Məhkəmə qərarları › İş №2(006)-2142/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2142/2023

19.04.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2142/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən binada sahələri 382 kv.m. və 335.4 kv.m. olan qeyriyaşayış sahələri üzərində payların həmin əmlakların alınması üçün vəsaitin ərizəçiyə daha əvvəl məxsus olduğunu (birgə təsərrüfatdan kənar qazanıldığını) nəzərə alaraq, 2/3 hissədə Ərizəçi, 1/3 hissədə isə Maraqlı şəxs payı olmaqla bölünməsi barədə razılıq əldə etmişlər. Razılığın şərtlərinə əsasən Tərəflər barışıq sazişini və əvvəlki müqavilələri saziş imzalandığı gündən 3 gün ərzində “Bərəkət MTK”ya təqdim etməklə müvafiq paylara uyğun yeni müqavilələr bağlamağı öhdələrinə götürmüşlər. Təəssüf ki, maraqlı şəxsin göstərilən miiddət ərzində əvvəlki müqavilələri “Bərəkət MTK”ya təqdim etməməsi səbəbinə görə Tərəflərin yuxanda qeyd edilən qeyri-yaşayış obyektləri üzərində paylarının müəyyən edilməsi barədə yeni müqavilələr bağlanmamışdır. Göründüyü kimi maraqlı şəxs 06 mart 2023-cü il tarixli Barışıq Sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır. Bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında məsələnin məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki:

1. İkinci tərəflə “Bərəkət MTK” arasında bağlanmış ünvan 2 ünvanında yerləşən binada sahəsi 382 kv.m olan qeyri-yaşayış sahəsinin alınmasına dair 18 may 2005-ci il tarixli və həmin binanın 17-ci mərtəbədə yerləşən sahəsi 335.4 kv.m olan qeyri-yaşayış sahəsinin alınmasına dair xx.xx.2005-ci il tarixli müqavilələr əsasında ikinci tərəfin sahibliyində olan həmin əmlaklar üzərində mülkiyyət paylarını həmin əmlakların alınması üçün vəsaitin ərə (birinci tərəfə) daha əvvəl məxsus olduğunu (birgə təsərrüfatdan kənar qazanıldığını) nəzərə alaraq, 2/3 hissənin birinci tərəfin, 1/3 hissənin isə ikinci tərəfin payı olmaqla müəyyən edirlər.

2. Tərəflər hazırkı barışıq sazişini və əvvəlki müqavilələri bu saziş imzalandığı gündən 3 gün ərzində “Bərəkət MTK”-ya təqdim etməklə müvafiq paylara uyğun yeni müqavilələr bağlayacaqlar.

3. Bu Sazişin 1-ci və 2-ci bəndlərinin icra olunacağı təqdirdə Tərəflər birbirinə qarşı əmlak və s. tələblərinin olmadığını və gələcəkdə də olmayacağını bildirirlər.

4. İlkin mediasiya (50 manat) və tam mediasiya xərcini (100 manat) birinci tərəf ödəyir.

Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/18/2023-00354 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/18/2023-00354 saylı, şərtləri aşağıdakılardan ibarət olan barışıq sazişi təsdiq edilsin:

1. İkinci tərəflə “Bərəkət MTK” arasında bağlanmış ünvan 2 ünvanında yerləşən binada sahəsi 382 kv.m olan qeyri-yaşayış sahəsinin alınmasına dair 18 may 2005-ci il tarixli və həmin binanın 17-ci mərtəbədə yerləşən sahəsi 335.4 kv.m olan qeyri-yaşayış sahəsinin alınmasına dair xx.xx.2005-ci il tarixli müqavilələr əsasında ikinci tərəfin sahibliyində olan həmin əmlaklar üzərində mülkiyyət paylarını həmin əmlakların alınması üçün vəsaitin ərə (birinci tərəfə) daha əvvəl məxsus olduğunu (birgə təsərrüfatdan kənar qazanıldığını) nəzərə alaraq, 2/3 hissənin birinci tərəfin, 1/3 hissənin isə ikinci tərəfin payı olmaqla müəyyən edirlər.

2. Tərəflər hazırkı barışıq sazişini və əvvəlki müqavilələri bu saziş imzalandığı gündən 3 gün ərzində “Bərəkət MTK”-ya təqdim etməklə müvafiq paylara uyğun yeni müqavilələr bağlayacaqlar.

3. Bu Sazişin 1-ci və 2-ci bəndlərinin icra olunacağı təqdirdə Tərəflər birbirinə qarşı əmlak və s. tələblərinin olmadığını və gələcəkdə də olmayacağını bildirirlər.

4. İlkin mediasiya (50 manat) və tam mediasiya xərcini (100 manat) birinci tərəf ödəyir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar