Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-226/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Ağstafa rayon Qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ağstafa rayon Qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X7 münasibətdə Cavabdeh atalığının müəyyən olunması, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 sabit pul miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehlə 2009-cu ildən faktiki olaraq bir yerdə yaşamışlar. Tərəflər arasında əvvəllər kirayə münasibətləri olmuş, cavabdeh yaşlı olduğuna görə iddiaçı ona ev təsərrüfatında kömək etmiş, cavabdeh üçün yemək bişirmiş, evinin təmizlik işlərini görmüş, beləliklə, aralarında münasibət yaranmışdır. İddiaçı cavabdehin birgə yaşamaq və gələcəkdə isə nikaha girməyə dair təklifini qəbul etmiş, aralarında qeyri-rəsmi nikah (faktiki ailə) münasibətləri yaranmış və birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə X9 adlı uşaq anadan olmuşdur. İddiaçı hamilə olan zaman cavabdeh onu tək qoyaraq İsrailə getmiş, uşağın doğulması üçün heç bir maddi yardım etməmişdir. İddiaçı həmin ərəfədə türk vətəndaşı Şen Veli ilə tanış olmuş və o, hamilə olmasını biləndən sonra Azərbaycanda yaşayış icazəsi almaq üçün iddiaçıya uşağa atalıq verməyi təklif etmişdir. İddiaçı uşağın şəhadətnaməsi alınan zaman problem yaşamaması üçün Şen Velinin təklifini qəbul etmişdir. Uşağın doğuş xərcləri Şen Veli tərəfindən qarşılanmış və doğum haqqında akt qeydinə uşağın atası kimi Şen Veli yazılmışdır. Daha sonra Cavabdeh Azərbaycan Respublikasına qayıtmış və uşağın olmasından xəbər tutan kimi iddiaçı ilə birlikdə yaşamağa başlamış, uşağına faktiki olaraq atalıq etmişdir. Lakin cavabdeh hər dəfə iddiaçının uşağa atalıq verilməsi tələbindən uşağa əmlaklarından pay çatmaması səbəbi ilə imtina etmişdir. Hətta cavabdeh iddiaçıya uşağı əvvəllər özünün yaşadığı Larisa adlı xanıma 30.000 ABŞ dollarına satmağı təkilf etmişdir. Cavabdeh hazırda İsraildə yaşayır, getməzdən əvvəl iddiaçı məhkəmədə iddia qaldıracağını bildirdikdə onlar birlikdə mediasiyaya gedərək öz razılığını vermişdir. Hazırki mübahisənin məhkəmədən kənar həlli yoxdur. İddiaçı ərizə təqdim edərək, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün mülki işə qiyabi icraat qaydasında baxıb, qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2018-ci il tarixdə verilmiş doğum haqqında AZ-İV seriyalı 131997 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Tovuz şəhərində doğulmuş, atası qrafasında Şen Veli, anası qrafasında İddiaçı qeyd edilmişdir. Birinci tərəf İddiaçı ilə İkinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Tərəflər 2010-2018-ci illər arasında faktiki nikah münasibətlərində yaşamışlar. Birinci tərəf bu müddət ərzində ikinci tərəflə olan münasibətdən hamilə qaldığını iddia edir. Belə ki, 2018-ci ildə tərəflər ayrıldıqdan sonra, birinci tərəf Türkiyə vətəndaşı Veli Şen ilə ailə qurmuşdur. Bu səbəblə doğulan uşağın atası kimi Veli Şen göstərilib. Halbuki Birinci tərəf israr edir ki, adı Hüseyn olaraq qoyulan xx.xx.2018-ci il təvəllüdlü uşağın atası bu Sazişin ikinci tərəfidir.
2. İkinci tərəf bu iddianı o şərtlə qəbul edir ki, birinci tərəf məhkəməyə müraciət etsin və məhkəmə qaydasında DNA testi aparılmaqla onun atalığı müəyyən edilsin.
3. İkinci tərəfin atalığı məhkəmə qaydasında DNA testi aparılmaqla müəyyən edildiyi halda, o, uşağın atalığını qəbul etməyi və bundan irəli gələn öhdəlikləri qəbul edəcəyini bəyan edir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 50 manat məbləğində pul mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə tam, obyektiv və hərtərəfli tədqiqat aparılması məqsədilə məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə tibbi (məhkəmə-genetik) ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli vəsatətlərdən görünür ki, ekspertizanın keçirilməsi müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş, tərəflərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Ekspertizanın yeri və vaxtı barədə məhkəmə bildirişləri İddiaçı (xx.xx.2023-cü ildə şəxsən) və Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6: xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Müddət pozuntusuna yol verilməməsi üçün qərardad icra edilmədən mülki işlə birlikdə geri qaytarılmışdır; xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Müddət pozuntusuna yol verilməməsi üçün qərardad icra edilmədən mülki işlə birlikdə geri qaytarılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Sərhədkeçmə məlumatları” bölməsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölkəni tərk edərək Təl-Əvivə getmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanaraq, iddiaçının “2010-2018-ci illər ərzində onların faktiki nikah münasibətlərində olduğunu, bu müddət ərzində onun cavabdehdən hamilə qaldığını, belə ki, 2018-ci ildə, onlar ayrıldıqdan sonra iddiaçının Türkiyə vətəndaşı Veli Şen ilə ailə qurmasını, bu səbəblə doğulan uşağın atasının kimi Veli Şen göstərilməsini, halbuki, adı Hüseyn olaraq qoyulan xx.xx.2018-ci il təvəllüdlü uşağın atasının cavabdeh olmasını” iddia etməsini cavabdeh o şərtlə qəbul etmişdir ki, iddiaçı məhkəməyə müraciət etsin və məhkəmə qaydasında atalıq testi aparılmaqla onun atalığı müəyyən edilsin. Cavabdehin atalığı məhkəmə qaydasında test aparılmaqla müəyyən edildiyi halda, o, uşağın atalığını qəbul etməyi və bundan irəli gələn öhdəlikləri qəbul edəcəyini bəyan etmişdir. Lakin saziş imzaladıqdan qısa müddət sonra – xx.xx.2023-cü ildə cavabdeh ölkəni tərk etmişdir. İddiaçı sazişə və digər faktiki hallara əsaslanaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda, onun iradəsinə uyğun olaraq bağlanmış barışıq sazişində göstərildiyi kimi məhkəmə tərəfindən həqiqəti müəyyən etmək naminə təyin edilən müvafiq ekspertiza tədqiqatında iştirak etməkdən 2 dəfə yayınmışdır. Məhkəmə cavabdehin bu hərəkətlərini hazırkı iddia tələbinin “atalığın müəyyən edilməsi” hissəsinin düzgün və obyektiv həll edilməsinə onun özü tərəfindən maneə törədilməsi kimi qiymətləndirir. Belə ki, cavabdeh barışıq sazişi bağlayaraq iddiaçının məhkəməyə müraciət etməsinə və məsələnin ekspertiza yolu ilə (test aparılmaqla) həllinə razılıq verməsinə baxmayaraq, məhkəməyə və ekspertiza tədqiqatına gəlməkdən boyun qaçırdığından məhkəmə hesab edir ki, iddia tələbinin “atalığın müəyyən edilməsi” hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır; 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelaərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh ekspertizanın keçirilməsinə mane olduğundan, yəni ekspertizanın keçirilməsi üçün təyin olunmuş vaxtda təyin edilmiş yerə getməkdən dəfələrlə yayındığından, məhkəmə ekspertiza təyin edilən faktı, yəni xx.xx.2018-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması faktını təsdiq olunmuş hesab edir. Məhkəmə iddia tələbinin “aliment” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenum qərarının 8.12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşaq yanında olan valideynin onun gündəlik ehtiyaclarını qarşılamasını nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün məhkəməyə müraciət edilən vaxt qanunvericiliklə yaşayış minimumu müəyyən edilən sabit pul məbləği həddində aliment cavabdehdən tutulmalıdır. Göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilməli, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə xx.xx.2018-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsasdır. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova