Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2198/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və 3-cü şəxs "xxxx" ASC-nin Xətai Rayonu Enerji Təhcizatı və Satışı İdarəsinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin ona vurduğu maddi ziyanın 59 manat 79 qəpik (əlli doqquz manat yetmiş doqquz qəpik) şəxsi vəsait və 250 manat (iki yüz əlli) manat avtomobil yanacaq sərfiyyatını itirdiyinə, vaxt iş rejim pozuntusu üçün 300 (üç yüz) manat, ümumilikdə 609 (altı yüz doqquz) manat pul vəsaitinin Azərişıq İdarəsinin üzərinə öhdəlik qoyularaq abunə nömrəsi **********50C, abonentin kodu **********12 hesabına həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iddia ərizəsindən daha əvvəl, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi daxil olmuş,həmin iddia tələbində də iddiaçı ilə Azərişıq ASC-nin ona vurduğu maddi ziyanın 59 manat 79 qəpik şəxsi vəsait və 250 manat avtomobil yanacaq sərfiyyatını itirdiyi, vaxt iş rejim pozuntusu üçün 300 manat, ümumilikdə 609 manat pul vəsaitinin Azərişıq İdarəsinin üzərinə öhdəlik qoyaraq abunə nömrəsi **********50C, abunə kodu **********12 hesabına həmin məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi məhkəmənin icraatında hazırki iddia ərizəsindən daha əvvəl daxil olmuş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla iddia ərizəsi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırda məhkəmənin icraatında qeyd edilən tələblə bağlı daha öncədən daxil olmuş iddia ərizəsi olduğundan məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair hazırki iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2198/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2198/2024
22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver