Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2265/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən **********00300 saylı abunə kodu üzrə yaranmış 217,50 manat borc məbləği silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə sayğac quraşdırılmışdır. Həmin sayğac binanın blokunda yerləşir. Sayğacda nasazlıq olduğu üçün cavab orqana müraciət edərək nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacdakı nasazlığı aradan qaldırmaq mümkün olmadığından yenisi ilə əvəz olunacağı bildirildi. 06.12.2020-ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Həmin aktda sayğacdakı nöqsanlar qeyd olunmuş, bununla yanaşı sayğaca tərəflərindən heç bir müdaxilə olmağı, plombun qırılması barədə hər hansı bir qeyd aparılmamışdır. Buna baxmayaraq, yanvar ayında onlara 217,50 manat məbləğində borcları olması barədə bildiriş gəlmişdir. Həmin borcun hansı əsaslarla hesablandığını müəyyənləşdirmək üçün Nəsimi rayon Qaz İstismar sahəsinə müraciət edərkən məlum oldu ki, sayğaca baxış keçirərkən sayğacın çıxış plastmas borusu deşildiyindən həmin məbləğdə ona borc hesablanmışdır. Qeyd olunanlardan göründüyü kimi, onların tərəflərindən sayğaca heç bir müdaxilə olmadığından, sayğacda olan hər hansı bir nöqsana görə onlara 217,50 manat məbləğində borc hesablanması tamamilə əsassız və qanunsuzdur. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, 06.12.2020-ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, həmin aktda sayğacdakı nöqsanlar qeyd olunmuş, bununla yanaşı sayğaca tərəflərindən heç bir müdaxilə olmağı, plombun qırılması barədə hər hansı bir qeyd aparılmamışdır. Buna baxmayaraq, yanvar ayında onlara 217,50 manat məbləğində borcları olması barədə bildiriş gəlmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ili ayın əvvəlinə borc 29 manat 10 qəpik, ayın sonuna isə borc məbləği 188 manat 40 qəpik, təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə sayğac quraşdırılmışdır. Həmin sayğac binanın blokunda yerləşir. Sayğacda nasazlıq olduğu üçün Cavabdeh İB-nə müraciət edərək, nasazlığın aradan qaldırılmasını xahiş edilmişdi. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacda olan nasazlığı aradan qaldırmaq mümkün olmadığından yenisi ilə əvəz olunacağı bildirildi. 06.12.2020-ci il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Həmin aktda sayğacda olan nöqsanlar qeyd olunmuşdur. Bununla yanaşı sayğaca heç bir müdaxilə olmağı, plombun qırılması barədə hər hansı bir qeyd aparılmamışdı. Buna baxmayaraq, yanvar ayında onlara 217,50 manat məbləğində borcun olması barədə bildiriş gəlmişdir. Beləliklə müəyyən olunmuşdu ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olmamış lakin iddiaçıya 217,50 manat məbləğində əsassız və qanunsuz borc hesablanmışdır. İddiaçı yanvar ayının sonuna borc 188 manat 40 qəpik olduğuna görə, həmin borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən **********00300 saylı abunə kodu üzrə yaranmış 188,40 (yüz səksən səkkiz manat qırx qəpik) borc məbləği silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2265/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2265/2021
26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver