Məhkəmə qərarları › İş №2(006)-220/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-220/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-220/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 8000 (səkkiz min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, maddi zərərə görə Cavabdeh 7500 (yeddi min beş yüz) manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə 7500 (yeddi min beş yüz) manat borcun ödənilməsi barədə razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, bu barədə barışıq sazişi tərtib edildiyini və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh “pul” tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. “Cavabdeh borcundan İddiaçı 4000 (dörd min) manat pulu 2021-ci ilin may ayının 10dan başlayaraq 2021-ci ilin iyul ayınadək ödəməyi öhdəsinə götürür. Bununla da İddiaçı Cavabdeh qızına qarşı pul tam ödəniləndən sonra heç bir tələbi və şikayəti olmayacaqdır.”

2. “İddiaçı qalan 3500 (üç min beş yüz) manat borcu Cavabdeh onun evində olan qüsurların aradan qaldırılması məqsədi ilə güzəştə gedir. Güzəştə gedilmiş 3500 (üç min beş yüz) manat pulu Cavabdeh evində (İddiaçı təhvil verdiyi evin) olan qüsurlar üçündür. Bununla da cavabdeh Ağayeva Sevinc Nəsib qızının evin qüsurlarının aradan qaldırılması ilə bağlı Əlləzov Vaqif Vladimiroviçə qarşı hər hansı bir şikayət və tələbi olmayacaqdır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı və Cavabdeh arasında tərəf olduqları “pul” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 16.04.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 16.04.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdeh borcundan İddiaçı Vladimiroviçə 4000 (dörd min) manat pulu 2021-ci ilin may ayının 10dan başlayaraq 2021-ci ilin iyul ayınadək ödəməyi öhdəsinə götürür. Bununla da İddiaçı Cavabdeh qızına qarşı pul tam ödəniləndən sonra heç bir tələbi və şikayəti olmayacaqdır” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “İddiaçı qalan 3500 (üç min beş yüz) manat borcu Cavabdeh onun evində olan qüsurların aradan qaldırılması məqsədi ilə güzəştə gedir. Güzəştə gedilmiş 3500 (üç min beş yüz) manat pulu Cavabdeh evində (İddiaçı təhvil verdiyi evin) olan qüsurlar üçündür. Bununla da cavabdeh Ağayeva Sevinc Nəsib qızının evin qüsurlarının aradan qaldırılması ilə bağlı Əlləzov Vaqif Vladimiroviçə qarşı hər hansı bir şikayət və tələbi olmayacaqdır məzmunlu barışıq sazişi təsdiq edilsin” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar