Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2285/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X31 oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi, maneələrin aradan qaldırılması və mənzillərin əməli istifadəsinə verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X13- 50 manat, 50 pay haqqı, 50%, 2. X23 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X16 - 5 manat, 5 pay haqqı, 5%, 4. X11 - 5 manat, 5 pay haqqı, 5% və X24 - 20 manat, 20 pay haqqı, 20%) "xxxx" Mənzil-Tikinti Kooperatini təsis etmişlər. "xxxx" Mənzil-Tikinti Kooperati ünvan 2 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi "ORXAN TİT” MMC ilə "xxxx" MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5.900.000 manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə İddiaçı MTK arasında bağlanmış 05 oktyabr 2019cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda, 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X14, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X23 tərəfindən aparılması, X6 tikinti işlərində və kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X7 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X17 tərəfindən kooperativin digər üzvü X8 29 yanvar 2018-ci il tarixli, 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. "xxxx" MTK-nın üzvü X17 tərəfindən “KONSTRA’’ MTK-nın digər üzvü X8 verilən 29 yanvar 2018-ci il tarixli, 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən suiistifadə edən X1 təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X4 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X17 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X14 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X23 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra, X14 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X23 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra olmayan mənzillərin saxta müqavilələrini əmlak sahiblərinə vermişlər. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilələr qeyri-qanunidir, ona görə ki, müqavilədə olan imzanın kimə məxsusluğu bilinmir, yəni həmin imzalar icaraçı direktora aid deyil və ən əsası odur ki, olmayan mənzillərə necə müqavilə bağlanması bu hissədə sual doğurur. Göstərilənlərə əsasən İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, C-068/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,3 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, C-069/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 157,00 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C02 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli C-070/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C03 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B-71/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli B-72/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli B-73/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,4 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli B-74/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 156,50 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli B-75/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı, "xxxx" MTK ilə Cavabdeh arasında 19 noyabr 2018ci il tarixli B-080/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72,00 kv.m olan avtomobil duracaq (Qaraj) sahəsinə, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli C-081/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72,00 kv.m olan avtomobil duracaq (Qaraj) sahəsinə, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli A-082/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda zirzəmi hissəsində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinə dair müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Öz növbəsində, Cavabdeh İddiaçınə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi, maneələrin aradan qaldırılması və mənzillərin əməli istifadəsinə verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "KONSTRA” MTK ilə iddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, C-068/12 müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,3 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 01, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, C- 12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 157 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C02 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, C- 12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 03 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B-71/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət D4 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B-73/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 31 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B- p 17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B- 17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B 03 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, B- 75/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 34 saylı, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, A-82-1Q saylı müqavilə üzrə ünvan 3 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, C-1Q saylı müqavilə üzrə ünvan 3 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin, İddiaçı MTK ilə Cavabdeh arasında 19 noyabr 2018-ci il tarixli, A-82-1Q saylı müqavilə üzrə ünvan 3 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda zirzəmi hissəsində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin dəyəri Cavabdeh tərəfindən ödənilərək alınmışdır. Lakin, yuxarıda qeyd edilən ünvanda bina tikilib başa çatmasına baxmayaraq, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının mənzillərə daxil olmağına süni maneələr yaradılaraq bu günədək iddiaçıya təhvil verilməmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Halbuki, iddiaçıya təhvil verilməməsi üçün heç bir səbəb yoxdur. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli C-068/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,3 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 01 saylı mənzilin, C-069/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 157 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 02 saylı mənzilin, C- 070/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m., yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 03 saylı mənzilin, B-71/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 04 saylı mənzilin, B-72/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 01 saylı mənzilin, B-73/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,4 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 02 saylı mənzilin, B- 74/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 156,50 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 03 saylı mənzilin, B-75/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 04 saylı mənzilin, B-80/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil duracaq (Qaraj) sahəsinin, C-81/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil (Qaraj) sahəsinin, A-82/-1Q saylı müqavilə üzrə ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda zirzəmisində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil (Qaraj) sahəsinə iddiaçının daxil olmağına yaradılmış maneələrin aradan qaldırılması, həmin əmlakların maneəsiz olaraq iddiaçının əməli istifadəsinə verilməsi və müqavilədən irəli gələn öhdəliklərinin tam icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "KONSTRA” MTK-nın təsisçiləri olan X18 20%, X3 5%, X9 5%, X19 20% və X10 50% MTK-da pay haqları vardır. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, A-082/-1Q saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin A blokunun 1-ci mərtəbəsində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, C-081/-1Q saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-075/17 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-080/-1Q saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72,00 kv.m olan avtomobil duracaq (qaraj) sahəsinin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-074/17 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B04 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B04 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-073/17 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-072/17 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 17-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan B01 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-071/17 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, B-070/12 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, C-069/12 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 157,00 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət C02 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 157,00 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət C02 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan "KONSTRA” MTK ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2018-ci il tarixli, C-068/12 saylı müqaviləyə əsasən “kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan "KONSTRA” MTK tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1-ci maddasinə əsasən kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı MTK-nın etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr həmin MTK-nın üzvü, icraçı direktoru X12 ilə Cavabdeh arasında bağlanmışdır. X12 həmin kooperativin üzvü olaraq kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq hüquqlarına malik olmaqla, sözügedən müqavilələri bağlamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən müqavilələr üzrə ödənişlər tam şəkildə həyata keçirilmişdir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə əmlakların alınmasına dair müqavilələr bağlayaraq, əmlakların haqqını tam şəkildə ödəsə də, həmin əmlaklardan istifadə edilməsinə qanunsuz olaraq maneələr yaradılır. Bu hal qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli C-068/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,3 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 01 saylı mənzil, C-069/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 157 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 02 saylı mənzil, C-070/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m., yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 03 saylı mənzil, B-71/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 04 saylı mənzil, B-72/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 01 saylı mənzil, B-73/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,4 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 02 saylı mənzil, B- 74/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 156,50 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 03 saylı mənzil, B-75/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 04 saylı mənzil, B-80/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil duracaq (Qaraj) sahəsi, C-81/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil (Qaraj) sahəsi, A-82/-1Q saylı müqavilə üzrə ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda zirzəmisində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil (Qaraj) sahəsi Cavabdeh əməli istifadəsinə verilməklə İddiaçı tərəfindən daxil olmağına yaradılmış maneələr aradan qaldırılmalı və müqavilədən irəli gələn öhdəliklər tam icra edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli C-068/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,3 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 01 saylı mənzil, C-069/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 157 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 02 saylı mənzil, C-070/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m., yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 03 saylı mənzil, B-71/12 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C 04 saylı mənzil, B-72/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi, 87,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 01 saylı mənzil, B-73/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,4 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 02 saylı mənzil, B- 74/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi, 156,50 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 03 saylı mənzil, B-75/17 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B 04 saylı mənzil, B-80/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil duracaq (Qaraj) sahəsi, C-81/-1Q saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda 1-ci mərtəbəsində yerləşən 4 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 72 kv.m olan avtomobil (Qaraj) sahəsi, A-82/-1Q saylı müqavilə üzrə ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda zirzəmisində yerləşən 2 avtomobil üçün nəzərdə tutulmuş ümumi sahəsi 36,00 kv.m olan avtomobil (Qaraj) sahəsi Cavabdeh əməli istifadəsinə verilməklə İddiaçı tərəfindən daxil olmağına yaradılmış maneələr aradan qaldırılsın və müqavilədən irəli gələn öhdəliklər tam icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2285/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2285/2021
30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver