Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2333/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Əzı̇ zağa oğluna qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh Əzı̇ zağa oğluna qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2022-ci il tarixli, ALY-800 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA032814 ban, 0578 mühərrik nömrəli, ağ rəngli avtomobil 20770 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 483.42 manat, ümumilikdə isə 26604 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 29 mart 2022-ci il tarixli ALY-800 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2023-cü il tarixə 1473.85 manat gecikdirilmiş əsas, 764.38 manat gecikdirilmiş mükafat, 563.55 manat dəbbə pulu, ümumilikdə 2801.78 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X5 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar: EQ 10700941 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 240 manat, EQ 10700939 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat, EQ 10266111 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 80 manat, EQ 10700947 saylı protokola görə 64 manat, EQ 10700946 saylı protokola görə 80 manat, EQ 10700951 saylı protokola görə 64 manat, EQ 10700950 saylı protokola görə 64 manat, EQ 10700949 saylı protokola görə 64 manat, EQ 10700948 saylı protokola görə 64 manat, EQ 10700935 saylı protokola görə 64 manat, EQ 10700936 saylı protokola görə 64 manat, EQ 10913694 saylı protokola görə 36 manat, EQ 10913707 saylı protokola görə 36 manat, EQ 10266042 saylı protokola görə 16 manat, EQ 10266190 saylı protokola görə 64 manat, EQ 10266158 saylı protokola görə 16 manat, EQ 10266160 saylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 160 manat, EQ 10700952 saylı protokola görə 16 manat, EQ 10700945 saylı protokola görə 64 manat, EQ 10700943 saylı protokola görə 64 manat, EQ 10700944 saylı protokola görə 64 manat, EQ 10913599 saylı protokola görə 36 manat, EQ 10913709 saylı protokola görə 36 manat, EQ 11279047 saylı protokola görə 64 manat, EQ 11426851 saylı protokola görə 64 manat, EQ 11426852 saylı protokola görə 64 manat, EQ 11458351 saylı protokola görə 64 manat. Qeyd edilən protokollara görə ümumilikdə 2240 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 29 mart 2022-ci il tarixli ALY-800 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh ALY-800 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2023-cü il tarixə 1473,85 AZN gecikdirilmiş əsas, 764,38 AZN gecikdirilmiş mükafat, 563,55 AZN dəbbə pulu, 800 AZN lizinq obyekti olan avtomobilə dəymiş zərər, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 2240 AZN məbləğində pul, ümumilikdə 5841,78 AZN borc və ödənilmiş 78,82 AZN dövlət rüsumu İddiaçı MMCnin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən caabdehin sifarişi əsasında “Chevrolet Nexia” minik markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı 20770 manat məbləğində olan avtomobil "xxxx" MMC-nin mülkiyyətinə alınmış və cavabadehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bunun müqabilində cavabdeh 48 ay müddətə hər ay sabit pul məbləğində olmaqla 483.42 manat, ümumilikdə isə 26604 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin qeyd edilən avtomobil xx.xx.2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 800 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Bundan əlavə, xx.xx.2023-cü il tarixə qədər cavabdehin yuxarıda adıçəkilən daxili lizinq müqaviləsi üzrə əsas, mükafat və dəbbə pulu olmaqla "xxxx" MMC-yə ümumilikdə 2801.78 manat gecikmə borcu yaranmşıdır. Həmçinin cavabdeh barəsində bir çox inzibati xəta üzrə protokol tərtib olunmuş və İddiaçı MMC buna görə dövət büdcəsinə ümumilikdə 2240 manat məbləğində cərimə borcu ödənilmişdir. Bundan əvvəlki məhkəmə iclası zamanı cavabdeh də iddianı tam şəkildə qəbul etdiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında Cavabdeh Əzı̇ zağa oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. O, borcunu tam şəkildə ödəmək istəyir. Bunun üçün ona vaxt verilməsini xahiş edir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Əzı̇ zağa oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehə istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun ödəməmişdir. Cavabdeh Əzı̇ zağa oğlu iddia tələbini isə tam həcmdə qəbul etmişdir.
b) Mülki işin materialları:
8. Mülki iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Əzı̇ zağa oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixdə ALY-800 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 20.770 manat təşkil edir və illik 15% faiz dərəcəsi ilə 48 ay müddətinə bağlanılır.
9. Mülki iş materiallarında olan İddiaçı ASC və Cavabdeh Əzı̇ zağa oğlu arasında bağlanılmış xx.xx.2022-ci il təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Chevrolet Nexia SX” markalı, ağ rəngli, XWBTF69V9NA032814 ban nömrəli avtomobil Cavabdeh Əzı̇ zağa oğlu tərəfindən təhvil alınmışdır.
10. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, ** PJ *** qeydiyyat nişanlı “Chevrolet Nexia SX” minik markalı, 2021-ci il buraxışlı, XWBTF69V9NA032814 ban nömrəli avtomobil İddiaçı MMC-yə məxsusdur.
11. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 381 saylı arayışdan görünür ki, borclu Cavabdeh Əzı̇ zağa oğlunun xx.xx.2022-ci il tarixdə ALY-800 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 1473,85 AZN əsas, 764,38 AZN mükafat, 563,55 AZN cərimə borcu olmaqla, ümumilikdə 2801,78 AZN məbləğində borcu vardır.
12. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Əzı̇ zağa oğlu tərəfindən “Chevrolet Nexia SX” minik markalı, ** PJ *** qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı onun istifadəsində olduğu müddətdə yaranmış inzibati hüquq pozmalara görə 2240 AZN cərimə ödənişi ödənilmişdir.
13. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Chevrolet Nexia SX” minik markalı, ** PJ *** dövlət nömrə nişanlı avtomobilə servis məkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin təmirinə 800 manat pul tələb olunur: dəmirçi 100 manat, rəngsaz 600 manat, armaturşik 100 manat.
14. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 014 saylı və xx.xx.2023-cü il tarixli, 308 saylı xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.
15. Mülki iş materiallarında olan Cavabdeh Əzı̇ zağa oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, iddia tələbini tam həcmdə qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Eyni Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Göstərilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
23. Eyni Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
24. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).
25. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
26. Eyni Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
27. Həmçinin Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
28. Eyni Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
29. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili lizinqi müqaviləsinə istinad edir.
30. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ALY-800 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda göstərilən maddi hüquq normalarına əsasən iddiaçının tələbi əsas və mükafat borclara münasibətdə əsaslı olduğundan cavabdehdən qeyd edilən lizinq müqaviləsi üzrə 1473,85 AZN manat əsas və 764,38 AZN mükafat borc məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, xx.xx.2022-ci il tarixdə ALY-800 saylı müqaviləyə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.
32. Bundan əlavə, iddiaçı Cavabdeh Əzı̇ zağa oğlunun əvəzindən avtomobilə dəymiş zərərə görə 800 AZN və inzibati xəta protokolları ilə əlaqədar ödədiyi 2240 AZN pul məbləğinin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə də haqlıdır.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
36. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, lizinq müqaviləsinə 3 saylı əlavədən göründüyü kimi aylıq lizinq ödənişinin 483,42 AZN və cavabdehin iddiaçıya olan borcunun olmasını nəzərə aldıqda, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı lizinq müqaviləsi ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən iddiaçının müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ olduğundan, iddia həmin hissələrdə də təmin edilməlidir.
37. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 78,82 AZN məhkəmə xərci də cavabdehə aid edilməlidir.
39. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
40. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
41. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin tam həcmdə qəbul etməsi ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.
42. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh Əzı̇ zağa oğlu arasında bağlanmış 29 mart 2022-ci il tarixli, ALY-800 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməli, Cavabdeh ALY-800 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1473,85 AZN gecikdirilmiş əsas, 764,38 AZN gecikdirilmiş mükafat, 563,55 AZN dəbbə pulu, 800 AZN lizinq obyekti olan avtomobilə dəymiş zərər, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 2240 AZN məbləğində pul, ümumilikdə 5841,78 AZN borc və ödənilmiş 78,82 AZN dövlət rüsumu İddiaçı MMC-nin tutulmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh Əzı̇ zağa oğlu arasında bağlanmış 29 mart 2022-ci il tarixli, ALY-800 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh ALY-800 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1473,85 AZN gecikdirilmiş əsas, 764,38 AZN gecikdirilmiş mükafat, 563,55 AZN dəbbə pulu, 800 AZN lizinq obyekti olan avtomobilə dəymiş zərər, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş EQ 10700941 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 240 manat, EQ 10700939 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat, EQ 10266111 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 80 manat, EQ 10700947 saylı protokola görə 64 manat, EQ 10700946 saylı protokola görə 80 manat, EQ 10700951 saylı protokola görə 64 manat, EQ 10700950 saylı protokola görə 64 manat, EQ 10700949 saylı protokola görə 64 manat, EQ 10700948 saylı protokola görə 64 manat, EQ 10700935 saylı protokola görə 64 manat, EQ 10700936 saylı protokola görə 64 manat, EQ 10913694 saylı protokola görə 36 manat, EQ 10913707 saylı protokola görə 36 manat, EQ 10266042 saylı protokola görə 16 manat, EQ 10266190 saylı protokola görə 64 manat, EQ 10266158 saylı protokola görə 16 manat, EQ 10266160 saylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 160 manat, EQ 10700952 saylı protokola görə 16 manat, EQ 10700945 saylı protokola görə 64 manat, EQ 10700943 saylı protokola görə 64 manat, EQ 10700944 saylı protokola görə 64 manat, EQ 10913599 saylı protokola görə 36 manat, EQ 10913709 saylı protokola görə 36 manat, EQ 11279047 saylı protokola görə 64 manat, EQ 11426851 saylı protokola görə 64 manat, EQ 11426852 saylı protokola görə 64 manat, EQ 11458351 saylı protokola görə 64 manat, ümumi protokollara görə 2240 AZN məbləğində pul, ümumilikdə isə 5841,78 (beş min səkkiz yüz qırx bir manat, yetmiş səkkiz qəpik) AZN borc və ödənilmiş 78,82 AZN (yetmiş səkkiz manat, səksən iki qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov