Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2174/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28,90 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X2 ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu İbayev X3 TKQ ilə bağladığı müqaviləyə əsasən istifadəsində olan ********* saylı telefon nömrəsi üzərində abunə haqqına görə 28,90 manat rabitə borcu yaratmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2020-ci il tarixli bildiriş təqdim edilməsinə baxmayaraq borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü maddəsinə görə tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə, tərəflər razılığa gəlmədikdə isə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.2019-cu il tarixli, 1113 seriyalı, 006510 saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsi” müqavilədən görünür ki, İddiaçı MMC-nin tabe qurumu olan X2 ilə Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən telekommunikasiya operatoru abunəçini müəyyən edilmiş standart, norma və qaydalara uyğun olaraq keyfiyyətli və fasiləsiz telekommunikasiya xidmətləri ilə təmin etməyi, abunəçi isə istifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqlarını müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşlər. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı MMC X1 rəisi H.Quliyev tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 17 saylı maliyyə arayışından görünür ki, Cavabdeh adında olan ********* saylı telefonun üzərində xx.xx.2020-ci il tarixə abunə haqqı borcu 28.90 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilən iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il “Telekommunikasiya xidmətlərinin göstərilməsi”nə dair müqaviləyə əsasən abunəçi Cavabdeh iddiaçı tərəfindən müvafiq telekommunikasiya xidmətləri göstərilmiş, o, isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 28,90 manat məbləğində xidmət haqqı borcu yaranmışdır. Beləliklə, cavabdeh müqaviləyə əsasən müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Telekommunikasiya xidmətlərinin göstərilməsi”dən göründüyü kimi İddiaçı MMC-nin telekommunikasiya xidmətlərini göstərməsi abunəçinin bu xidmətlərin müqabilində müqavilə əsasında müəyyən edilən haqqı ödəməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, müqaviləyə əsasən göstərilmiş xidmət müqabilində yaranmış borc üzrə 28,90 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 48,90 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xidmət haqqına görə 28.90 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 48,90 (qırx səkkiz manat doxsan qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2174/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2174/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver