Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-643/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mailiyyə Nazirliyinə qarşı Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər hadisələri ilə əlaqədar onun şərəf, ləyaqət və işgüzar nüfuzuna dəymiş 100.000 (yüz min) manat mənəvi zərərin və 100.000 (yüz min) manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin aprel ayından Silahlı Qüvvələrdə xidmət etməyə başlamış, N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayaraq 2016-cı ildə N nömrəli hərbi hissəyə tank bölüyünə tuşlayıcı operator vəzifəsinə keçirilmiş, 2017-ci ilin fevral-aprel aylarında gizirlik kursuna getmiş və gizir rütbəsi almışdır. 2017-ci ilin aprel ayının sonlarında N saylı hərbi hissəyə tərkib bölüyünə sandikat döyüş maşın komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə Tərtər şəhərində yerləşmiş, hərbi hissə komandiri mayor Anar Abbasov, qərargah rəisi Mirdamət adlı kapitan olmuşdur, 2017-ci ilin may ayının 2-3-ü hərbi hissənin adını xatırlamadığı komandir müavini onu yanına çağırıb həmin hərbi hissəyə necə gəldiyini, ora təyin olunmaq üçün kimlərə pul verdiyini və nə məqsədlə gəldiyini soruşdu, o, həmin komandir müavinin suallarından təəccüblənib baş qərargah rəisinin əmri ilə N saylı hərbi hissəyə təyin edildiyini və heç kimə pul vermədiyini demiş, sonra onu hərbi hissə komandiri Anar Abbasov yanına çağırdı və ona eyni sualları verib qışqırıb hərbi hissəyə başqa məqsədlər üçün gəldiyini bildirdi. Həmin vaxt hərbi hissəyə xidmət etmək üçün gəldiyini və heç bir başqa məqsədi olmadığını demiş, sonra Anar Abbasov ona hər hansı bir probleminin olub-olmadığını soruşdu, o, ailəsinin Şəki rayonunda olmasını və onları gətirmək üçün ona 3 günlük məzuniyyət verilməsini istəmiş, Anar Abbasov da ona məzuniyyət verəcəyini bildirdi. 2 gün sonra xx.xx.2017-ci il tarixdə saat 13 radələrində şəxsi heyəti yeməkdən gətirərkən Anar Abbasov xidməti avtomobili ilə gəlib avtomobildən düşməklə ona yaxınlaşdı və məzuniyyət əmrinin hazır olmasını, yola qədər onu ötürəcəyini bildirdi, o, ehtiyac olmadığını bildirsə də, Anar Abbasov israrla onu yol üstü düşürəcəyini dedi və sonra guya bir hərbçi tanışının Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi hissədə onu gözlədiyini və görmək istədiyini bildirib onunla görüşüb sonra getməyini dedi. O, Anar Abbasova elə bir tanışının olmadığını bildirdikdə sonuncu hər bir halda görüşmək lazım olduğunu dedi və onu xidməti “UAZ” markalı avtomobilinə mindirib deyilən yerə apardı. Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi hissənin həyətinə daxil olanda o, qara maskalı əli silahlı şəxslərin hərbi hissənin həyətində olduqlarını görmüş, avtomobil dayandıqdan sonra Anar Abbasov ona avtomobildə qalmasını bildirib çağıranda gəlməsini dedi. Sonra Anar avtomobildən düşüb həyətdə olan besetkaya tərəf irəlilədi və orada olan hərbi qulluqçularla təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra əli ilə işarə edib onu çağırdı. O, avtomobildən düşüb həmin yerə yaxınlaşıb özünü təqdim etmək istəyərkən bir nəfər qara maskalı və qara rəngli kanbinzon geyimdə olan hərbi qulluqçu onun boynunun arxasından tutub binanın ikinci mərtəbəsinə qaldırdı, o. ikinci mərtəbəyə qalxanda divarlarda və yerdə qan ləkələri olmasını və insanların qışqırıq səslərinin gəlməsini görmüşdür. Onu binaya gətirən şəxsə, yəni Maşayev Sənana heç bir günahı olmadığını bildirdikdə ondan posta çıxıb-çıxmadığını soruşdu və o, İİ korpusda xidmət edəndə posta çıxdığını bildirdikdə başını divara vurdu, ondan sonra 3 nəfər qara maskalı iri cüssəli şəxslər əynində olan paltarları cırıb tam əynindən çıxartdılar, ondan sonra əllərini və ayaqlarını ağ rəngli “jılka” kimi bir şeylə bağladılar, sonra gözlərini də skoçla bağlamaqla onu bir otağa saldılar, bundan sonra kimsə təpik vurub onu yerə yıxdı. Həmin vaxt kimsə bir nəfərin özünü ikinci mərtəbədən atmasını dedi, bu xəbərdən sonra əllərini bağlayan şəxslər tez qaçıb getdilər. Təxminən 2-3 saat heç kim yanına gəlmədi, 2- 3 saatdan sonra 3-4 nəfər otağa daxil olmaqla birinci ayaqlarının altına nəsə küt alətlə vurmağa başladılar, təxminən 15-20 dəqiqə ayaqlarının altına vurub ermənilərlə əlaqəsinin olub-olmadığını soruşdular, o, da heç bir əlaqəsinin olmadığını demiş, sonra onu söyüb təhqir etdiklərinə görə o, cavab qaytarmış və ondan sonra hamısı onu yumruq, təpiklə, əllərində olan alətlərlə vurmağa başladılar. Təxminən 1 saata yaxın onu döydülər. Ondan sonra kimsə “bunu aparın o biri otaqlara orada bunu başa salsınlar” sözlərini dedi, ikinci mərtəbədə uzun dəhliz olmaqla sağ və sol otaqlar var idi. Onu birinci işgəncə verildiyi otağın yanındakı otağa sürüyüb apardılar. Orada o, gözaltı ətrafa baxmış, bildirmişdir ki, gözləri bağlı olsa da, qaşını yuxarı qaldıranda ona işgəncə verən şəxslərin botinka səviyyəsində ayaqlarını görürdü. Həmin zaman yerdə iki nəfər şəxsin lüt vəziyyətdə olaraq zarıldamasını görmüşdür. Onlara elə işgəncə verilmişdir ki, bədənləri və başları qan içində idi. Həmin otaqda onun müxtəlif nahiyyələrinə küt əşyalarla vurmağa başladılar. Orada onu təxminən 30 dəqiqə küt alətlərlə - səhv etmirsə - taxta və şlanqla döydülər. Daha sonra ona ermənilərə işləməsini etiraf etməsini tələb etdilər, lakin o, ermənilərlə heç bir əlaqəsinin olmadığını bildirdiyinə görə kimsə “aparın bunu toka verin” sözlərini dedi və iki nəfər hərəsi bir qolundan tutub onu sürüyüb başqa bir otağa saldılar. Həmin vaxt otaqda ondan başqa adamların işgəncə verməklə sorğu sual edilməsini eşitdi, söhbətlərindən bir nəfər polkovnik leytenantın döyə-döyə danışdırılmasını və guya onun erməni hərbi qulluqçularını Tərtər rayonuna toya gətirməsini başa düşmüşdür. Həmin otaqda ondan əvvəl iki nəfərə elektrik cərəyanı vermişdilər, 3-cü onu stulda oturdub ona cərəyan verməyə başladılar. Qeyd olunan vaxt onu stola bağlayaraq naqilin birini topuğuna, birini isə xayasına, digərini isə boğazına qoşub ona cərəyan verdilər. Cərəyanın təsirindən 2-3 dəfə ürəyi getmiş, ayılanda suyun içində olduğunu görmüş, ona təxminən 1 saata yaxın cərəyan verildi, cərəyan veriləndə ürəyi getdiyindən, ayılanda otaqda yerin dizel yanacağı ilə qarışdırılmış su olmasını gördüm. Otağın döşəməsi təxminən bir qarış səviyyəsində dizellə qarışıq su ilə dolu idi. Həmin zaman onunla birlikdə təxminən 10-15 nəfər yerdə bayılmış vəziyyətdə idi. Dizel yaxşı elektrik cərəyanını keçirdiyinə görə işgəncə verənlərin özləri içəriyə daxil olmadan qapının ağzından suya elektrik cərəyanı ötürürdülər. Ayılan şəxslərə yenidən cərəyanla işgəncə verirdilər. Ayılmayan, yəni ölən şəxsləri isə zamoklu meşoğa yığıb aparırdılar. Bu minvalla o, hər dəfə müəyyən müddət davam etməklə 3 dəfə elektrik cərəyanına qoşulmuşdur. Hər dəfə müəyyən müddət dözdükdən sonra bayılmışdır. Həmin otaqda ayılanda gözaltı baxanda artıq havanın qaralmasını görmüş, o, ayılandan sonra onu və otaqda olan digər saxlanılan şəxsləri başqa bir otağa aparıb saldılar. Orada küt əşyalarla 4-5 nəfər maskalı şəxslər hamını yumruq, təpik, küt alətlərlə müxtəlif nahiyyələrinə vurmağa başladılar. Onları tros aliminium uzun məftillərlə döyürdülər və həmin məftili bərk halda başlarının ortasına vururdular. Məftil əyilərək başlarının formasını alırdı və onlara lağla göstərib deyirdilər ki, onların başlarının formasını almışlar. Onları enli rezin “remen”lə döyürdülər, həmin zaman yerdə qıvrılaraq qalırdılar. Onları plastik su boruları ilə döyürdülər. Onların işgəncə verməsinin məqsədi yalandan boyunlarına almaqla erməniyə işləmələrini etiraf etdirmək və kiminsə adını verməyini istəmək olmuşdur. Təxminən xx.xx.2017-ci ildə yenə qeyd etdiyi işgəncələrə məruz qalarkən kimsə “cənab general gəlir, sakit olun” sözlərini dedi, hamı sakitləşdi və işgəncəni dayandırdılar. Həmin vaxt həmin general deyilən adam, yəni Hikmət Həsənov “niyə sakitçilik olduğunu, niyə gətirilən şəxslərin döyülmədiyini və onlardan lazımı olan məlumatların alınmadığını” deyib qışqırdı və “kim danışmırsa vurun öldürün” sözlərini deməklə göstəriş verdi. Həmin zaman onlar yerdə üzü aşağı əli-qolu bağlı vəziyyət uzadılmışdı. O, onları ayağı ilə təpikləyib, üstlərindən o tərəf, bu tərəfə keçdi. Daha sonra daha çox işgəncəyə məruz qalmaları barədə göstərişlər verib getdi. Bundan sonra onunla birlikdə saxlanılan şəxslərə daha ağır döyülməklə elektrik verildi və onlara küt alətlərlə müxtəlif nahiyyələrinə vurmaqla daha ağır işgəncələr verilməyə başlanıldı. Həmin gün gecəni həmin otaqda qalmış və beləliklə xx.xx.2017-ci il tarixədək ona orada qeyd etdiyi qaydada hər gün işgəncələr verildi, xx.xx.2017-ci il tarixdə bir nəfər otağa daxil oldu, guya satqınlardan biri saxlandığı yeri ermənilərə çatdırmaqla oranın vurulma ehtimalı olduğunu bildirdi, buna görə də onları oradan başqa bir yerə apardılar. Həmin gün onların saxlanıldığı binanın birinci mərtəbəsinə düşürüldü, orada da saxlanılan şəxslərə işgəncə verilirdi, sorğu sualdan işgəncə verilən şəxslərdən biri N saylı hərbi hissənin hərbi qulluqçusu Muğəddin Kərimov olmasını başa düşmüşdür. Həmin vaxt Müğəddinə o qədər işgəncə verilmişdir ki, o, verilən suallara zarıyaraq cavab verirdi. Həmin gün onu və digər orada işgəncə verilən şəxsləri lüt formada yük avtomobilinə yığıb apardılar. Təxminən 2 saat yol getdikdən sonra avtomobil dayanmaqla qapılar açıldı və avtomobil həyətə daxil oldu. Orada onları avtomobildən düşürdülər və aparıb yeri beton olan bir tikilinin içinə yığdılar, sonra onları diz üstə oturdub qalın rezin materialdan olan kəmərlə döyməyə başladılar, 2 saata yaxın onları sorğu sual edib “sizi erməniyə kim aparıb” deyə suallar verməklə həmin kəmərlə vurdular və sonra onları otağa saldılar. Həmin vaxt onları döyən və işgəncə verən şəxslərdən birinin ləqəbinin “çita” olduğunu bildilər, belə ki, ona həmin ləqəblə müraciət edirdilər, həmin işgəncə verən şəxslərdən biri də Amerikada təlim keçdiyini və 1-ci yerə çıxdığını deyib hamısını “danışdıracağını” deyirdi. xx.xx.2017-ci il tarixədək orada gözü və əlləri bağlı şəkildə qalmış və demək olar ki, hər gün bütün günü ermənilərlə əlaqəsinin olub-olmaması ilə bağlı sorğu sual edilib rezin kəmərlə və ya şillə təpiklə işgəncələrə məruz qalırdı. Ondan başqa orada bir nəfərin N saylı hərbi hissədən Elnur Fərzəliyevə işgəncə verilməsinin qulaq şahidi oldu, ona erməni tərəfə keçib qayıtdıqdan sonra niyə silah sursat gətirmədiyini bildirib işgəncə verirdilər. Ona “milli qəhrəman vətən xaini” ləqəbi qoydular, ondan başqa sorğu sual zamanı adı çəkildiyinə görə və səsindən N saylı hərbi hissənin hərbi qulluqçusu olduğunu bildiyi Ramin Mirzəyevə işgəncə verildiyini bildi, lakin gözü bağlı olduğundan konkret necə işgəncə verildiyini görməmiş, bundan başqa sorğu sual zamanı adının Əziz olduğunu eşitdiyi, sonradan N saylı hərbi hissənin hərbi qulluqçusu olduğunu öyrəndiyi Əziz adlı şəxsə də işgəncə verilirdi. Təxminən xx.xx.2017-ci il tarixdə artıq heç kəs onun adını ermənilərlə əməkdaşlıqda çəkmədiyindən və o da heç kimin adını çəkmədiyinə görə onun gözlərini açdılar, gözləri açılandan sonra N saylı hərbi hissədən Ramin Mirzəyevi və hazırda adlarını xatırlamadığı 4 nəfər maxeni orada görmüş, gözləri açılandan sonra orada saxlanılan şəxslərdən saxlanıldığı yerin N saylı hərbi hissənin Yevlax rayonunda yerləşən köhnə ərazisi olmasını öyrənmişdir. Bundan sonra gözlərinin açılmasına baxmayaraq yenə ona və digər gözü açılan hərbiçilərə sərbəstlik verilmədi, belə ki, onları bir otaqda saxlayırdılar və maskalı xüsusi təyinatlı silahlı hərbiçilərin bildiyinə görə SAT adlı qurumun hərbi qulluqçularının və N saylı hərbi hissənin həmlə taborunun silahlı hərbi qulluqçularının nəzarəti altında yeməyə və təbii ehtiyaclarını ödəməyə gedib-gəlirdi. Hərbi qulluqçuların SAT-ın əməkdaşları olduğunu həm geyim formalarından, həm də özlərinin danışıqlarından bildi, belə ki, onun və digər hərbiçilərin günahı olmadığını bildikdən sonra onları ilk gün döyən və işgəncə verən SAT-ın hərbi qulluqçuları onlardan üzr istədi və təlimə gəldiklərini və təlimdən həmin proseslərə cəlb edildiklərini danışdılar. Söhbət zamanı SAT-ın əməkdaşlarından birinin Şəkidən olduğunu, N saylı hərbi hissədən olan hərbçi Elman Abdullayevin xalası oğlu olduğunu öyrənmiş, orada olduğu müddətdə sonradan N saylı hərbi hissənin hərbi qulluqçuları olduqlarını bildiyi Ruslan Mikayılov, Sənan Maşıyev və Cabir Qəhrəmanovu görmüş, Ruslan Mikayılov saxlanılan şəxslərə işgəncə verməklə günün altında sıra hazırlığı keçirdi, döyüş əmri verərək bu yolla onlara əziyyət verirdi. Bundan sonra Sənan Maşıyev və Cabir Qəhrəmanovu səsindən və xarici görkəmlərindən ona N saylı hərbi hissənin Şıxarx qəsəbəsində işgəncə verənlərdən olduğunu bildi, Sənan Maşıyevin əllərini və gözlərini bağlayıb onların yanına saldılar. X5 “mən özüm sorğu sual prosesində iştirak etdiyim halda, yəni işgəncələrdə iştirak etdiyim halda, bir nəfər özünü binadan atdığına görə onu qəsdən mənim atdığımı bildirib bura gətiriblər” sözlərini dedi, lakin onun onlardan söz almaq üçün yanlarına salındığını başa düşmüşdü. Ruslan Mikayılov şəhid Mübariz İbrahimovun xalası oğlu Babək İbrahimova işgəncə verirdi, ona döyüş komandası verib həyətdə sürünməsini tələb edirdi, Babək əmri icra etməyəndə onun başına avtomatı dirəməklə öldürəcəyi ilə hədələyirdi. Həmin zaman onları də hədələyirdi ki, onun onlarla məzələnmək üçün, onları alçaltmaq üçün etdiyi əmrlərinə tabe olmalıdırlar. Əks halda, onları avtomatla öldürəcəkdir və heç kəs də ona bir söz deyə bilməz. xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin köhnə qərargahında saxlanılmış, orada saxlandığı müddətdə xx.xx.2017-ci il tarixədək işgəncələrə məruz qalmış, xx.xx.2017-ci il tarixdən gözləri açılmış, həmin tarixdən sonra ona əvvəlki işgəncələr verilməsə də, lakin yenə də qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Orada olduğu müddətdə korpus komandirinin köməkçisi Fuad Ağayev mütəmadi olaraq ora gəlmiş, saxlanılan şəxslərin sorğu sual edilməsi ilə bağlı göstərişlər vermiş, bəzən özü saxlanılan şəxslərdən yanına çağırtdırıb özü sorğu sual etmiş və istədiyi cavabı almayanda sorğulanması üçün onu oradakı maskalı şəxslər tərəfindən aparılmasına dair göstəriş vermişdir. Bundan başqa korpus komandiri Hikmət Həsənovu da eyni qaydada bir neçə dəfə orada görmüş, sonuncu sorğulama prosesi ilə bağlı göstərişlər vermiş, saxlanılan şəxslərdən kimin nə danışması ilə maraqlanmışdır. xx.xx.2017-ci il tarixdə Hikmət Həsənov hərbi hissə komandirlərinə düzülüş etmiş, onlara “kim istəyirsə, kim inanırsa öz hərbi qulluqçularını apara bilər” sözlərini demiş, həmin gün xx.xx.2017-ci il tarixdə hərbi hissə komandiri Anar Abbasov onu və Ramin Mirzəyevi götürüb hərbi hissəyə apardı. Həmin zaman onun əlləri və ayaqları, başı əsirdi. Həmin zaman əsəbləri bərk pozulmuşdu. Əllərinin, ayaqlarının, başının əsməsini dayandıra bilmirdi. Onlar burada da insan əyaqətini alçaldan rəftara məruz qalırdı. Belə ki, hər birinin yanında iki nəfər iri cüssəli “maxe” hərlənirdi. Ayaqyoluna gedəndə qapı açıq vəziyyətdə otururdular. Ailə üzvləri ilə əlaqə saxlamaq mümkün deyildi. Heç bir hərbi qulluqçu ilə münasibət qurmağa ona imkan vermirdilər. Bir dənə telefon tapa bilmirdi ki, ailə üzvlərinə sağ olduğunu xəbər versin. N gün bu qayda ilə hərbi hissədə qaldıqdan sonra Anar Abbasovun otağına getmiş, onunla dalaşmışdır. Bundan sonra, yenidən onu maşına qoyub Bərdəyə korpus komandiri Hikmət Həsənovun yanına apardılar. O başa düşürdü ki, ən yaxşı halda onu hərbi xidmətdən tərxis edəcəklər. Artıq heç nəyin onun üçün dəyəri və əhəmiyyəti yox idi. Bərdədə yenə də heç kəslə ünsiyyət qurmalarına imkan vermədən onu N gün saxlamışlar. Yenə iki nəfərin müşayiəti altında idi. Həmin zaman gizlicə bir telefon əldə etmiş və ailə üzvləri ilə əlaqə saxlamışdır. Onlar onu ölmüş və vətən xaini hesab edirdilər. Həmin zaman atası ona dedi ki, əgər vətən xaini deyilsənsə, o zaman hərbidə qal işlə. O, və bütün kənd inansın ki, o, xainlik etməmiş, heç bir günahı yoxdur. Orada N gün qaldıqdan sonra kadrların rəisi onu çağıraraq, korpusun ən pis yeri olan N nömrəli hərbi hissəyə poliqon rəisi təyin edildiyini bildirdi. O, əlacsız vəziyyətdə qalaraq, bu təklifi qəbul etdi. O, iki ay müddətində kazarma vəziyyətində, təhlükəli şəxs kimi nəzarətdə saxlanıldı. 2021-ci ilin avqust ayında da N saylı hərbi hissəyə texnik vəzifəsinə təyin edildi. N saylı hərbi hissənin köhnə ərazisində korpus komandiri Hikmət Həsənovu, onun müavini Fuad Ağayevi və bir neçə yüksək rütbəli zabiti görmüşdür. Xidmət etdiyi dövrdə hərbi hissədə hansısa hərbi qulluqçunun erməni hərbi birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə olması, onlara hər hansı bir formada məlumat ötürməsi barədə eşitməmişdi. Bundan başqa onun erməniyə işləməsini etiraf etməyi tələb olunmuş və kimin göstərişi ilə bunu etməyi və başqa erməniyə işləyən hərbçilərin adlarını deməyi tələb olunmuşdur. Həmin vaxt bədəninin bütün nahiyyələrindən xəsarət almışdı. Qeyd edilən hadisələrlə bağlı psixoloji sarsıntı keçirdiyindəm Şəki psixiatriya xəstəxanasında müalicə olunmuşdu. Vətənə daima sədaqətlə xidmət edən hərbi qulluqçuların, o da daxil olmaqla işgəncəsini izləmək ona həddən artıq pis təsir göstərmişdi. O, öz hərbi qulluqçularının, Vətəninin digər oğlunun ona və digər oğullarına işgəncə verməsini, işgəncə verərək öldürməsini, bunu onlara nümunə kimi göstərməsini dərk edə bilmirdi. Anlaya bilmirdi ki, bir kişi başqa bir kişiyə niyə belə bir işgəncə versin. Üstəlik, heç bir Vətənə xəyanət olmadığı halda bu insanların hansı səbəblə işgəncəyə məruz qalmasını dərk etmək mümkün deyildi. Onlar erməniyə əsir düşməmişdi. Lakin erməniyə əsir düşən şəxs kimi işgəncə görürdü. Üstəlik, işgəncəni verən şəxslər dayanmadan, mütəmadi olaraq işgəncə verirdilər, onlar yorulmaq bilmədən, canşəfanlıqla işgəncə verirdilər. Hətta işgəncə bir müddət dayandıqda belə yenidən davam etməsi əmr edilirdi. Bu hadisələri yaşamaq çox çətin idi. İnsanın çiyinçiyinə səngərdə durduğu, düşmənə qarşı vuruşduğu, qardaşdan yaxın bildiyi insanların ona işgəncə verməsi, güvəndiyi komandanlığın bu işgəncələrin başında durması insanı sarsıdırdı. İşgəncələr elə amansız idi ki, ölüm daha cazib gəlirdi. Yalnız işgəncəyə görə ölümü arzulamırdı, eyni zamanda dostu, qardaşı, silahdaşı hesab etdiyi şəxslərin hərəkətlərini gördükdə buna tab gətirməmək, daha artıq onların zülm edən simalarını görməmək üçün ölümü istəyirdi. Uzun illər ərzində hərbi sahədə etdiyi xidmətin, seçiminin nə qədər yanlış olduğunu, bu insanlara güvənməyinin yanlış olduğunu anlamaq dəhşət idi. İnsanı dayanmadan alçaldırdılar. Onun kişi qüruru sınmışdı, onlar onun və digərlərinin kişi qürurunu sındırmaqda həvəsli idilər, bu əmri verən şəxslər bu Vətənin oğlu ola bilməzdi. Bu işgəncəni anlamaq həmin işgəncəni yaşadığı halda dərk etmək mümkün deyildi. İşgəncənin birbaşa obyekti olduğu halda yoldaşlarının işgəncə səslərini eşitməyə dözə bilmirdi. Sonradan bəzi insanların heç bir xəyanət etmədiyi halda guya ki, Vətənə xəyanət etməsini, başqa bir qism insanların isə guya ki, kimlərsə tərəfindən erməniyə aparılaraq orada cinsi əlaqəyə girdiyini etiraf etməsini bilmək isə daha ağır idi. İnsan elə ağır işgəncəyə məruz qalırdı ki, özünə, şərəfinə, ləyaqətinə, ailəsinə ləkə yaxırdı. Və bunu ölümü hər an gözünə alan hərbi qulluqçu edirdi. Bunu dərk etmək həmin işgəncəni yaşamaq qədər, hətta ondan da ağır bir zərbə idi. Elə bir zərbə ki, onun ağırlığını qaldırmaq hər kəsin işi deyildi. Məhz bu səbəbdən də onda psixi xəstəlik yarandı və uzun müddət psixo-nevroloji dispanserdə müalicə olundu. Sonradan o, yenidən hərbi hissədə xidmətini davam etdirsə də, hədələr daima olmuşdur. Doğrudur, ona bu barədə kiməsə danışacağı halda cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməklə N saylı hərbi hissədə bununla bağlı sənədə imza etdirilmişdi. Lakin sənədə imza etdirməyə ehtiyac yox idi, çünki hədələr o qədər real idi ki... Onlar işgəncənin birbaşa şahidi idilər. Lakin bəzən bu işgəncələr barədə ailə üzvlərinə belə danışa bilmirdilər. İnsanın kişilik qürurunun sındırılmasını özünün sinirməsi belə ağır bir prosesdir. Bunu başqa şəxslərə danışmaq isə daha da çətin idi. Üstəlik, bir il ərzində xidmət sahəsində daima ayrı-seçkiliyə məruz qalırdı. İş yoldaşları ondan çəkinirdilər. Bunun səbəbi kimi onların özlərini qoruması olduğunu başa düşürdü. Lakin heç kəs onu bunu bu formada demirdi, əksinə komandanlığın xoşuna gəlmək üçün onunla vətən xaini kimi rəftar edirdilər. 2018-ci ildə ordunun 100 illiyi ilə əlaqədar həbçilərə medal verilərkən, onun əsgərinə medal gəldiyi halda, ona medal verilməkdən, hətta medal verilməsi nəzərdə tutulan şəxslərin siyahısına salınmaqdan imtina edildi. Səbəb kimi isə “vətən xaini” kimi “sorğu-sual” edilən şəxslərə medal düşmədiyini bildirdilər. Tərtər hadisələri ilə əlaqədar tutulan şəxslər bəraət alan günə qədər, bu hadisələrin əslində olmadığı, insanların şərlənərək, işgəncə görərək məhkum edilməsi ortaya çıxdığı vaxta qədər hər il əmək haqqına əlavələrdən məhrum oldu. Bu, bir il ərzində 1200-1300 manat məbləğində idi. Bundan başqa, işgəncəyə məruz qalanadək ikiqat maaş aldığı ərazidə - N saylı hərbi hissədə xidmət edirdi. Həmin zaman 1700 manat əmək haqqı alırdı. İşgəncədən sonra isə 1100 manatlıq əmək haqqısı olan işə keçirildi. 5 il müddətində hər ay 600 manat az əmək haqqı aldı. Bütün bunlardan başqa, o, işgəncəni və həmin dövrdəki hisslərini yalnız 31 gün işgəncəyə məruz qaldığı, 2 ay N gün ərzində N saylı hərbi hissədə kazarma vəziyyətində nəzarətdə saxlanıldığı, təxminən ondan sonrakı 1 il ərzində qeyri-insani rəftara məruz qaldığı müddətdə yaşamamış, həmçinin iş yerində əlavə əmək haqqının verilməsindən hər dəfə “Tərtər işi”nin zərərçəkmişi” adı ilə imtina edilməsi, 5 il ərzində ikiqat maaşdan birqat maaşa atılmağı, heç bir medalla təltif edilməməyi, hər gün yuxudan qalxanda, yatmaq üçün uzandıqda, hər hansısa bir əmri alanda, komandirin göstərişi ilə onun yanına getdikdə, kiminsə maşınına mindikdə, kiminsə səni gözlədiyini eşitdikdə və həyatının hər bir anında yaşayır və hiss edirdi. O, hər gecə o işgəncələri yuxuda görürdü, yuxudan işgəncədən qışqıraraq ayılırdı. Hər an işgəncənin yenidən davam edəcəyini gözləyirdi. Onun iki qız övladı var. Gördüyü işgəncələr nəticəsində yenidən ata olmaqdan məhrum olmuşdur. Halbuki, o da oğul övladının olmasını arzu edir. Bundan başqa, ailəsi 5 il ərzində daima vətən xaininin ailəsi damğası ilə yaşamağa məcbur olmuşdur. Hər zaman yaşlı atası-anası iztirab çəkmiş, həyat yoldaşı dəfələrlə pis rəftara məruz qalaraq evdə ağlamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini müdafiə etmiş, onun hərbi xidmət vəzifəsinin və yerinin dəyişdirilməsi nəticəsində gəlirlərinin azalmasına görə, habelə aldığı psixonevroloji müalicələrə görə maddi ziyan dəyməsini bildirirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Belə ki, o əvvəlki xidmət yerində daha yüksək maaş almış, sonradan xidmət yeri dəyişdirilmiş və maaşı azalmışdır. Bununla bağlı təqdim edə biləcəyi sübutları yalnız xidməti vəsiqəsində olan qeydlərdir, əmək haqqı barədə hesabdan çıxarış təqidm edə bilmir, həmçinin ona müalicə ilə əlaqədar yazılmış reseptləri və həmin dərmanların alınmasına dair qəbzlər onda yoxdur. Həmçinin hazırda hərbi xidmət göstərməsi ilə əlaqədar məhkəmə iclaslarında iştirakının mümkünsüz olduğunun nəzərə alınaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi SQ Təlim və Tədris mərkəzi tərəfindən verilmiş SQ seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şəki rayonunda anadan olmuş İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 217 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasına müraciət etmiş və ambulator müalicələr almışdır. Dəqiqləşdirilməmiş nevrotik pozğunluq (F-48.9) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 59 nömrəli hərbi hisəsindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 79 nömrəli arayışın surətindən görünür ki, gizir İddiaçı xx.xx.2017-ci il tarixindən, xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir və müvafiq tutulmalar aparıldıqdan sonra ona 2017-ci ildə may ayı üzrə 581,25 manat, iyun ayı üzrə 914,25 manat məbləğdə pul təminatı (əmək haqqı) ödənilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmündən görünür ki, X3 xidmət edərkən qeyd edilən məqsədlər üçün yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə, mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 4 may 2017-ci il tarixdə günorta saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, N nömrəli hərbi hissənin tank əleyhinə raket kompleksi batareyası, tank əleyhinə raket kompleksləri tağımı, 1-ci tank əleyhinə raket kompleksləri manqasının maşın komandiri - manqa komandiri, gizir İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Bilal Nəzərov fiziki və psixi ağrılara baxmayaraq düşmənlə əlaqəsinin olmasını inkar etdikdə ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 35 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-1(103)- 38/2024 saylı qərarından görünür ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs İddiaçı ifadəsi eynilə öz əksini tapmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə mülki iş vardır. Həmin iddia tələbinə etiraz edərək bildiririk ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq ona dəymiş maddi ziyana görə 100.000 manat və mənəvi ziyana görə 100.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü ilə və ya cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə müəyyən olunsun. Cinayət Prosessual Məcəlləsinin 191 -ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçının kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunubolunmaması araşdırılmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı aylıq əmək haqqı 2017-ci ilin may ayında 581,25 manat, iyun ayında 914,25 manat təşkil etmişdir,həmçinin şəxsin digər ödənişləri (maddi yardım, məzuniyyət, ezamiyyə və s.) barəsində olan müvafiq sənədlərin saxlanma müddəti bitdiyinə görə məhv edilmiş və bu səbəbdən hər hansı məlumat verilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna qoşma sənədlər N saylı hərbi hissə komandirinin əmrlərindən çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından müəyyən edildiyi kimi, İddiaçı qarşı cinayət əməlləri törədilərkən ona mənəvi zərərin vurulması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqətəuyğundur, iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə şübhəli bilinməklə ondan yuxarı vəzifəli şəxslər tərəfindən işgəncəyə məruz qalmışdır, uzun müddət mənəvi iztirab çəkmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxslərə elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittihamlardan biri zərərçəkmiş şəxsə, hazırki tələb üzrə iddiaçıya qarşı 35 gün müddətində təkrarən işgəncə verilməsindən ibarətdir. Hazırda 2017-ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının təkrarən işgəncəyə məruz qalmaqla qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət (35 gün) nəzərə alınmaqla vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 17.500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 17.500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə kompensasiyanın 100.000 manat məbləğində müəyyən edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, illər ərzində əmək haqqına əlavələrdən məhrum olmuş, işgəncəyə məruz qalanadək ikiqat maaş aldığı ərazidə - N saylı hərbi hissədə xidmət etmiş, həmin zaman onun əmək haqqı 1700 manat təşkil etmişdir, sonradan isə 1100 manat əmək haqqı olan işə keçirilməklə 5 il ərzində 600 manat daha aşağı əmək haqqı almışdır. Bununla bağlı iddiaçıya əmək haqqı hesabından çıxarış təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən sübutlar təqdim edilməmiş, habelə məhkəmə tərəfindən edilmiş sorğulara cavab olaraq Müdafiə Nazirliyindən verilmiş cavablara əsasən Bilal Nəzirovun müxtəlif hərbi hissələrdə aldığı əmək haqqları barədə məlumatları tam şəkildə təqdim edilməmişdir. Yalnız N nömrəli hərbi hissədə şəxsin may ayında 581,25 manat və iyun ayında 914,25 manat əmək haqqı almasına dair arayış təqdim edilmişdir ki, bu arayış əsasında şəxsin 1700 manatlıq əmək haqqı alması və ya sonradan daha aşağı əmək haqqı olan vəzifəyə keçirilməsi öz təsdiqini tapmır. Bununla da iddiaçının itirilmiş gəlir hesab etdiyi əmək haqqı məbləğinin tutulması ilə bağlı tələblərini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən vurulmuş maddi ziyana görə 100.000 manat pulun tutulmasına dair hissədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 17.500 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia tələbi 100000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 17.500 (on yeddi min beş yüz) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-643/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-643/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəfin, ləyaqəti
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver