Məhkəmə qərarları › İş №2(006)-2320/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2320/2023

19.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2320/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh2 Şirkətlər qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2 Şirkətlər qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil izahat verərək sənədlərin hazırlıqdan geri qaytarılmasını xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsinin qaytarılması barədə ərizələri nəzərə alıb, belə qənaətə gəlir ki, iddia ərizələri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə ərizələri nəzərə alıb, belə qənaətə gəlir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh2 Şirkətlər qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 ərizələri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh2 Şirkətlər qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri, ona əlavə olunan sənədlərlə birlikdə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar