Məhkəmə qərarları › İş №2(006)-2223/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2223/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2223/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, X5 ilə “xxxx” ASC arasında bağlanmış 1497 saylı kredit müqaviləsinə əlavə xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx xxxx 2012-ci il tarixdə X13 ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda borclu kredit müqaviləsinin təminatı kimi onunla bank arasında zaminlik müqaviləsi bağlamağı xahiş etmişdir. O da elə həmin gün banka gedib müqavilənin adının zamin kimi göstərilən qrafasını imzalamışdır. “xxxx” ASC Bakı filialından çıxıb evə gələrkən bankdan ona zəng edərək, bildirdilər ki, sənin zamin kimi öhdəlik götürməyinə ehtiyac qalmadı və imzaladığın müqavilə ləğv olundu. Bunun səbəbi kimi isə onun işləmədiyi göstərilmişdir. Qeyd etmək istəyir ki, müqavilə tərəfindən imzalanarkən borclu və bank tərəfindən imzalanmamışdır. Hal-hazırda isə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən X5, zaminlər X2 və X9 ilə yanaşı onda da borcun ödənilməsini tələb edirlər. Halbuki, qeyd olunan zaminlik müqaviləsində onun imza olsa da, müqavilənin digər tərəfləri olan borclu və bank tərəfindən imzalanmamış və müvafiq qaydada möhürlə təsdiqlənməmişdir. Bildiyiniz kimi müqavilə tərəflərin imza və ya möhürləri ilə təsdiq edildikdən sonra hüququ qüvvəyə minir. Bu müqavilənin mövcud olmasında onun ümumiyyətlə xəbəri olmamışdır. Qeyd olunanlara əsasən bildirir ki, onunla “xxxx” ASC arasında hər-hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır. Çünki aralarında tərəflərin hər birinin imzaladığı hər-hansı bir müqavilə yoxdur. Buna görə də hesab edirdi ki, 1497 saylı kredit müqaviləsinə əlavə - xx xxxx 2012-ci il tarix zaminlik müqaviləsi X5 ilə bank “xxxx” ASC tərəfindən imza və möhürlə təsdiq olunmadığından etibarsız hesab olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan ”xxxx” ASC ilə İddiaçı və X13 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 1497 saylı zaminlik müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən “zamin” 1497 saylı xx xxxx 2012 saylı kredit müqaviləsi ilə “xxxx” ASC-nin Bank filialından kredit götürmüş “Borclu” X6 qarşısında öz öhdəliklərini tamamilə icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz özərinə götürür. İş materiallarında olan ”xxxx” ASC ilə X9 və X13 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 1497 saylı zaminlik müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən “zamin” 1497 saylı xx xxxx 2012 saylı kredit müqaviləsi ilə “xxxx” ASC-nin Bank filialından kredit götürmüş “Borclu” X6 qarşısında öz öhdəliklərini tamamilə icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz özərinə götürür. İş materiallarında olan ”xxxx” ASC ilə X2 və X13 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 1497 saylı zaminlik müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən “zamin” 1497 saylı xx xxxx 2012 saylı kredit müqaviləsi ilə “xxxx” ASC-nin Bank filialından kredit götürmüş “Borclu” X6 qarşısında öz öhdəliklərini tamamilə icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz özərinə götürür. İş materiallarında olan “xxxx”ASC ilə X13 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 1497 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmetini “borc verən”in “Borc alan”a 18 ay müddətində, illik 26 faiz dərəcəsi olmaqla, 2550 mant məbləğində kredit verməyi, borcalanın isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri “borc verən”ə qaytarmasına dair pul öhdəliyi təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(011)-70/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X1 və X10, X4 və İddiaçı müştərək qaydada 2075.17 manat əsas borc, 696.77 manat faiz borc, 200 manat dəbbə borcu, 30 manat dövlət rüsumu və 01 manat bank xidmət haqqı, cəmi 3002,94 manat tutularaq iddiaçı “xxxx”ASC-nə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, müqavilə tərəflərin imza və ya möhürləri ilə təsdiq edildikdən sonra hüququ qüvvəyə minir. Bu müqavilənin mövcud olmasında X5nun ümumiyyətlə xəbəri olmamışdır. X5 ilə “xxxx” ASC arasında hər-hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır. Buna görə də 1497 saylı kredit müqaviləsinə əlavə - xx xxxx 2012-ci il tarix zaminlik müqaviləsi X5 ilə bank “xxxx” ASC tərəfindən imza və möhürlə təsdiq olunmadığından etibarsız hesab olunmalıdır. həmcinin müəyyən olundu ki, 1497 saylı Kredit müqaviləsinə əlavə üzrə bağlanılmış kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmış, lakin “xxxx” ASC və X5 tərəfindən imzalanmamışdur. ona görə də, İddiaçı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddia tələbi təmin edilsin. X5 ilə “xxxx” ASC arasında bağlanmış 1497 saylı kredit müqaviləsinə əlavə xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar