Məhkəmə qərarları › İş №2(006)-2242/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2242/2020

11.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2242/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "gecikdirilmiş əmək haqqına görə maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqqhesabın ona gec ödənilməsinə görə 392,23 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat, ödənilməmiş 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat, ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2017-ci il tarixindən Cavabdeh MMC-də Tənzimləmə və Hüquq işləri və SƏTƏM üzrə idarənin kommersiya müqavilələri bölməsində böyük hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Cavabdeh MMC xx xxxxxx 2019-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam vermişdir. Əmək müqaviləsinə xx xxxxxx 2019-cü il tarixində xitam verilməsinə baxmayaraq əmək kitabçası və son haqq-hesab həmin gün ona verilməmişdir. Çoxsaylı müraciətlərdən sonra əmək kitabçası 18 fevralda, son haqq-hesab isə 20 fevralda ona verilmişdir. O, əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi Cavabdeh MMC tərərfindən onunla bağlanan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu aşkar etmişdir. Bununla bağlı Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında xx xxxxx 2019-cu il tarixində **********4 saylı protokol tərtib edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən son haqq-hesabın məbləği 7.844,74 manat təşkil edir. Beləliklə, 5 gün gecikdirməyə görə, işəgötürən həmin məbləğin (hər gün üçün 1% olmaqla) 5%-i həcmində ödənc ödəməlidir ki, bu da 392,23 manat təşkil edir. Bu barədə onun etdiyi şikayət Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılmış və pozuntu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli, **********4 saylı arayışında göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir.Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən ona qarşı yol verilmiş mülki (əmək hüququ) və inzibati hüquq xarakterli pozuntu öz təsdiqini qanunla müəyyən edilmiş qaydada tapmışdır. Bundan başqa son haqq hesab zamanı bir sıra yalnışlıqlara da yol verilmişdir. İşəgötürənin əmək müqaviləsinin ləğv edilməsi barədə 73 saylı, xx.xx.2019-cu il tarixli əmrinin 2-ci bəndinə qeyd edilmişdir ki, istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödənilsin. Lakin iddiaçının istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 gününü istifadə etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddədən göründüyü kimi son haqq-hesaba işçinin istifadə edilməmiş əmək məzuniyyəti, əmək haqqı və digər ödənişlər daxildir. Digər ödənişlərə isə, mükafat da daxildir. Cavabdeh MMC-də hər il yanvar-fevral aylarında şöbələrin bütün işçilərinə rəhbərlik tərəfindən elektron poçt vasitəsi ilə performansın qiymətləndirilməsinə dair müvafiq blanklar göndərilir ki, həmin blank işçilər tərəfindən doldurulub rəhbərliyə təqdim edilir və bunun əsasında hər bir işçiyə mükafat olaraq, 13-cü əmək haqqı ödənilir. Lakin, belə bir email və blank ona gəlsə də, yekunda ona heç bir mükafat köçürülməmişdir. Əgər bu mükafat ona aid deyildisə, bu emaili işəgötürən ona niyə göndərmişdi. Beləliklə, ona ödənilmiş son haqq-hesabın gecikdirilməsindən savayı, hesablanması da düzgün aparılmamışdır. Buraya aiddir: Cavabdeh MMC iddiaçıya istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödəmişdir. Lakin, onun istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 günün istifadə etmişdi. 36-15=21 gün edir ki, bunun da 14 günü üçün ona ödəniş edilmişdir. Göründüyü kimi, onun 7 (21-14=7) günlük məzuniyyətinin pulu ödənilməmiş olaraq qalır. Bir günlük məzuniyyət haqqı 73,53 (yetmiş üç manat, əlli üç qəpik) manat olduğu halda 7 gün üçün ona 514,71 (beş yüz on dörd manat, yetmiş bir qəpik) manat ödənilməlidir. Cavabdeh MMC tərəfindən hər bir işçiyə mükafat olaraq, ödənilən 13-cü əmək haqqı ona da ödənilməlidir ki, bu da 2.056 manat təşkil edir. İşəgötürənin iddiaçıya qarşı qərəzli hərəkətindən biri də, onu tez-tələsik işdən çıxarmaqla, qeyd edilən pozuntulara yol vermişdir ki, bunun təsdiqi də son haqq hesabını vaxtında ödəmədiyi barədə Dövlət Əmək Müfəttişliyinin məktubudur. İddiaçı Cavabdeh MMC-də baş hüquqşünas vəzifəsində işləmişdir, işəgötürənin ona qarşı yol verdiyi pozuntu məqsədli olmaqla, iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissələrini yaratmaq üçün edilmişdir. Yəni, ona göstərməyə çalışmışdır ki, o, hüquqşünas olaraq, öz hüquqlarını qoruya bilmir. Çünki, cavabdehə qarşı məhkəmələrdə bir neçə iddiası olmuş və cavabdeh buna görə də ona qarşı acıqlı və qərəzli davranmışdır. Odur ki, bütün bunlar ədalətlilik prinsipi əsas tutulmaqla, ona mənəvi ziyana görə kompensasiyanın ödənilməsi üçün əsasdır. İddiaçının işində cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) pul itkisi formasında baş vermişdir. Mənəvi zərərin vurulmasının sübut edilməsi üçün şəxsin əmlak və ya şəxsi qeyri-əmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. Cavabdeh MMC xx.xx.2019-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam versə də, əmək kitabçasını və son haqq-hesabı həmin gün ona verməmişdir. Buna görə də, beş gün ərzində çoxsaylı şifahi müraciətlər etməyə, iş yerinə və banka təkrar-təkrar getməyə məcbur olmuşdur. Bütün bunlar nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) onda mənəvi əzab və məyusluq hissinə səbəb olmaqla, emosional sarsıntı keçirməsinə səbəb olmuşdur ki, nəticədə ona mənəvi ziyan vurmuşdur. Buna görə də həmin ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində göstərir ki, son haqqhesabın gec ödənilməsinə görə 392,23 manat pul ödənilməlidir. Bununla bağlı İnzibati xəta haqqında protokol var. Faiz əmək mübahisəsi yaranmadıqda ödənilir. Burda isə əmək mübahisəsi var. Ona görə də faiz ödəməli deyillər. Mükafatla bağlı qeyd edir ki, həmin mükafatların ödənilməsi cavabdehin vəzifəsi yox, hüququdur. Əməyin qiymətləndirilməsi üçün verilir. O zaman iddiaçının əməyi aşağı qiymətləndirilmişdir və ona görə də mükafat verilməmişdir. Məzuniyyətlə bağlı isə bildirir ki, 2017-ci ildə iddiaçı 40 günlük məzuniyyətə çıxmışdır – 30 gün əsas məzuniyyət, 6 gün stajına görə, 4 gün isə 2018-ci ildən çıxılmışdır. 2018-ci ildə isə məzuniyyətə çıxdığı 14 günün pulu ödənilmişdir. Ona görə tələb bu hissədə də əsassızdır. Tələbi mənəvi ziyan hissəsində də qəbul etmirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsinin surətindən oörünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx xxxx 2017-ci il tarixdən Tənzimləmə və Hüquq İşləri və SƏTƏM üzrə idarənin Müqavilələrlə İşlər üzrə Şöbənin Kommersiya Müqavilələri üzrə Bölməsinə Böyük hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətşiz bağlanmışdır. İş materiallarına əlavə olunanCavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 73 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin surətindən görünür ki, Cavabdeh MMCnin Baş icraçı direktorunun xx.xx.2018-ci il tarixli, 691 nömrəli əmri ilə Cəmiyyətin Təchizat idarəsinin strukturunda və ştatlarının sayında dəyişikliklər edilmiş, Kommersiya müqavilələri üzrə bölmə Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin tabeliyindən çıxarılaraq Təchizat idarəsinin strukturuna keçirilmişdir. Bununla əlaqədar Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə ıdlməsinin Böyük hüquq məsləhətçisi İddiaçı eyni vəzifə, eyni əmək funksiyaları və eyni əmək haqqı (2268,15 manat (iki min iki yüz altmış səkkiz manat on beş qəpik) ilə əmək fəaliyyətini Təchizat idarəsinin tərkibindəki Kommersiya müqavilələri bölməsində davam etdirmək rəsmi qaydada təklif olunmuşdur. Lakin adı çəkilən işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, bununla əlaqədar “02” mart 2017-ci tarixli, 631 nömrəli əmək müqaviləsinə hazırlanmış dəyişikliyi imzalamamışdır. Bundan əlavə əmək qanunverciliyində nəzərdə tutulan qaydada yeni əmək şəraitinin şərtləri ilə razılaşmadığı üçün İddiaçı yeni yaradılmış Dövlət orqanları ilə elaqələr və Hüquq idarəsində mövcud olan iki hüquq məsləhətçisi vəzifəsindən biri təklif olunsa da, sonuncu bu təklifi də qəbul etməmişdir. Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə bölməsinin Böyük hüquq məsləhətçisi İddiaçı ilə bağlanmış "02” mart 2017-ci il tarixli, 631 nömrəlı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə) xitam verilmişdir və işçi tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********4 saylı məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1233/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11165/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunan əmək məzuniyyətinin verilməsi barədə əmrlərdən görünür ki, xx.xx.2017-ci il tarixli, 808 №-li əmrə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 11 gün (5 gün əsas, 6 gün əlavə), xx.xx.2017-ci il tarixli, 969 №-li əmrə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 25 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan iş ili üçün 4 gün, xx.xx.2018-ci il tarixli, 113M №-li əmrə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan iş ili üçün 2 gün, xx.xx.2018-ci il tarixli, 153M №-li əmrə əsasən xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 1 gün, xx.xx.2018-ci il tarixli, 202.1M №-li əmrə əsasən 2018-2019-cu il tarixədək olan iş ili üçün 1 gün, xx.xx.2018-ci il tarixli, 278M №-li əmrə əsasən 2017-2018, 2018-2019-cu il tarixədək olan iş illəri üçün cəmi 14 gün, xx.xx.2018-ci il tarixli, 284M №-li əmrə əsasən 2018-2019-cu il tarixədək olan iş ili üçün 10 gün məzuniyyət verilmişdir. İş materiallarına əlavə olunan əmək haqqı üzrə çıxarışdan görünür ki, "Cavabdeh" MMC tərəfindən İddiaçı hesabına 7891,81 manat pul köçürülmüşdür. Azərbaycan respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir Həmin Məcəllənin 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC-də Tənzimləmə və Hüquq işləri və SƏTƏM üzrə idarənin kommersiya müqavilələri bölməsində böyük hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanan əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2848/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi iləİddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat, ödənilməmiş 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat, ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin cavabdehdən son haqq-hesabın gec ödənilməsinə görə hər gün üçün 1% olmaqla 392,23 manat tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə iddiaçıya ödənilməsi geçikdirilmiş məbləğlə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğu müəyyən edilir. Hazırki mübahisədə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi təsdiq olunsa da, tərəflər arasında fərdi əmək mübahisəsinin olduğu aşkardır. Belə olan halda məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli 73 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, iddiaçıya istifadə edilməmiş 14 məzuniyyət gününün əvəzinin ödənilməsi nəzərdə tutulmuş və iddiaçı isə iddia ərizəsində həmin məbləğin ödənildiyini bildirmişdir. Bundan əlavə iddiaçı onun 36 gün əmək məzuniyyəti olduğunu, bunun yalnız 15 gününü istifadə etdiyini və istifadə edilməmiş 21 məzuniyyət günü olmasına baxmayaraq ona yalnız 14 məzuniyyət gününün pul əvəzinin ödənildiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2017-ci il tarixli, 808 №-li, xx.xx.2017-ci il tarixli, 969 №-li, xx.xx.2018-ci il tarixli, 113M №-li, xx.xx.2018-ci il tarixli, 153M №-li, xx.xx.2018-ci il tarixli, 202M №-li, xx.xx.2018-ci il tarixli, 278M №-li və xx.xx.2018-ci il tarixli, 284M №-li əmrlərlə müvafiq məzuniyyət günlərindən istifadə etdiyi müəyyən edilmiş, tələb bu hissədə də iddiaçı tərəfindən əsaslandırıla bilməmişdir. İddiaçının ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat tələb etməsinə münasibətdə məhkəmə bildirir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ilə Cavabdeh” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsində cavabdehin bu cür mükafat məbləğinin ödənilməsi ilə bağlı öhdəlik daşıdığı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan hissələrdə əsassız olduğundan mənəvi zərər hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "gecikdirilmiş əmək haqqına görə maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "gecikdirilmiş əmək haqqına görə maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar