Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1914/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi X4 MMC-nin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin baş direktoru X2 göstərişi ilə barəsində hüquq mühafizə orqanlarına ünvanlanmış guya Cəmiyyətin 3510 manat vəsaitini mənimsənilməsini bildirən həqiqətə uyğun olmayan, qondarma və yalan məlumatların təkzib edilməsi, bu haqda yaşadığı ünvana təkzib məktubunun göndərilməklə yazılı üzr istənilməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 2001-ci ildən Cavabdeh MMC– də işləmişdir. 2018-ci ilin may ayında Cəmiyyət onunla işləmək istəmədiyini bildirmiş o, da razılaşmışdır. Mart ayında ona blank gətirərək Cavabdeh MMC-nin direktoru Rusiya Federasiyası vətəndaşı X3 tərəfindən ona mənəvi təzyiqlər göstərildikdən sonra xx.xx.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndi ilə onunla Cəmiyyət arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verildikdən sonra haqq hesab və daha sonra 2018-ci il üçün bonus ona ödənilmədiyinə görə o, xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə müraciət etmişdir və həmin vaxtdan Maltsev Vyaçeslavın tapşırığı ilə Cəmiyyətin Logistika şpbəsinin rəhbəri Tamerlan Fərzanə, Cəmiyyətin keçmiş kadrlar şöbəsinin müdiri hal-hazırda Vergilər Nazirliyinin kadrlar şöbəsində işləyən Nərgiz Muradova və Cəmiyyətə xidmət müqaviləsi əsasında “Kermur Audit və Konsalting” audit şirkəti tərəfindən ona zənglər vurulmuşdur və Abşeron Rayon Məhkəməsinə verdiyi iddia ərizəsin geri götürmədiyi təqdirdə onun iş fəaliyyətiylə bağlı audit araşdırması apararaq onun barəsində cinayət işi açacaqlarına dair onu hədələmişlər. İşdən çıxdıqdan sonra 7800 manat pul və maşın almışdır. Əgər o, qanunsuz işləsəydi ona nəyə görə pul verirdilər. 14000 manatlıq maşını 7000 manata vermişlər. 2017-ci ildə maşınlara baxılmışdı. GPS halbuki 2018-ci ildən quraşdırılmışdır. 8 sürücüdən izahat alınmış və bütün şirkət bunu bilmişdir. O¸pulunu almaq istəyəndə şirkət bu əməlləri etmişdir. O, işdən çıxdıqdan sonra ona məzuniyyət pulunun tam ödənilmədiyini anlamışdır.Bununla bağlı məhkəməyə müraciət etmiş və iddiası qismən təmin eilmişdir. İddia tələbinə görə o, təzyiqlərə məruz qalmışdır. Onu şərləmək üçün haqqında cinayət işi acdırmışlar.Eyni zamanda prokurorluğa verilən aktlarda onun imzası yoxdur. Cinayət işini başlaması qərarını Sumqayıt Şəhər Məhkəməsi şikayəti təmin etməsə də, Sumqayıt Apelyasiya Məhkəməsi qərarı ləğv etmiş və materialları Baş Prokrorluğa qaytarmışdır. Lakin yenə də işə xitam verilmişdir. O, bu hadisələrdən sonra əsəb keçirmiş və şəkər xəstəsi olmuşdur. Ona dəyən mənəvi zərəri tələb edir. 100000 manat istəməyinin səbəbi cavabdehin ona şər atması və onu cəmiyətə oğru kimi tanıtmasıdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi X5 məhkəməiclasında izahatında bildirdi ki, Ali Məhkəmənin Plenium qərarına əsasən, məlumatın şəxsə bildirilməsi məlumatın yayılması deyil. Razılaşma ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir, heç bir təzyiq olmamışdır.İddiaçı 5000 mant məzuniyyət pulu istəsə də məhkəm qismən təmin etmiş və cəmi 500 manat ödənilməsini qət etmişdir. Cavabdeh» MMC-də 2019-cu ildə nəqliyyat departamenti vəsaitlərinin əsaslı və ya əsassız hesablaması barədə barədə audit yoxlaması aparmışdır. Məlum olmuşdur ki, bir neçə avtomobilin ehtiyat hissələri dəyişdirilmiş, lakin dəyişdirilən hissələr maşının buraxılış tarixi ilə eyni olmuşdur. Eyni zaqmanda həmin maşınların Bakıda deyil, başqa yerdə olduğu məlum olmuşdur. Belə ki, 3000 manat əsassız silinmə olmuş və bütün aktlara İddiaçı qol çəkildiyi bununla bağlı prokurorluğa müraciət edilmçişdir. Audit cinayət xarakterli sakt tərtib edirsə¸şirkət prokurorluğa müraciət etməyə məcburdur. Əks halda cinayəti ört basdır etmiş olacaqdır. Sumqayıt Prokrorluğu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan şikayət verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etmədiyindən, prokurorluğun cinayət işinin rədd edilməsi barədə qərarından Baş Prokrorluğa müraciət olunmuş X1 Prokrorluğunun 2-ci qərarını ləğv etmiş, sonuncu dəfə Abşeron Prokrorluğu tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş,həmin qərarı Cavabdeh» MMC şirkəti almadığı üçün şikayət vrilməmiş və qərar rəsmi qaydada alınan kimi şikayət veriləcəkdir. sonra İşdə iki cür aktlar vardır. İmza olmayanlar təmir şirkətinin tərtib etdiyi aktlardır və orada məbləğ göstərilir. Bu aktlar əsasında yekun akt tərtib edilib ki, orada İddiaçı imzaları olmuşdur. O, bu qərarı almamışdır və şikayət vermək niyyətindədir. Beləliklə, iddiaçının yeganə yazılı sübut kimi istinad etdiyi Abşeron rayon prokurorluğunun xx xxxxxxxx 2020c il tarixli qərarıdır ki, həmin qərardan şirkətin xəbəri yoxdur və şikayət veriləcəkdir. Bu səbəbdən iddiaçının həmin qərara istinad etməsi əsassızdır və həmin qərar hazırki işdə sübut kimi qəbul edilə bilməz.Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müyyən edilir ki, Cavabdeh» MMC şirkəti iddiaçı haqqında məlumatlar yaymamış, şirkət audit yoxlamasının nəticəsi olaraq cinayət əlamətləri haqqında məlumatlar barədə rəsmi müraciətini aidiyyəti olan prokurorluğa göndərmişdir ki, bu da aşağıda adalanan hüquqi mövqeyə görə məlumatın yayılmsı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin maddənin dispozisiyasından göründüyü kimi hüquqazidd hərəkətlər kimi fiziki şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması qeyd olunmuşdur. Məlumatların yayılmasının anlayışı isə “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il 7№-li qərarın 3-cü bəndinə əsasən, “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması...Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz... Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır." Həmin qərarın 4-cü bəndinə əsasən, “Qanunla xüsusi şiayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn. Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır.” Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin baş direktoru X2 göstərişi ilə barəsində hüquq mühafizə orqanlarına ünvanlanmış guya Cəmiyyətin 3510 manat vəsaitini mənimsənilməsini bildirən həqiqətə uyğun olmayan, qondarma və yalan məlumatların təkzib edilməsi, bu haqda yaşadığı ünvana təkzib məktubunun göndərilməklə yazılı üzr istənilməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100000 manat kompensasiyanın tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1914/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1914/2020
29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəfin, ləyaqəti
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver