Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2185/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 qarşı "maddi və mənəvi ziyan tələbi, təkzib və üzr istənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 qarşı "şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X1 barəsində həqiqətə uyğun olmayan məlumat verməklə şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna ləkə gətirən hərəkətələrə yol verdiklərinə görə onların əməllərinə hüquqi qiymət verilməklə barələrində cinayət işi başladılması üçün xüsusi qərar qəbul edilərək prokurorluğa göndərilməsini, cavabdehlərin hər birindən ayrılıqda ona vurduqları maddi zərərə görə 2000 (iki min) manat olmaqla cəmi 10 000 (on min) manat; mənəvi zərərə görə isə cavabdehlərin hər birindən ayrı ayrılqda 4000 (dörd min) manat olmaqla, ümumilikdə 20 000 (iyirmi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlər tərəfindən ona “Dəli” dedikəri üçün yaşadığı binanın həyətində qonşularının və bina sakinlərinin qarşısında ona dedikləri “Dəli” sözünün cavabdehlər tərəfindən təkzib edilməsi və ondan həmin bina sakinlərinin qarşısında üzr istəməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında mülkiyyətçi və qeydiyyatda olmaqla yaşayır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Labuq oğlu və X3 barəsində psixatriya xəstəxanasına yerləşdirilməyi barədə ərizə ilə Nəsimi rayonu 19-cu polis bölməsinə müraciət etmişlər. Həmin ərizələr əsasında 19-cu polis bölməsi Maştağa qəsəbəsində yerləşən Psixatriya vəstəxanasına zəng edərək onun həmin xəstəxanaya yerləşdirilməyinə nail olub onu qanunsuz olaraq 1 ay orada yatırdıblar. Bundan xəbər tutan qohumları onun bacısı X2 ilə qonşuları öyrədilmiş, onlardan ərizələr alınmış və onu psixatriya xəstəxanasına yerləşdirərək ona dəlilik kağızı almaqla adında olan mənzili mənimsəmək istəmişdir. xx.xx.2023-cü il tarixə qədər onların bacısı ilə həmin mənzilə dair bir neçə dəfə mübahisələri yaranmışdır. Məhkəmə mübahisələri olmuşdur. Ona görə də bacısı Qəmzənin belə bir addım atacağına şübhəm yoxdur. Lakin qonşularının bacısını öyrətməsinə görə haqqında həqiqətə uyğun olmuyan məzmunda ərizə yazmaqlarını və onu dəlixanaya yerləşdirməklərini sonradan bilmişdir. Belə ki, o, Maştağa qəsəbəsində yerləşən psixatriya xəstəxanasından çıxandan sonra xeyli müddət özünü alçalmış, təhqir olunmuş hiss etmişdir. Müxtəlif yerlərə müraciət və şikayətlər yazmışdır. Lakin onun müraciət və şikayətləri həllini tapmamışdır. Ondan sonra məcbur qalaraq vəkilə müraciət etmişdir. Onun vəkilə müraciətindən sonra vəkil sorğular yazaraq sənədlər toplamışdır. Həmin sənədlər ilə tanış olarkən ona məlum olmuşdur ki, qonşularının şikayətləri əsasında polisin vasitəsi ilə o, psixatrik xəstəxanaya yerləşdirilmişdir. Qohumları bu məsələni araşdırarkən qonşuları öyrədənin bacısı Qəmzə Ağayevanın olduğu müəyyən olunmuşdur. O, bacısı Qəmzədən hər cürə pislik gözləyirdi, lakin onun evini ələ keçirməsi üçün qonşularından istifadə etməsini ağlına gətirməzdi. Vəkilin yazdığı ərizə ilə qardaşının müraciəti əsasında onun fəaliyyət qabiliyyəti olmuyan şəxs hesab edilməyi tələbinə dair ərizəsi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3869/2024 saylı qətnaməsi ilə (hakim Vüsalə Musayeva) rədd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3869/2024 saylı qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Həmin qətnamədə aşağıdakı hallar araşdırılaraq ərizə rədd edilmişdir. Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-nin 3-13-51- 1/2-19687 saylı sübutundan görünür ki, ünvan 2 ünvanladığı xx.xx.2023-cü il tarixli VK- 1551/23 saylı sorğusuna baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri ünvan 3 ünvanladıqları kollektiv ərizələri icraata daxil olaraq araşdırılmışdır. Həmin müraciətlərində qonşuları mənzil 29-da yaşayan İddiaçı xəstə ruhlu şəxs kimi xarakterizə olunması, son vaxtlar onun ətraf mühit üçün təhlükə törədən şəxs kimi xarakterizə olunduğundan xəstəxanaya yerləşdirilməsinə köməklik olunmasını xahiş etmişlər, məlumat üçün bildirilmişdir ki, İddiaçı əvvəllər də 26-cı mənzildə yaşayan Cavabdeh1 və onun həyat yoldaşının onun barəsində nalayiq ifadələr işlətmələrindən, musiqiyə ucadan səs verərək bilərəkdən narahatçılıq yaratmaları barədə eyniməzmunlu müraciətləri olmuşdur. İddiaçı müayinə və müalicə olunması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 9 lı KYS-ya təhvil verilmişdir. «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 29 dekabr 2023-cü il tarixli 20360 saylı məktubundan görünür ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Qabil Ağayevin PHŞ-ya anladığı xx.xx.2023-cü il tarixli VK- 1661/23 saylı sorğusuna baxılmışdır. Bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. Diaqnoz: «Sayıqlama pozuntusu» Məlumat üçün bildirilmişdir ki. PHŞ-nın verdiyi məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon xəstəxanasına müraciət etməsi tövsiyə olunur. «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 05 mart 2024-cü il tarixli 2884 saylı məktubundan görünür ki. PHŞ-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı sorğuya cavab olaraq İddiaçı xəstəxanaya göndərilməsi üçün şikayət edən şəxslərin ərizələrinin TTY-nın göndərişinin və Nəsimi RPİ 19-cu PB-nin müraciətinin surətləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Qabil Ağayevə göndərilmişdir. Məktuba əlavə edilmiş yuxarıda adları qeyd olunan sənədlərdən görünür ki, ərizəçinin bacısı ilə eyni binada yaşayan Cavabdeh4, Olqa Veretennikova, Cavabdeh2, Lamiyə sımova, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-yə müraciət edərək, İddiaçı qeyri-adekvat hərəkətlərindən şikayət etmişlər. Həmin müraciətləri nəzərə alan Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-nin rəisi, polis polkovnikleytenantı Rəşad Əhmədzadə 26 sentyabr 2023-cü il tarixdə «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-ya rəsmi şəkildə müraciət edərək, qonşuların çoxsaylı müraciətlərini, İddiaçı ətraf mühit üçün təhlükə törədən şəxs kimi xarakterizə olunduğunu nəzərə alıb, həmin xəstəxanaya yerləşdirilməsinə köməklik olunmasını xahiş etmişdir. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nın 27 may 2024-cü il tarixli 2267 saylı məktubundan görünür ki, ünvan 5 ünvanladığı xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı məktubuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. Odur ki. məktubda qoyulan sualların cavablandırılmasının yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, yuxarıda qeyd olunan orqanlardan birinə müraciət olunduğu təqdirdə həyata keçirilə bilməsi nəzərə çatdırılmışdır. Məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nın 17 sentyabr 2024-cü il tarixli 2700 saylı rəyindən görünür ki, İddiaçı 2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olduğu zaman onda aşkar olunmuş «Sayıqlama pozuntusu» diaqnozun a müvafıq əlamətlər hal-hazırda müəyyən edilmir, yəni həmin dövrdə onda müəyyən edilən psixi pozuntu aldığı müalicə ilə əlaqədar hal-hazırda remissiya vəziyyəti kimi qiymətləndirilir. Buna görə də, İddiaçı hazır ki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab edilməlidir. Həmin mülki iş ilə bağlı Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, barəsində fəliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizə verilmiş şəxs İddiaçı ağıl zəifiyi və ya ruhi xəstəlik müşahidə olunmur, o, öz hərəkətlərinin mənasını başa düşür və öz hərəkətlərinə rəhbərlik edir. Belə ki, ərizəçinin bacısının fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə İddiaçı fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Belə olan təqdirdə hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyən və bununla bağlı müvafiq qeydiyyata alınmamış, habelə müvafiq ekspert rəyinə əsasən fəaliyyət qabiliyyətli olması müəyyən edilmiş şəxsin fəaliyyət qabiliyyəti olm ayan şəxs hesab edilm əsin ə dair ərizəçi X8 ərizəsi təmin edilə bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, 1965-ci ildən etibarən həmin evdə yaşayırlar. Anası 57 ildir məktəbdə müəllimə işləyir, hazırda 87 yaşı var və cəmiyyətdə hörmət edilən şəxsdir. İddiaçı onun anası barədə “narkomanların dostudur” kimi ifadələr işlətməsi əsassızdır. İddiaçının artıq 6-7 ildir ki, mütəmadi olaraq polis çağırır, onları görəndə tüpürür, bununla belə, onunla bağlı şəxsi problem yaşanmırlar. İddiaçı müalicə aldığı dövrdə sakit olub. Soldakı qonşuların evi sataraq köçüb, hazırda isə sadəcə sakitlik istəyirlər, iddiaçı ilə hər hansı münasibətləri yoxdu və ola da bilməyəcək. Əvvəlki məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçıya ehtiyac yarandıqda kömək göstərməyə hazırdırlar, lakin onun irəli sürdüyü iddialar yalan, böhtan və şər xarakterlidir. Bu səbəbdən irəli sürülmüş iddia tələbi ilə razı deyillər və onu qəbul etmirlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Hüquqların Dövlət Qeydiyyatından Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009cu il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.0654 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 37.6 kv.m ümumi, 24.3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1011 nömrəli reyestr kitabının 90883 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X7 tərəfindən Nəsimi Rayonu Polis İdarəsinin 19-cu bölməsinin rəisi Polis Polkovnik leytinantı cənab Rəşad Əhmədzadəyə ünvanlandıqları xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, qonşuların həyatının təhlükə altında olması səbəbindən İddiaçı haqqında tədbir görüb psixi dispanserdə yerləşdirilməsini xahiş etmişlər. - Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat” haqqında arayışdan görünür ki, İddiaçı 15 iyun 2005-ci il tarixdən ünvan 6 ünvanında yerləşən m.29-da qeydiyyatdadır. - Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin Azərbaycan Respublikası SN-yi RPX X15 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-51-1/2-14499/23 nömrəli məktubunun surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil 29-da yaşayan İddiaçı xəstə ruhlu şəxs kimi xarakterizə olunması ilə bağlı qonşularının çoxsaylı müraciətləri PŞ-nə daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı ətraf mühit üçün təhlükə törədən şəxs kimi xarakterizə olunduğundan rəhbərlik etdikləri xəstəxanaya yerləşdirilməsinə köməkli etmələrini xahiş etmişlər. - xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, İddiaçı bacısı Qəmzə Ağayeva ilə aralarında yaranmış mülk mübahisəsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi izah edilməli, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokurorluğuna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi, material saxlanılması üçün Nəsimi RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırılan fakt üzrə cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanmasını rədd edilməsi, tərəflər arasında olan qərəzli münasibətlər və eyni zamanda yaranmış mütəmadi münaqişələr nəzərə alınmaqla gələcəkdə baş verə biləcək hər hansı bir qanuna zidd halların qarşısının alınması üçün tərəflər “münaqişəli qonşular” kimi qeydiyyata alınaraq profilaktik tədbirlərin artırılması üçün qərarın surəti aidiyyatı üzrə verilməsi, X4 İddiaçı tərəfindən söyülüb təhqir edilməsinə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surəti müraciət müəllifinə göndərilməklə qərardan narazı qaldığı halda prokurora, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüquqununun izah edilməsi, qərarın surəti məlumat və nəzarət üçün Nəsimi rayon prokuroruna göndərilməsi, material saxlanılması üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nin arxivinə (dəftərxana) verilməsi barədə qərara alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(006)-1268/2022 saylı qərarı ilə şikayətin qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün aidiyyəti quruma göndərilməsi qərara alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(006)-4319/2023 saylı qərarı ilə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 3869/2024 nömrəli qətnaməsi ilə ərizəçi X8 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə rədd edilməsi qət edilmişdir. - Nəsimi RPİ 19-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenant Nizami Hüseynov tərəfindən İddiaçı ünvanladığı 10.08.20-ci il tarixli 08-1—662-A3220 nömrəli məktubdan görünür ki, 26-cı mənzildə yaşayan ailənin üzvlərinin izahatlarının alınması məqsədilə tərəfindən dəfələrlə ünvan yoxlanılmış, lakin məlum karantin vəziyyəti ilə bağlı ailənin uzun müddətdir rayonda olmaları səbəbindən izahatlarının alınması imkansız olmuşdur. - Nəsimi RPİ 19-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Rəşad Əhmədzadənin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 0xx-xx-2512-2471 nömrəli, xx.xx.2021-ci il tarixli 0xx-xx- 1747-1824 nömrəli, xx.xx.2022-ci il tarixli ***-**** nömrəli, xx.xx.2021-ci il tarixli 083- 22102A nömrəli, xx.xx.2021-ci il tarixli 083-7998A nömrəli məktubundan görünür ki, qarşı tərəflə profilaktik söhbətlər aparılmış, tələb olunan yaşayış qaydalarına riayət etmək, narahatçılığa səbəb ola biləcək halların yolverilməz olması, münasibətlərin qorunub saxlanılmasının vacibliyi diqqətinə çatdırılmışdır. - Nəsimi RPİ 19-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Rəşad Əhmədzadənin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 083-24528A nömrəli məktubundan görünür ki, hazırda heç bir şikayətinin olmaması ilə əlaqədar verdikləri izahata əsasən icraat dayandırılmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə qeyd edir ki, İddiaçı “dəli” sözünün ona məhz cavabdehlər tərəfindən deyilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, bu kateqoriya işlər üzrə aydınlaşdırılması tələb olunan əsas məsələ şərəf və ləyaqətin alçaldılması hesab olunan ifadələrin həqiqətən cavabdehlər tərəfindən işlədilməsi və deyilən sözlərin iddiaçı tərəfin şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi halının müəyyən edilməsidir, yəni iddiaçı tərəf sübut etməlidir ki, iddia ərizəsində göstərilən ifadələr həqiqətən cavabdehlər tərəfindən işlədilmiş və iddiaçının da qeyd etdiyi kimi youtube kanalında və digər kütləvi informasiya vasitələri vasitəsilə nümayiş etdirilmiş və həmçinin həmin ifadələr onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin normasına görə informasiyanın həqiqətə uyğun olubolmadığını sübut etmək vəzifəsi məlumatı yaymış şəxsə, yəni cavabdehə aiddir. Qalan bütün halları, o cümlədən məlumatların cavabdehlər tərəfindən yayılmasını sübut etmək vəzifəsi iddiaçıya aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bundan əlavə İddiaçı cavabdehlər tərəfindən ona 10 000 (on min) manat məbləğində maddi ziyanın vurulmasını bildirsə də, iddiaçı iddianı həmin hissədə əsaslandırmamış, 10.000 manat məbləğində maddi ziyanın nədən ibarət olduğunu qeyd etməmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçının hüquqlarının pozulması öz təsdiqini tapmamışdır. Son olaraq məhkəmə İddiaçı xüsusi qərardadın qəbul edilməsi barədə tələbini nəzərdən keçirərək hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 barədə xüsusi qərardad çıxarılaraq baxılması üçün prokurorluğu göndərilməsini xahiş etsə də, bununla bağlı da məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edi rki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 qarşı "maddi və mənəvi ziyan tələbi, təkzib və üzr istənilməsi” tələbinə dair iddiası öz təsdiqini sübutlarla tapmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 qarşı "maddi və mənəvi ziyan tələbi, təkzib və üzr istənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2185/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2185/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəfin, ləyaqəti
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver