Məhkəmə qərarları › İş №2(3-6)-3655/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3655/2026

11.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəfin, ləyaqəti
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3655/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4 Gülbala oğlu, cavabdeh3 oğlu, cavabdeh2, cavabdeh1 qarşı "şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4 Gülbala oğlu, cavabdeh3 oğlu, cavabdeh2, cavabdeh1 qarşı "maddi və mənəvi ziyan tələbi, təkzib və üzr istənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

2. Iddiaçı İddiaçı tərəfindən ərizəylə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbini üzrlü hesab edərək şikayətin verilmə müddətinin bərpasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Bu da onun mənafeyinə ziddir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi onun maraqlarına toxunduğu və mənafeyimə zidd olduğu üçün apellyasiya şikayəti verə bilmək üçün həmin qətnaməni rəsmi qaydada ona verilməsi barədə məhkəməyə ərizə yazaraq, əlavə olaraq isə ##.##.2026-cı il tarixdə elektron qaydada şəxsi kabinetdə qeydiyyatdan keçərək almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə 2025-ci ildə çıxarılmış və qanuni qüvvəsini almışdır. O, isə həmin qətnaməni 2026-cı ildə almışdır. Qətnamədən apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddət qətnaməni aldğı gündən hesablasaq buraxılmamışdır. Lakin buna baxmayaraq o, həmin qətnamədən apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini istəyir. Məhkəmədən xahişi ondan ibarətdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2(006)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verə bilmək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilmsi barədə qərardad qəbul edilməsi, apellyasiya şikayətinin baxılmsı üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə bilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 6.Şikayət onunla əsaslandırlır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi onun maraqlarına toxunduğu və mənafeyinə zidd olduğu üçün apellyasiya şikayəti verə bilmək üçün həmin qətnaməninin rəsmi qaydada ona verilməsi barədə məhkəməyə ərizə yazaraq, əlavə olaraq isə ##.##.2025-ci il tarixdə elektron qaydada şəxsi kabinetdə qeydiyyatdan keçərək almışdır. Qətnamə isə 2025-ci ildə çıxarılmış və qanuni qüvvəsini almış, o isə həmin qətnaməni 2026-ci ildə almışdır. Qətnamədən apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddət qətnaməni aldığı gündən hesablansa buraxılmamışdır. Lakin buna baxmayaraq, o, həmin qətnamədən apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə versə də məhkəmə əsassız olaraq xahişini təmin etməmişdir. Məhkəmə hazırkı işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə onun həmin hüquqlarını pozmuşdur.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

10. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

11. MPM-in 135.2.-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

12. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə eketron Məhkəmə Informasiya Sisteminə yerləşdirilmiş, iddiaçı məhz həmin tarixdə, ##.##.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni rəsmi qaydada əldə etmişdir (i.v.113).

20. Lakin iddiaçı qətnaməni əldə etdikdən 11 ay sonra, ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir.

21. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.

22. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının sonradan ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini təkrar əldə etməsi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddətin axınının təzədən başlanmasına zəmin yaratmır və bu hal müddətin bərpası üçün üzrlü səbəb hesab oluna bilməz.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı məhkəmə aktını hələ ##.##.2025-ci il tarixdə rəsmi qaydada imza etməklə təhvil aldığı halda, həmin vaxtdan etibarən 11 ay hərəkətsizlik nümayiş etdirmiş və məhkəmə aktının təkrar alınmasını prosessual müddətin yenilənməsi kimi qiymətləndirməyə çalışmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.

26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar