Məhkəmə qərarları › İş №2(006)-2275/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2275/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2275/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "nisyə alqı-satqı müaviləsinin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "nisyə alqı-satqı müaviləsinin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2020-ci il tarixdə 01/026/20-Min saylı Nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 4538,06 AZN olan 1 ədəd 2019-cu il buraxışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə olan ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixinədək, ödənişləri üzrə 2079,99 AZN manat, əsas borcun qalığı 2458,07 AZN manat, cərimə üzrə 878,24 AZN manat olmaqla, cəmi 5416, 3 AZN məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavbdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavbdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 331 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Hazırki iş üzrə cavabdeh sayılan "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə 01/026/20-Min-Z2 saylı zaminlik müqaviləsinə əsasən nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Göstərilənlərə əsasən, xx xxxxxx 2020-ci il tarixli, 01/026/20-Min saylı nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən verilmiş əşyanın dəyəri üzrə 4538,06 AZN, cərimə üzrə 878,24 AZN, cəmi 5416,3 AZN məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 AZN məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, NAS- 01/026/20-Min saylı müqavilədən görünür ki, İddiaçı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 189,09 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 01/026/20-Min-Z2 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 öhdəliklərinin tam icrasına zamin durmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçınə xx xxxxxx 2020-ci il tarixli, 01/026/20-Min saylı müqavilə üzrə 2079,99 AZN ödənişlər üzrə borc qalığı, 2458,07 AZN əsas borcun qalığı, 878,24 AZN dəbbə pulu olmaqla, ümumilikdə 5416,3 AZN borcu vardır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı 4538,06 AZN dəyərində olan divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 189,09 AZN ödəməyi öhdəsinə götürmüş, zamin "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh1 İddiaçı qarşısında alqısatqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər tərəfindən müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklər tam icra edilməmiş və nəticədə cavabdehlərin İddiaçınə verilmiş əşyanın dəyəri üzrə 4538,06 AZN, cərimə üzrə 878,24 AZN borcu olmaqla, cəmi 5416,3 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, hər iki cavabdeh iddiaçı qarşısında alqı-satqı və zaminlik müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Belə olan halda, iddiaçının hazırki tələbi yuxarıda göstərilən hüquq normalarına əsasən əsaslı hesab edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli, 01/026/20-Min saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən verilmiş əşyanın dəyəri üzrə 4538,06 AZN (dörd min beş yüz otuz səkkiz manat, altı qəpik), cərimə üzrə 50 AZN (əlli), cəmi 4.588,06 AZN (dörd min beş yüz səksən səkkiz manat, altı qəpik) məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 AZN (otuz manat) məbləğində pulun cavabdehlər Cavabdeh1 və "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli, 01/026/20-Min saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Həmin müqaviləyə əsasən verilmiş əşyanın dəyəri üzrə 4538,06 AZN (dörd min beş yüz otuz səkkiz manat, altı qəpik), cərimə üzrə 50 AZN (əlli), cəmi 4.588,06 AZN (dörd min beş yüz səksən səkkiz manat, altı qəpik) məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 AZN (otuz manat) məbləğində pulun cavabdehlər Cavabdeh1 və "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçınə İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar