Məhkəmə qərarları › İş №2(006)-231/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-231/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-231/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədov Zakir Fərhad oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X8 tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh verilmiş vəsiyyətnamənin heç bir məntiqə və hüquqa əsaslanmadığını, eləcə də Cavabdeh X8 ilə hər hansı bir qohumluq münasibətlərinin olmadığını, son vaxtlarda, yəni ölümündən əvvəl onların hər ikisinin münasibətlərinin kəskinləşdiyini, buna görə də ona ucuz qiymətə satmış olduğu X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili geri qaytarması kimi halları nəzərə alıb, xx.xx.2016-cı il tarixdə X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X53 prospekti, ev 146 mənzil 47 ünvanında və X53 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən mənzillərə görə pul ödədiyindən həmin mənzillərin onun adına keçirilməsinə və mümkün olmadığı halda isə X5 varislərindən onun həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində yalnız Cavabdeh cəlb etmiş, X8 tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh verilmiş vəsiyyətnamənin heç bir məntiqə və hüquqa əsaslanmadığını, eləcə də Cavabdeh X8 ilə hər hansı bir qohumluq əlaqəsinin olmadığını, son vaxtlarda, yəni ölümündən əvvəl onların hər ikisinin münasibətlərinin kəskinləşdiyini, buna görə də ona ucuz qiymətə satmış olduğu X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili geri qaytarması kimi halları nəzərə alıb, xx.xx.2016-cı il tarixdə X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X53 prospekti, ev 146, mənzil 47 ünvanında və X53 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən mənzillərə görə pul ödədiyindən həmin mənzillərin onun adına keçirilməsinə və mümkün olmadığı halda isə Cavabdeh iddiaçının həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən 1 otaqlı mənzilin və Bakı şəhəri, X53 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən 2 otaqlı mənzilin sahibi X8 şəxsi mülkiyyətində olan həmin mənzilləri satmaq qərarına gəldiyinə görə, iddiaçı onunla görüşüb mənzillərə baxmış, xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş, iddiaçı ilə X8 mənzillərin dəyərinin 190.000 manat olması barədə razılığa gəlmiş, iddiaçı ilkin olaraq 2.000 manat beh vermiş, elə həmin gün pulun əsas hissəsini, yəni 160.000 manat pulu X6 ərinin iştirakı ilə vermiş, qalan 28.000 manat pulun ödənilməsindən sonra mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı bir həftə ərzində 28.000 manat pulu əldə etdikdən X2nın yaşadığı ünvana getmiş və məlum olmuşdur ki, X8 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Bundan sonra iddiaçı mərhumun əri Məmmədov Zakir Fərhad oğlu ilə görüşərək mənzillərə görə ödədiyi pulları tələb etmişdir. Zakir Məmmədov isə pul məsələlərini X5 həll etdiyini, pulları harada saxlamasını və ya kimə verməsini bilmədiyini, sadəcə olaraq iddiaçının onun yanında X6 162.000 manat pulu verməsini bildiyini qeyd etmişdir. İddiaçı pulu verərkən onların yanında X15 və X28 da olmuşdur. İddiaçı mənzillərə görə 162.000 manat pulu verməsinə baxmayaraq, mənzilləri adına rəsmiləşdirmədiyindən hal-hazırda çox pis vəziyyətdə qalmışdır. X5 ölməsi səbəbindən verilən pulları harada saxlaması və ya kimə verməsi ona məlum deyil. Hazırda pulu ödənilən mənzillərdə Məmmədov Zakir Fərhad oğlu yaşayır, o da mənzilləri boşaltmaq və ya iddiaçının adına rəsmiləşdirmək istəmir. Bundan əlavə, Məmmədov Zakir Fərhad oğlu bildirir ki, həmin mənzillərə iddia edən digər qadın da var, qadının adı Cavabdehdır, həmin qadın X8 ölməmişdən əvvəl onunla dostluq münasibəti yaratmış, Bakı şəhəri, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili 40.000 (qırx min) manat pul verərək öz adına rəsmiləşdirmişdir. Lakin mərhum bir müddətdən sonra Cavabdeh onu aldatdığını başa düşmüş və xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış müqaviləni ləğv etmiş, mənzilə görə verilmiş 40.000 (qırx min) manat pulu Cavabdeh qaytarmışdır. X2 Bakı şəhəri 51 saylı notariat kontorunda alqı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlayaraq Bakı şəhəri, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili öz adına rəsmiləşdirmişdir. Lakin həmin vaxt X8 qoca və xəstə olduğuna görə əvvəllər, yəni Cavabdeh ilə dostluq münasibətlərində olduqları vaxt ona vermiş olduğu xx.xx.2016-cı il tarixli vəsiyyətnaməni ləğv etdirməyi unutmuşdur. Məmmədov Zakir Fərhad oğlu bildirir ki, əgər X5 Cavabdeh ilə yaxşı münasibəti olsaydı, heç vaxt ona satdığı mənzili geri almazdı. Son vaxtlar onların münasibətləri pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin vəsatətinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş: - X19 ifadəsində bildirmişdir ki, İddiaçı 1992-ci ildən tanıyır. 10 illik fasilədən sonra 2022-ci ilin iyun ayında onunla təsadüfən rastlaşan zaman İddiaçı oğluna ev axtardığını bildirmiş, Əhmədov Məzahir isə yaxınlıqda ev olduğunu ona demişdir. Belə ki, Əhmədov Məzahir əmisi oğlu X20 üçün ev axtararkən makler vasitəsilə mərhum Rəfiqə xanımın Nərimanovda “Nənəmin təndiri”nin yaxınlığında yerləşən evinə baxmağa getmişlər, lakin əmisi oğlu həmin evi bəyənməmişdir. Halbuki, Rəfiqə xanım dəyəri 220.000 manat olan evi 193.000 manata satırdı. Buna görə də o, iddiaçı ilə birlikdə mərhumun evinə baxmağa getmiş, iddiaçı 2.000 manat beh vermişdir. Evdə mərhum Rəfiqə xanımla yanaşı, bir kişi də olmuşdur. Ümumi 193.000 manata razılığa gəldiklərindən iddiaçı 162.000 manat məbləğində pulu Binəqədidən götürüb həmin gün mərhuma vermiş, mərhum isə 3- 4 günə qalıq pulu gətirmələrini və qalan pulu verən zaman alqı-satqı edəcəklərini bildirib, verilən pulu almasına dair iltizam vermişdir. Verilən pulun içində həm dollar, həm də manat olmuşdur; - X29 ifadəsində bildirmişdir ki, İddiaçı ilə uşaqlıq dostudurlar. İddiaçı ev axtardığı üçün Məzahir adlı tanışı ilə birlikdə Əskərov İbrahimin idarə etdiyi maşınla Rəfiqə və Zakir adlı şəxslərin olduğu evə getmişlər. Məzahir onlara demişdi ki, əmisi oğluna almaq üçün ev baxan zaman o, həmin evi bəyənməmişdi. Bundan sonra iddiaçı ilə mərhum 2 mənzilin dəyərini 190.000 manata razılaşdırandan sonra 2.000 manat beh vermiş, 2-3 saatdan sonra isə Binəqədiyə gedib 160.000 manat gətirmişlər. İkinci dəfə gələndə Məzahir onlarla olmamışdır. Pulu verərkən sənəd tərtib edib qol çəkmişlər, kağız stolun üstündə qalmışdır. Razılaşdırılmış məbləğdən 28.000 manat ödənilməmiş qalıq qalmışdır; - Məmmədov Zakir Fərhad oğlu ifadəsində bildirmişdir ki, mərhum Rəfiqə xanımı 19, cavabdeh Gülnaz xanımı isə 17 ildir ki, tanıyır. Belə ki, Məmmədov Zakirlə mərhum birgə yaşamış, Zakir tez-tez Ukraynaya gedib-gəldiyi üçün mərhuma rəfiqəsi Gülnaza vəsiyyətnamə verməyi tövsiyə etmiş, lakin onun rəsmi şəkildə vəsiyyətnamə verdiyindən xəbəri olmamışdır. Belə ki, mərhum evləri satıb həyət evləri almaq istəmiş, bu məqsədlə evi əvvəlcə rəfiqəsi Gülnaza satmış, lakin sonra söz-söhbət olduğundan evi qaytarmışdır. 2022-ci ildə isə Məmmədov Zakir atasının 40 məclisinə gələn vaxt – mart ayında İddiaçı evi almaq üçün gəlmiş, 2.000 manat beh vermiş, günortadan sonra isə 160.000 manat gətirmişdir. Əskinaslar manat olmuşdur. Pulu verərkən orada bir qonşu qadın, İbrahim və Məzahir də olmuşdur. Cəmi 190.000 manat veriləcəyi barədə razılığa gəlmişlər. Həm sənədlər, həm də pullar mərhumda olmuşdur. Mərhumun 7-sindən sonra İddiaçı yenə gəlmişdir. Hazırda mənzillərdən birində özü yaşayır, digərini isə kirayə vermişdir. - X21 ifadəsində bildirmişdir ki, mərhumun qonşusudur. Paltarlarını onun balkonunda asdığına görə mərhumgilə gəlib-gedənləri görürmüş, münasibətləri də yaxşı olduğundan mərhum ona çox şey danışırmış. Mərhum əvvəlcə ona Ukraynaya gedəcəyinə görə evi satıb pullarını uşaq evinə verəcəyini bildirmiş, sonra isə pulu aldığını və qoyub gedəcəyini demişdir. Əhədova Yasəmən mərhumun qardaşı ilə problemləri olduğunu da bilir. Cavabdeh Gülnaz xanımı isə tanımamış, yalnız yas mərasimi zamanı görmüşdür. Cavabdeh tərəfin vəsatətinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, mərhum Rəfiqə xanım və cavabdeh Gülnaz xanımla rəfiqə olmuşlar. X25 evini təmir edən usta kimi tanımışdır. Rəfiqənin 2 evi olmuş, biri anası tərəfindən ona verilmişdir. Birində özü yaşamış, digərini isə kirayəyə vermişdir. Mərhumun evini Gülnaz xanıma vəsiyyət edəcəyindən onun xəbəri olmuş, lakin evi satmaq istəməsi barədə məlumatı olmamışdır. Belə ki, onlar nə isə iş görəndə həmişə bir-birləri ilə məsləhətləşmişdirlər. Rəfiqənin qonşuları ilə əlaqəsi olmamış, Yasəmən xanımla isə küsülü olmuşdur. Rəfiqənin ölümündən 2 gün əvvəl Şəfiqə və Gülnaz onunla görüşmüşlər. Həmin vaxt Rəfiqə sağlam olmuşdur. Mərhumun bütün yas mərasimlərini Gülnaz özü təşkil etmişdir. Ölümündən sonra isə Gülnaz xanıma verilmiş vəsiyyətnaməni Zakir Məmmədov şkafın üstündən tapıb Gülnaza vermişdir. Mülki işin materiallarında olan: xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X8 öləndən sonra özünə məxsus olan bütün əmlakını Məmmədov Zakir Fərhad oğluna vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı və 1193-cü maddələrinin məzmunu Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona izah edilmişdir. xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X8 adına olan bütün daşınar və daşınmaz əmlakı Cavabdeh vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166- 1178-ci və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən ona izah edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144 ünvanında yerləşən 6 №-li mənzil (reyestr nömrəsi: **********85-05101-093053) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2841 nömrəli reyestr kitabının 264971 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********85-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2834 nömrəli reyestr kitabının 264313 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********00-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, “X8 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisində 4-Ə-267 reyestr nömrəli 10 mart 2018-ci il tarixli müqaviləyə əsasən BTİ və MHQİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 160 nömrəli kitabın, 23753-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzil sahəsinin satılması və Cavabdeh tərəfindən alınmasına dair” müqaviləyə xitam verilmiş, X1-X27 aldığı 40000 (qırx min) manat pul məbləğini geri qaytarmış, Cavabdeh isə həmin məbləği qəbul etmişdir. Ölüm haqqında AZ-İİ seriyalı 286574 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X12 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK- 1/56 saylı material üzrə X5 və Məmmədov Zakir Fərhad oğlunun əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının əldə edilməsi, istifadə və sahiblik hüquqlarının təmin edilməsi ilə bağlı yaranmış mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-17 reyestr nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X30 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X6 verilmiş **********85- 05101-093053 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarətdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-18 reyestr nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X30 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********00- 05101-093034 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36.4 kv.m olan mənzildən ibarətdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1688/2023 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Məmmədov Zakir Fərhad oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, 47 nömrəli mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (xx.xx.2014-cü il tarixli vəsiyyətnamə ilə əlaqədar). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1166 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında “Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev” yazıları qarşısında əks olunmuş imza – X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “X8” yazıları qarşısında əks olunmuş imza ilə 08 iyun 2016-cı il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında əks olunmuş imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin kserosurətində “İmza:” qrafasında “Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev” yazıları qarşısında əks olunmuş imzanın – Məmmədov Zakir Fərhad oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144, mənzil 6 ünvanı xx.xx.1996-cı il tarixdə X24 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.1996-cı il tarixli 3/M-A2-251 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 2V-17 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, mənzil 47 ünvanı ilkin olaraq xx.xx.1994-cü il tarixdə X26 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı DNK-nın 2E/553 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X14 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 3-M-A-500 reyestr nömrəli, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın 4-Ə-İ-93 reyestr nömrəli, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X5 adına qeydə alınmışdır. Bakı şəhəri 51 saylı DNK-nın 4-Ə-267 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülk Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı DNK-nın 3M-2356 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvinə dair sazişə əsasən X5 mülkiyyətinə verilmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 2V-18 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş: - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzil (reyestr nömrəsi: **********00-05101-093034) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli mənzil (reyestr nömrəsi: **********85-05101-093053) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X23 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/630 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraatına qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5635/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişidirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin 2(103)-5635/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini alacaqdır. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X23 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məmmədov Zakir Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, həmin məhkəmənin 2(103)-5635/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Məmmədov Zakir Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki iş xx.xx.2024-cü il tarixdə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-856/2024 nömrəli qərarından görünür ki, cavabdeh Məmmədov Zakir Fərhad oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 oktyabr 2023-cü il tarixli, 2(103)-5635/2023 nömrəli qətnaməsinin dəyişidirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X8 xx.xx.2016-cı il tarixdə adına olan bütün daşınar və daşınmaz əmlakı rəfiqəsi – hazırkı iş üzrə Cavabdeh vəsiyyət etməsinə dair notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Cabbarova Rəfiqənin ölümündən sonra onun mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 36.4 kv.m olan mənzillərə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, həmin mənzillər xx.xx.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı ölümündən qısa müddət əvvəl Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 144 ünvanında yerləşən 6 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146 ünvanında yerləşən 47 nömrəli mənzilləri almaq məqsədilə X6 ümumilikdə 162.000 manat məbləğində pul verdiyini iddia edərək, Cabbarova Rəfiqə tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və həmin mənzillərin özünün adına keçirilməsini, mümkün olmadığı təqdirdə isə mənzilləri almaq niyyətilə mərhuma ödədiyi 162.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini; cavabdeh isə iddia tələbinin heç bir sübutla öz təsdiqini tapmamasını və əsassız olmasını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddia tələbinin və cavabdehin etirazının dəlillərini iş üzrə toplanmış yazılı sübutlarla və şahid ifadələri ilə müqayisəli şəkildə araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçının hər hansı hüququnun pozulması, habelə, cavabdeh tərəfindən pozulması halı məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, cavabdehin mərhum rəfiqəsi – X8 tərəfindən ona verilmiş vəsiyyətnamə əsasında hazırkı mübahisənin predmeti olan 2 mənzilin rəsmi qaydada cavabdehin mülkiyyətinə keçməsi məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz haldır. İddiaçı həmin evləri 190.000 manat müqabilində mərhumdan alması barədə aralarında olmuş şifahi razılığa əsasən 162.000 manat pulu mərhuma verməsini (2.000 manat beh + 160.000 manat ödəniş) və qalan 28.000 manat məbləğində pulu ödəyən zaman rəsmi alqı-satqı müqaviləsi bağlayacaqlarını, lakin qısa müddət ərzində Cabbarova Rəfiqənin ölməsi səbəbindən alqı-satqının baş tutmadığını, habelə mərhuma ödədiyi pulu geri ala bilmədiyini qeyd edərək, cavabdehin adına verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və mənzillərin özünün mülkiyyətinə keçirilməsini, bu mümkün olmadığı təqdirdə isə 162.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılmasını tələb etsə də, bu dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, hüququnun pozulmasını iddia etməsinə baxmayaraq, iddia tələbini əsaslandırdığı halları məhkəmədə müvafiq qaydada sübuta yetirməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hər bir tərəf öz iddiasını və etirazını əsaslandırdığı halları sübut etmək vəzifəsini daşıyır. Qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsi barədə tələbinə baxmayaraq, iddiaçı hazırda cavabdehin mülkiyyətində olan mənzilləri almaq məqsədilə 162.000 manat məbləğində pulu mərhuma verməsini təsdiq edən heç bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bu dəlilinin şahidlərin ifadələri ilə öz təsdiqini tapacağını bildirmiş və göstərdiyi şəxslər xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmişdir. Lakin həmin şahidlərdən biri – mərhum X8 ilə birgə yaşadığını iddia edən Məmmədov Zakir Fərhad oğlu hazırkı iş üzrə əvvəllər cavabdeh olduğundan, habelə onunla iş üzrə hazırkı Cavabdeh arasında mənzillərdən birinə dair başqa məhkəmə mübahisələri olduğundan (belə ki, Məmmədov Zakir Fərhad oğlu mərhum tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçmiş 2 evdən birində özünün yaşadığını, digərini isə kirayə verdiyini bildirmişdir; habelə, iş materialları ilə Cavabdeh iddiasının təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, 47 nömrəli mənzildən Məmmədov Zakir Fərhad oğlunun çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması öz təsdini tapmışdır), Məmmədov Zakir Fərhad oğlu mərhumun adından verildiyi iddia olunan saxta vəsiyyətnamədən istifadə etməsi nəticəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.2-ci maddələri ilə ittiham elan olunduğundan, bir sözlə, hazırkı işin nəticəsində maraqlı ola biləcəyindən, onun verdiyi ifadə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Həmçinin, onun ifadəsi iddiaçının izahatı və digər şahidlərin ifadələri ilə də ziddiyyət təşkil edir. Belə ki, iddiaçı və digər şahidlər 162.000 manat məbləğində pulun iddiaçı tərəfindən 2022-ci ilin iyun ayında Cabbarova Rəfiqənin ölümündən qısa müddət əvvəl mərhuma verildiyini bildirsələr də, şahid Məmmədov Zakir Fərhad oğlu bu hadisənin 2022-ci ilin mart ayında – onun atasının 40 mərasiminə görə Ukraynadan gəldiyi vaxtda baş verdiyini qeyd edir. Məmmədov Zakir və iddiaçı əskinasların manat olduğunu bildirsələr də, şahid X19 pulun içində həm dollar, həm də manat olduğunu qeyd etmişdir. Məmmədov Zakir mərhumun iddiaçıdan pulu aldığı vaxt orada qonşu qadın və iki kişinin (Məzahir və İbrahimin) də olduğunu bildirmiş, lakin digər şahid X19 qonşu qadının orada olmasını təsdiqləməmiş, qonşu qadın olan X21 isə pulun verilməsinin şahidi olmasına dair heç nə bildirməmiş, yalnız mərhumla arasının yaxşı olduğunu, bu səbəbdən mərhumun baş verənləri ona danışdığını qeyd etmiş, onun ifadəsi isə cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmədə şahid qismində dindirilmiş X22 (cavabdehlə və mərhumla yaxın rəfiqə olduğunu iddia edən) tərəfindən təkzib edilmiş, belə ki, Orucova Şəfiqə mərhumun Əhədova Yasəmənlə küsülü olduğunu demişdir. X3 160.000 manat məbləğində pulu mərhuma verərkən X10 artıq orada olmadığını bildirmiş, lakin X19 2.000 manat və 160.000 manat məbləğlərində pulun onun iştirakı ilə mərhuma verildiyini qeyd etmişdir. X4 və X29 iddiaçı tərəfindən mərhuma pul verilən zaman iltizam tərtib edildiyini qeyd etsələr də, belə bir sənədin mövcudluğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, nəinki şahid Məmmədov Zakir Fərhad oğlunun ifadəsi, habelə digər şahidlərin də ifadələri bir-biri ilə, həmçinin, iddiaçının izahatları ilə ziddiyyət təşkil etmiş, birinin dediyi digərinin dedikləri ilə ya üst-üstə düşməmiş, ya da şahidlər bir-birlərini təkzib etmişlər. Qeyd olunanlara əsasən, məhkəmə şahidlərin ifadələrini mötəbər sübut saymır, habelə məhkəmə həmin ifadələrin iddiaçının dəlillərini təsdiq etmədiyi nəticəsinə gəlir. İddiaçı həmin evlərdən birinin – hazırda Məmmədov Zakir Fərhad oğlunun yaşadığı bildirilən Bakı şəhəri, Nərimanov rayonu, X53 prospekti, ev 146, 47 nömrəli mənzilin mərhum tərəfindən əvvəllər cavabdeh Rəsul-X7, lakin sonra onlar arasında həmin evin alqı-satqısına dair müqavilənin ləğv edilməsi barədə saziş bağlanması faktını mərhumla cavabdehin arasındakı münasibətlərin pozulması, bu səbəbdən evləri satmaq barədə onunla razılığa gələrək ondan pul alması, amma mərhumun verdiyi vəsiyyətnaməni ləğv etməyi unutması kimi qələmə versə də, bu dəlil də mötəbər sübutla öz təsdiqini tapmamışdır. Habelə bu dəlil məhkəmə tərəfindən inandırıcı və ağlabatan hesab edilmir. İddia tələbinin hərtərəfli araşdırılması üçün cavabdeh tərəf vəsatət verərək, X16, X11 və İddiaçı istifadəsində olan telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində edilən (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısının, SMS mətnlərinin açıqlamalarının, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarının, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərtilə) barədə məlumatların mobil operatorlardan götürülməsinə dair qərar qəbul edilməsini xahiş etdiyindən, məhkəmə araşdırmaları zamanı pulun verildiyi iddia edilən zaman kəsiyində iddiaçının istifadəsində olan mobil telefon nömrəsinin hansı olması barədə məlumatın məhkəməyə təqdim edilməsi ona təklif edilmiş, lakin iddiaçı nömrəsini unutduğunu, vəkili-nümayəndəsi isə bəlkə də, iddiaçının və şahidlərin görüşə telefonsuz getdiyini bildirmiş, bununla da iddiaçı tərəf vəsatətin təmin edilməsi üçün lazımi məlumatı məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəfin bu hərəkətləri, həmçinin, iddia tələbinin “vəsiyyətnamənin etibarsız hesab olunması, mənzillərin iddiaçıya verilməsi, bu mümkün olmadıqda 162.000 manat məbləğində pulun iddiaçıya qaytarılması” kimi irəli sürülməsi məhkəməyə iddiaçının özünün də tələbindən və dəlillərindən əmin olmadığını deməyə əsas verir. Məhkəmə bütün göstərilənlərə əsaslanaraq iddia tələbinin birinci - “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mənzillərin iddiaçının mülkiyyətinə keçirilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ümumiyyətlə belə bir tələbə subyektiv hüququ müəyyən edilmir. Belə ki, vəsiyyətnamə etibarsız hesab edilsə belə, iddiaçı potensial vərəsə olmadığından və ya mənzillərə görə mərhuma pul verməsi faktını təsdiq etmədiyindən, məhkəmənin qənaətinə görə vəsiyyətnamənin mövcudluğu və etibarlılığı iddiaçının hansısa hüququna toxunmur və ya hər hansı hüququnu pozmur. Bir sözlə, vəsiyyətnamə olmasa və ya etibarsız hesab edilsə də belə, iddiaçı üçün dəyişən, müsbət və ya mənfi hüquqi nəticəyə yol açan bir hal olmayacaqdır. Göstərilənlərə istinadən, iddiaçının hazırkı tələbə subyektiv hüququ olmadığından, həmçinin, vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsas olmadığına görə məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir. İddia tələbinin digər – “162.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının mərhuma pul verməsi faktı öz təsdiqini tapmadığına görə, onun mərhumun vəsiyyətnamə üzrə vərəsəsi olan və mərhuma məxsus olmuş iki mənzilə dair çıxarışı qanuna müvafiq qaydada alan cavabdehdən həmin məbləğdə pulu tələb etməsi əsassız hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsi də təmin edilməməlidir. Cavabdehin vəkili-nümayəndəsinin “şahidlərlə bağlı xüsusi qərardad çıxarılması barədə” tələbi MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən vəsatət kimi qəbul edilir, lakin həmin maddədə göstərilmiş hal müəyyən edilmədiyindən, bu vəsatətin təmin edilməməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunur. Məhkəmə öz qənaətini aşağıdakılarla əsaslandırmağı zəruri sayır: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 402.1-402.2-ci maddəsinin tələbinə müvafiq olaraq, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 491.1-491.2-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə müvafiq olaraq, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar