərində deyillər. Aralarında bağlanmış nikaha isə artıq məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Halbuki, Respublikanın qanunvericiliyində açıq formada təsbit olunmuşdur ki, birgə nikah dövründə əldə edilən əmlak ər və arvadın xüsusi mülkiyyəti hesab edilir. Məhz bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 6 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən inşa edilmişdir. Dəfələrlə həmin şirkətə müraciət edərək evin alğısatqı müqaviləsini tələb etsə də, ona müsbət cavab verilməmişdir. Hətta ən sonda vəkili tərəfindən rəsmi sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Həmçinin, aldığı məlumata əsasən keçmiş həyat yoldaşı həmin evi onun razılığı olmadan öz atasına, İddiaçı satmışdır. Bu səbəbdən, həmin müqavilənin də etiba rsız hesab edilməsi mütləqdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e2(006)551/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-551/2023 saylı mülki işlə həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-214/2023 saylı mülki işin birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(006)-214/2023 nömrəsinin verilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilkin iddiasının təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004-cü məhəllə 16 saylı evin 150 saylı mənzili (Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 18, M16, m6) ilk iddia üzrə Cavabdeh tərəfindən boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil ilk iddia üzrə iddiaçı nın mülkiyyətindədir, MTK ilə onun arasında müvafiq müqavilə bağlanmış, ödəniş məhz onun tərəfindən icra edilmişdir. Bu səbəbdən, həmin mənzil hüquqi baxımdan ilk iddia üzrə iddiaçının oğlunun və ilk iddia üzrə cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik deyil. Bu səbəbdən, Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməsi üçün heç bir əsas mövcud deyil.
15. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin (qayınatasının) razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçmüşdür, həmin mənzildən istifadə hüququ yoxdur. Qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmasını qarşılıqlı iddia üzrə iddiaçıdan tələb etsə də, sonunc u mənzil üzərində heç bir hüququ olmadığı halda mənzildən çıxmır və mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz.
16. Məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, ünvan 2 ünvanda yerləşən 150 nömrəli mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 158.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiuts iyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
19. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X5 ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Onlar arasında olan rəsmi nikahdan Adnan Məmmədli və Rəsul Məmmədli adlı iki övladları doğulmuşdur. İlk vaxtlar aralarındakı münasibətlər yaxşı olsa da, Cavabdeh keçmiş həyat yoldaşının ailəsinə biganə rəftarı nəticəsində 2022-ci il tarixdə məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Aralarında olan nikaha xitam verildikdən sonra da, Cavabdeh ünvan 6 ünvanda övladları ilə birgə yaşamağa davam etmişdir. Cavabdeh keçmiş qayınatası iki azyaşlı övladı ilə onu evdən çıxarıb çölə atmağa və evsiz-eşiksiz qoymağa çalışır. Halbuki, O, ailəsi ilə birlikdə həmin evdə yaşamağa möhtacdır, çünki onların başqa yaşayacaq bir evləri yoxdur. Həmin ev əvvəl Cavabdeh həyat yoldaşının adına rəsmiləşdirilmiş idi. Lakin daha sonra ilkin iddia üzrə İddiaçı həmin evi oğlunun adından öz adına rəsmiləşdirmişdir. Məhz bundan sonra isə iddiaçının onun övladlarına və ona qarşı təzyiqləri başlanmışdır. Bu təzyiqləri etməkdə məqsəd isə onları evlərindən didərgin salmaqdır. İddiaçı bu məqsədinə çatmaq üçün Cavabdeh və övladlarının yaşadığı evin kommunal təminatını, elektrik enerjisi təminatını dayand ırmaqla məşğuldur. Artıq uzun müddətdir ki, Cavabdeh iki azyaşlı övladı ilə birlikdə elektrik enerjisi olmayan evdə yaşamağa məcbur qalmışdır. Ərzaq məhsulları xarab olmasın deyə qonşuların soyuducularından istifadə edir. Göründüyü kimi, İddiaçı onu və övladlarını qərəzli olaraq belə bir acınacaqlı duruma salmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu mənzildən çıxarmaq səyləri tamamilə qanunaziddir. Belə ki, Cavabdeh həmin mənzildən çıxarılması yalnızca ona müvafiq kompensasiya ödənilməsi şərti ilə mümkündür. Həmin kompensasiya qarşılığında O, ən azından övladları ilə yaşaya biləcəyibir otaqlı da olsa bir mənzil tapıb həyatla mübarizələrini davam etdirə bilərlər. Hesab edir ki, hüquqlarını müdafiə etdiyim Cavabdeh həmin mənzildən çıxarılması qarşılığında tələb etdiyi kompensasiyanı n məbləğini isə 30.000 manat dəyərində qiymətləndirilməlidir. Sözügedən məbləğin ona ödənilməsi qarşılığında iddia predmeti olan mənzili boşaltması mümkündür. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, ünvan 8 ünvanda yerləşən mənzil TürkanMəmmədova ilə Raul Məmmədov arasında olan birgə nikah dövründə əldə olunmuşdur. Həmin evin alınmasında birgə ailə təsərrüfatlarından istifadə edilmişdir. Bundan başqa bildirir ki, Cavabdeh həkim vəzifəsində çalışır və əldə etdiyi gəlirlər hesabına həmin ev alınmışdır. Lakin, hazırda Raul Məmmədovla faktiki nikah münasibətlərində deyildirlər. Aralarında bağlanmış nikaha isə artıq məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Halbuki, Respublikanın qanunvericiliyində açıq formada təsbit olunmuşdur ki, birgə nikah dövründə əldə edilən əmlak ər və arvadın xüsusi mülkiyyəti hesab edilir. Bundan başqa qeyd edir ki, mübahisə predmeti sayılan ünvan 6 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən inşa edilmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh dəfələrlə həmin şirkətə müraciət edərək evin alğı-satqı müqaviləsini tələb etsə də, ona müsbət cavab verilməmişdir. Hətta ən sonda vəkili tərəfindən rəsmi sorğu verilsə də, "xxxx" MMC tərəfindən həmin sorğuya cavab verilməmişdir. Həmçinin, Cavabdeh aldığı məlumata əsasən keçmiş həyat yoldaşı həmin evi onun razılığı olmadan öz atasına, İddiaçı satmışdır. Bu səbəbdən, həmin müqavilənin də etibarsız hesab edilməsi mütləqdir. Bundan başqa, birinci instansiya məhkəməsində sözügedən evin qiymətləndirilməsi barədə tərəfindən vəsatət verilsə də, qərəzli şəkildə həmin evin qiymətlənidirilməsi barədə müvafiq ekspert iza təyin olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə həqiqəti müəyyən etməkdən ötrü əsaslı araşdırma aparılmamış, mühüm əhəmiyyət kəsb edən faktlar yoxlanılmamışdır. Sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlarının araşdırılması barədə birinci instansiya məhkəməsinə tərəfindən dəfələrlə vəsatət verilsə də, digər vəsatətləri kimi həmin vəsatətləri də təmin edilməmişdir. Ancaq birinci instansiya məhkəməsi hazırkı işə qeyri-obyektiv və səthi yanaşaraq qeyd etdiyi xüsusatları qərəzli şəkildə nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbuletmişdir. Həmçinin qeyd edilməlidirki, məhkəmənin hazırkı qətnaməsində dövlət rüsumun hansı miqdarda ödənilməli olması ilə bağlı hər hansı bir məlumat göstərilməmişdir. Bu isə hazırkı şikayətinizi məhkəmənin elektron sisteminə yükləməkdə bizə müəyyən çətinliklər yaratmışdır. Yalnız tərəfindən edilən müraciətlərdən sonra məhkəmə dövlət rüsumunun hansı miqdarda olması ilə bağlı olaraq proses təyin etmişdir. Hesab edirki, birinci instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı olaraq kobud prosessual pozuntuya yol vermişdir. Hansıkı dövlət rüsumunun düzgün ödənilməməsi şikayətin geri qaytarılması üçün əsaslar sırasındadır. Buna görə də hesab edir ki, apelyasiya instansiya məhkəməsi də həmin pozuntuya öz münasibətini bildirməlidir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talı şinski) 2(103)-4349/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2023 nömrəli, 29 mart 2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil hüquqi baxımdan ilk iddia üzrə iddiaçının oğlunun və ilk iddia üzrə cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik deyil. Belə ki, Cavabdeh iddia tələbində mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alındığını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı əsaslı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materillarından görünür ki, İddiaçı 22 dekabr 2011-ci il tarixli müqavilə əsasında mübahisəli mənzili əldə etmiş və hazırda onun mülkiyyətindədir. Cavabdeh yalnız xx.xx.2014-cü il tarixdə İddiaçı oğlu Raul Məmmədovla nikaha girərək həmin mənzilə gəlin köçmüş, daha sonra isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(006)-497/2022 saylı qətnaməsi ilə X2 Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Bu səbəbdən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdehlər İddiaçı və X4 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməsi üçün heç bir əsas mövcud deyil.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin (qayınatasının) razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçmüş və orda yaşamışdır, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun keçmiş qaynatasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə X2 Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Ona görə də, hazırkı halda iddiaçının cavabdehə məxsus mənzildən istifadə hüququ yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçın ın mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçının münahisəli mənzilə dair istifadə hüququ olmadığından və iddiaçının hazırkı iddia ilə çıxış etməsi qanunla nəzərdə tutulmadığından hazırkı halda hər hansı kompensasiyadan söhbət gedə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh haqlı olaraq mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmasını qarşılıqlı iddia üzrə iddiaçıdan tələb etsə də, sonuncu mənzil üzərində heç bir hüququ olmadığı halda mənzildən çıxmır və mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, məhkəmə düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, digər iddia tələblərini isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 158.1-ci maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında ifadə ed ilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi qanunsuz və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Tərəflərindən həmin birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi zamanı ünvan 10 ünvanda yerləşən 150 nömrəli mənzilin Raul Məmmədov ilə aralarında bağlanmış birgə nikah dövründə əldə edildiyini bildirmiş, həmçinin Cavabdeh həmin mənzildən çıxarılacağı təqdirdə yaşayacağı başqa bir yer olmadığı üçün övladları ilə birgə küçələrdə yaşayacağı məhkəmənin nəzərinə çatdırılmışdır. Həmçinin Cavabdeh və övladları həmin mənzildən yalnız 30.000 (otuz min) manat məbləğində kompensasiyanın ödənilməsi müqabilində çıxa bilər ki, həmin məbləğ ilə övladları ilə birgə yaşaya biləcəyi sadə kiçik bir mənzil alaraq həyatla mübarizəsini davam etdirsin. Lakin hər iki instansiya məhkəməsi bütün bu faktları görməzdən gələrək iddia tələbini qanunsuz olaraq təmin etməmişdir. Bu da hüquqlarını müdafiə etdiyi Cavabdeh konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Hər iki instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq Cavabdeh Raul Məmmədov ilə arasında olan birgə nikah dövründə birgə qazancı hesabına alınmış ünvan 10 ünvanında yerləşən 150 nömrəli mənzil üzərində sahiblik və onda n birgə istifadə hüququnu kobud şəkildə pozmuşdur. Hazırki iş üzrə isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan vacib prinsip pozulmuşdur. İlkin iddia üzrə cavabdeh iş üzrə xx.xx.2023-cü il saat 11:25 tarixinə təyin olunmuş məhkəmə iclasında səhhətində yaranmış problemlərə görə iştirak edə bilməyəcəyinə dair əvvəlcədən Bakı Apellyasiya Məhkəməsinin hakiminə ərizə ilə müraciət edərək həmin məhkəmə prosesini başqa tarixə təxirə salmağı xahiş etsə də Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən edilmiş həmin müraciəti nəzərə almamış və işə onun iştirakı olmadan baxaraq iş üzrə yekun məhkəmə aktı çıxarmışdır.Cavabdeh müdafiəçisinin iştirakı olmadan işə baxılaraq iş üzrə yekun məhkəmə aktının çıxarılması həmin qətnamənin ədalətliliyini şübhə altına alır. Həmçinin apellyasiy a instansiya məhkəməsi zamanı tərəfindən sözügedən iş üzrə məhkəməyə vəsatət verilmiş, lakin qərəzli olaraq vəsatəti təmin olunmamışdır. Halbuki tərəfindən verilmiş vəsatət təmin olunsa idi, hazırki işin ədalətli həllinə nail olunacaqdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bil ər.
33. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
34. Maddə 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mülki Məcəllə
35. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üz rə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.2. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 158.1. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə Cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Cavabdehin dəlili bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli mənzil hüquqi baxımdan ilk iddia üzrə iddiaçının oğlunun və ilk iddia üzrə cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik deyil. Belə ki, Cavabdeh iddia tələbində mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alındığını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı əsaslı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. İddiaçı 22 dekabr 2011-ci il tarixli müqavilə əsasında mübahisəli mənzili əldə etmiş və hazırda onun mülkiyyətindədir. Cavabdeh yalnız xx.xx.2014-cü il tarixdə İddiaçı oğlu Raul Məmmədovla nikaha girərək həmin mənzilə gəlin köçmüş, daha sonra isə Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin 14 iyun 2022-ci il tarixli 2(006)-497/2022 saylı qətnaməsi ilə X2 Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nət icəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hü quqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası mə hkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4349/2023 saylı, 09 avqust 2023-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.