Məhkəmə qərarları › İş №2(006)-2262/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2262/2023

13.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2262/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, İddiaçı, Cavabdeh3 qarşı (Suraxanı rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, İddiaçı, Cavabdeh3 qarşı (Suraxanı rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə gün bundan qabaq iddiaçıya məlum olmuşdur ki, Suraxanı rayon İcra Şöbəsinin sifariş məktubu əsasında onun paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində istifadəsində olan 0,06726 ha torpaq sahəsində yerləşən 56 saylı, 9 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 83,75 kv.m ümumi, 48,03 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 41 saylı mənzilin ona aid 1/3 hissəsində olan mənzili Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılaraq satılmışdır. Bununla bağlı iddiaçı Suraxanı rayon İcra şöbəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, onun barəsində Suraxanı rayon İcra şöbəsində deyil, digər İddiaçı, xx.xx.1965-ci il təvəllüdlü barəsində icra vərəqəsi olmuş və Suraxanı rayon İcra şöbəsi tərəfindən onun təvəllüdünə və yaşadığı ünvana baxmadan, onu çağırmadan, ona aid mənzili səhvən hərraca çıxarmışdır. Bekə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-566/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Hacıli oğlunun İddiaçı qarşı tələbi qismən təmin edilmişdir. Daha sonra Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 məhkəməyə təqdim etdiyi qanunsuz təqdimatı əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus mənzilin üzərinə həbs qoyulmuşdur. Halbuki, həmin mənzilin borcluya heç bir aidiyyatı yoxdur. Hərracın qalibi iş üzrə Cavabdeh3dur. Hesab edir ki, bu hərrac tam qanunsuz keçirilmiş və hərrac onun iştirakı olmadan keçirilmiş, borcluya aid olmayan, ona məxsus mənzil qanunsuz olaraq hərracda satılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh1 MMC-nin hərracın yekunları barədə 146 saylı, xx.xx.2022-ci il tarixli protokol etibarsız hesab edilməli və Cavabdeh3 adına verilmiş çıxarış ləğv olunmalıdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində İddiaçı istifadəsində olan 0,06726 ha torpaq sahəsində yerləşən 56 saylı, 9 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 83,75 kv.m ümumi, 48,03 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 41 saylı mənzilin iddiaçıya aid 1/3 hissəsinin hərrac yolu ilə satılmasına dair Cavabdeh1 MMC-nin hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 146 saylı protokolunun etibarsız hesab edilməsi və həmin mənzilə dair DƏDRX DƏDK və RHPŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, əsas cavabdeh kimi Cavabdeh1 MMC qeyd edilmişdir, lakin onlar tərəfindən heç bir qanunsuzluğa və pozuntuya yol verilməmişdir. Belə ki, hərrac təşkilatına gələn sifariş əsasında təşkilat qanuna uyğun şəkildə icra vərəqəsində hansı borclu qeyd edilibsə, ona uyğun elanlar da verilib, bildiriş də göndərilmişdir. Təşkilatın üzərinə hansı öhdəlik qoyulubsa, yerinə yetirilmişdir. Hansısa orqanın səhvi nəticəsində hərrac təşkilatının təqsirli hesab edilməsi düzgün deyildir. Çünki, hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər İddiaçı və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Suraxanı rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh1 MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRXin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində istifadədə olan 0.06726 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binanın 3cü girişində, 3-cü mərtəbəsində yerləşən 83.75 kv.m ümumi, 48.03 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X2-1/3 hissə, İddiaçı-1/3 hissə, X5-1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 3921 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-566/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh3 xeyrinə maddi ziyanın (kredit müqaviləsi üzrə yerinə yetirilmiş öhdəliyin) əvəzi kimi 50.000 ABŞ dolları əsas borc, cəmi 50.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində tutulması, iddia tələbinin qalan hissədə və cavabdeh X4 münasibətdə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanına, yəni ünvan 3ildiriş göndərilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-217/2022 saylı qərardadına əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 56 saylı evin 41 saylı mənzilinin üzərinə həbs qoyulmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(006)-217/2022 saylı qərardadına əsasən isə əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanlanan xx.xx.2023-ci il tarixli ünvana dair məlumat verilməsi haqqında məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzilin 1/3 hissəsi Bakı şəhəri 37 saylı DNK-nın 2-V-25 reyestr nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir, lakin Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli 146 nömrəli hərracın yekunları barədə protokoluna, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 MMC tərəfindən 397№-li “Açıq hərracın keçirilməsinə dair bildiriş” ünvan 7 ünvanında yaşayan İddiaçı göndərilmişdir. Mülki işin materiallarında olan «Hərracın yekunları barədə» 29 dekabr 2022-ci il tarixli, 146 №-li protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətlərindən görünür ki, Suraxanı rayon icra şöbəsinin sifarişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzilin İddiaçı məxsus 1/3 hissəsi hərraca çıxarılmış, hərracın təşkilatçısı – Cavabdeh1 MMC-nin direktoru T.V.Rəhimli ilə alıcı Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzilin İddiaçı məxsus 1/3 hissəsinin 27.666 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Mülki işin materiallarında olan “AZEMİS” Elektron icra sistemindən əldə edilən məlumata əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı, Nəsimi, Ə.Topçubaşov küçəsi, 29 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı (hansı ki, hazırki iş üzrə cavabdeh olan xx.xx.1965-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 29 ünvanında qeydiyyatda olan İddiaçı) 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana, ünvan 10qqında” bildiriş göndərilmişdir. Sistemdə cavabdehin mülkiyyətində əmlakın olub-olmaması barədə axtarış edilən zaman mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzil olduğu aşkar edilmişdir, halbuki həmin əmlak əslində paylı mülkiyyət hüququ əsasında faktiki olaraq hazırki iş üzrə iddiaçı xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 30A, mənzil 46 ünvanında qeydiyyatda olan İddiaçı məxsusdur. Sonradan cavabdeh İddiaçı tərəfindən borc məbləği ödənilmədiyindən icra məmuru İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadı əsasında mənzil üzərinə həbs qoyulmuşdur. Daha sonra Cavabdeh1 MMCyə hərracın keçirilməsi haqqında sifariş göndərilmiş, 29 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzil açıq hərraca çıxarılaraq Cavabdeh3 satılmışdır. Hazırda İddiaçı həmin hərracın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 146 saylı protokolun etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv olunmasını tələb edir. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə üzrə borclu şəxs olan İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü) məxsus olmayan mənzilə həbs qoyulmuşdu. Halbuki həmin mənzil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 566/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə aidiyyəti olmayan digər İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü) xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin şəxsə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 56, 41 saylı mənzil qanunsuz və əsassız olaraq açıq hərraca çıxarılaraq Cavabdeh3 satılmışdır. Bu hal mənzilin əsl mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu da hərracın keçirilmə qaydalarının kobud şəkildə pozulmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqlarının pozulması ilə təşkil edilən hərracın nəticələri etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində İddiaçı istifadəsində olan 0,06726 ha torpaq sahəsində yerləşən 56 saylı, 9 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 83,75 kv.m ümumi, 48,03 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 41 saylı mənzilin iddiaçıya aid 1/3 hissəsinin hərrac yolu ilə satılmasına dair Cavabdeh1 MMC-nin hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 146 saylı protokol etibarsız hesab edilməli və həmin mənzilə dair DƏDRX DƏDK və RHPŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində İddiaçı istifadəsində olan 0,06726 ha torpaq sahəsində yerləşən 56 saylı, 9 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 83,75 kv.m ümumi, 48,03 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 41 saylı mənzilin iddiaçıya aid 1/3 hissəsinin hərrac yolu ilə satılmasına dair Cavabdeh1 MMC-nin hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 146 saylı protokol etibarsız hesab edilsin. Həmin mənzilə dair DƏDRX DƏDK və RHPŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar