Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2236/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında aktın ləğv edilməsi və istifadə qaydalarının pozulmasına görə hesablanmış 2002.70 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail tayonu, Neftçilər prospekti 131, 43 saylı mənzilin müikiyyətçisidir. Bildirmişdir ki, o, vaxtlı-vaxtında olan kommunal borclarını, o cümlədən işıq borcunu ödəyir. 2023-cü ilin dekabr ayının 06-da olan borc 249.17 manat ödəmişdir. Lakin, 2024-cü ilin yanvar ayında ona borc bildirişi gəlmiş və həmin borc xx.xx.2023-xx.xx.2024-cü il dövrü əhatə edir və artıq 2093.34 manat təşkil edir. O, çox təəccüblənmişdir ki, belə borc ola bilməz, lakin cavabdehə şifahi müraciət etmişdir ki, bu borcun yaranma səbəbini izah etsinlər və onlar ona sayğacın dəyişdirilməsindən sonra akt tərtib edildiyini və bu cərimə pulu kimi hesablandığını bildrimişlər. Aktın sürətini ona təqdim etmişlər, aktda güya sayğacın dövlət möhürü və alt qapaq möhürünun pozulması və hansısa mexanizmdə cızıq izlərin aşkar edilməsi göstərilmişdir. Nə sayğacın dəyişdirilməsində, nə də sayğaca baxış keçirilməsində o, iştirak etməmiş, iştirak etməyə dəvət olunmamış, ümumiyyətlə onun bu işlərdən xəbəri olmamışdır. Hesab etmişdir ki, həmin akt qanunsuz olmuşdur və ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və zahatında qeyd etdi ki, sistemdən verilmiş çıxarışda iddia tələbində qeyd edilən məbləğdə borcunun olması göstərilmişdir. Həmin borc məbləği hazırda da mövcuddur və iddiaçı tərəfindən həmin borc ödənilməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş Səbail RETSİ Enerji Satış şöbəsində aparıcı mühəndis vəzifəsində işləyən X1 bildirmişdir ki, iddiaçıya məxsus mənzilə həmçinin onun bilavasitə iştirakı ilə baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı sayğacın mexaniki olması aşkar edilməklə istismar dövrünün başa vurması, sayğacın obyektin daxilində quraşdırılması müəyyən edilmiş, sayğaca baxış zamanı onun üzərində möhür mövcud olmuş, qeyri qanuni xətt aşkar edilməmiş, sayğac istismar müddəti bitdiyinə görə yenisi ilə əvəzlənmişdir. Sayğac yenisi ilə əvəz olunduqdan sonra mənzilin daxilindən çölünə çıxarılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokoldan görünür ki, sayğacın daxilinə baxış zamanı diskin və hesab mexanizminin üzərində cızıq izləri aşkar olunmuş, sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt № 054879-dan görünür ki, sayğaca baxış keçirərkən məlum olmuşdur ki, abanentə aid olan sayğac istismar dövrünü başa vurmuşdur. Sayğac obyektin daxilində quraşdırılmışdır. Sayğacın yenisi ilə əvəzlənməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt № 273515-dan görünür ki, ünvan üzrə sayğac dəyişidrilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt-protokol №019361-dan görünür ki, 266713 dövlət möhürü və 283426 nömrəli alt qapaq möhürü pozulub, yoxlama zamanı aşkar edilən qüsurlar diskin və hesab mexanizminin üzərində cızıq izləri aşkar olundu, sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2023cü il tarixli 054879 №-li akta əsasən 2003.43 manat borcun ödənilməsi qərara alınmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 2002.7 manat məbləğində borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşür. Həmin akta görə ümumilikdə 2002.7 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin "xxxx" ASC tərəfindən tərtib edilmiş sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında aktın ləğv edilməsi” barədə tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, həmin akt baxış zamanı iddiaçının yaşayış sahəsində elektrik enerjisi istehlakının miqdarını ölçmək üçün quraşdırılmış sayğacın istismara yararsız olması haqqındadır. Sayğacın yararsız hala salınmasında iddiaçının təqsiri müəyyən edilməsə də, həmin halın mövcud olmaması məhkəmə iclasında təqdim olunmuş sübutlarla müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 40.02 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10043) əsassız hesablanmış 2002.7 manat borc silinməli, "xxxx" ASC-dən 40.02 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10043) əsassız hesablanmış 2002.7 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 40.02 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2236/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2236/2024
27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver