Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2382/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X6 qızının, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı «faiz borcunun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə 338.020,64 manat əsas borca hesablanmış 54.684,23 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 manat əsas məbləğə hesablanmış 218.333,64 manat olmaqla, ümumilikdə 273.017,87 manat məbləğində əldən çıxmış faydanın və zərərin həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1129 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC Parakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh arasmda bağlanmış xx.xx.2013-cü il tarixli, 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə əsasən Bank tərəfindən borclu Cavabdeh 12 ay müddətinə illik 15% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 800.000 (səkkiz yüz min), xx.xx.2013-cü il tarixli müqavilə üzrə ******* (bir milyon beş yüz min manat) manat məbləğində kredit verilmiş və bu barədə xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kassa məxaric orderlərindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesablarından istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 14452 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi başa çatanadək əsas borc üzrə 338.020,64 (üç yüz otuz səkkiz min iyirmi manat, 64 qəpik) manat, faiz borcu üzrə 152.790,90 (bir yüz əlli iki min yeddi yüz doxsan manat, 90 qəpik) manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 (bir milyon dörd yüz iyirmi üç min üç yüz doxsan doqquz manat, 30 qəpik) manat əsas borc üzrə, 359.814,81 (üç yüz əlli doqquz min səkkiz yüz manat, 81 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2.274.025,65 (iki milyon iki yüz yetmiş dörd min iyirmi beş manat, 65 qəpik) manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi başa çatdığı gündən xx.xx.2017-ci il tarixədək 338.020,64 (üç yüz otuz səkkiz min iyirmi manat, 64 qəpik) manat əsas borca hesablanmış 54.684,23 (əlli dörd min altı yüz səksən dörd manat, 23 qəpik) manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 (bir milyon dörd yüz iyirmi üç min üç yüz doxsan doqquz manat,30 qəpik) manat əsas məbləğə hesablanmış 218.333,64 (iki yüz on səkkiz min üç yüz otuz üç manat, 64 qəpik) manat olmaqla ümumilikdə 273017,87 (iki yüz yetmiş üç min on yeddi manat, 87 qəpik) manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. "xxxx" ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 10.5 maddəsinin b) və v) bəndlərini rəhbər tutaraq, borc alan üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, borc verənin əldən çıxmış fayda şəklində zərər tələb etmək hüququ vardır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 443.1 və 443.2-ci maddələrinə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə 338.020,64 manat əsas borca hesablanmış 54.684,23 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 manat əsas borca hesablanmış 218.333,64 manat olmaqla, ümumilikdə 273.017,87 manat məbləğində dəymiş zərərin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X2 və X3 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Onlar həmçinin bildirmişlər ki, "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində xx.xx.2015-ci il tarixdə, xx.xx.2013-cü il tarixli, 5089 saylı kredit müqaviləsi üzrə isə 5000 manat məbləğində xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-yə son ödəniş həyata keçirilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK- 1129 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC- yə ötürüldüyü xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir ödəniş həyata keçirilməmişdir və bunun sübutu olaraq xx.xx.2022-ci il tarixli İddiaçı QSC-nin arayışı təqdim edilmişdir. Bu da özlüyündə cavabdehin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir ödənişin edilmədiyinin bariz sübutudur. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 etrazında borclu Cavabdeh tərəfindən icra sənədinin icrası ilə bağlı olaraq bir sıra əmlakların tələbkar İddiaçı QSC-yə təhvil verildiyini və əmlakların dəyərinin icra sənədi üzrə borc məbləğindən çıxarılmadığını bu səbəbdən də hansı məbləğ üzrə tələb edilməsində mübahisə yaratdığını qeyd etsə də bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Əlavə olaraq qeyd etdilər ki, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarının 3-cü bəndinə istinadən hazırki iddianı qaldırmaqda haqqlıdırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, İddiaçı QSC-nin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə iddia ərizəsində göstərilən əsaslarla yaranmış borcu tələb etmək üzrə subyektiv hüququ yoxdur. Əsas borcun məbləğinə gəldikdə isə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin icrası ilə bağlı Cavabdeh tərəfindən tələbkar İddiaçı QSC-yə bir sıra əmlaklar təhvil verilmiş və bu əmlakların dəyəri icra sənədi üzrə borc məbləğindən çıxarılmalı idi. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 12 ay müddətinə illik 15% dərəcəsi ilə 800.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 4811 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 338.020,64 manat əsas borcu, 54.684,23 manat faiz borcu (müqavilə müddəti bitəndən İddiaçı QSC-yə keçən tarixə) vardır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 12 ay müddətinə illik 15% dərəcəsi ilə 1.500.000 manat məbləğində, kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1.423.399,30 manat əsas borcu, 218.333,64 manat faiz borcu (müqavilə müddəti bitəndən İddiaçı QSC-yə keçən tarixə) vardır. xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, Hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli, S-FK-1129 saylı təhvil-təslim aktına əsasən borclu şəxs Cavabdeh tərəf olduğu xx.xx.2013-cü il tarixli 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə dair sənədlər İddiaçı QSC-yə verilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 338.020,64 manat, faiz borcu üzrə 152.790,90 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.423.399,30 manat, 359.814,81 manat faiz borcu olmaqla, ümumilikdə 2.274.025,65 manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh Nəsimi rayon İcra şöbəsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatdan görünür ki, həmin borcdan borc əvəzi olaraq tələbkara 220.000 manat dəyərində olan 28 may, 66/67 əmlakı və 80.000 manat dəyərində “Audi”, “Volkswagen” və “Mercedes” markalı avtomobillər banka təhvil verilib. Tələbkara cəmi 300.000 manat məbləğində pul ödənilib. Qalıq məbləğlə bağlı tələbkarla razılığa gəlinib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6565 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 saylı kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin bitdiyi gündən ödənişlərini (338.020,64 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 47.792,36 manat təşkil edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin bitdiyi gündən ödənişlərini (1.423.399,30 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 188.205,0 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 3-11/3350 maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 4811 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 338.020,64 manat əsas borc, 54.684,23 manat faiz borcu; müştərinin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 338.020,64 manat əsas borc, 54.684,23 manat faiz borcu vardır. xx.xx.2022-ci il tarixli, 3-11/3350 maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 1.423.495,00 manat əsas borc, 590.873,10 manat faiz borcu; müştərinin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 1.423.495,00 manat əsas borc, 590.873,10 manat faiz borcu vardır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə əsasən bank müqavilə ilə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə Cavabdeh kredit vermiş, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2013-cü il tarixli müqavilə üzrə 1.423.495,00 manat əsas borc, 590.873,10 manat faiz borcu və xx.xx.2013-cü il tarixli müqavilə üzrə 1.423.495,00 manat əsas borc, 590.873,10 manat faiz borcu, ümumilikdə isə 2.274.025,65 manat məbləğində borcu yaranmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 90/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş bu hallar işin mübahisələndirilməyən hallarına aid olmaqla hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır. İşin mübahisələndirilməyən hallarına həmçinin xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair” müqaviləyə və problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair xx.xx.2017-ci il tarixli, S-FK-1129 saylı akta əsasən borclu Cavabdeh tərəf olduğu xx.xx.2013-cü il tarixli 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə dair sənədlərin İddiaçı QSC BOKT-a təhvil verildiyi də aiddir. İşdə olan sənədlərə əsasən borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 4811 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən İddiaçı QSC BOKT-a əsas borcun 338.020,64 manat, faiz borcunun 54.684,23 manat məbləğində ötürüldüyü, hal-hazırda cavabdehin həmin müqaviləyə əsasən mövcud borcunun eyni məbləğdə olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə tərəfindən borclunun xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun "xxxx" ASC-dən İddiaçı QSC BOKTa ötürülmüş məbləğdə olduğu (1.423.495,00 manat əsas borc, 590.873,10 manat faiz borcu) məhkəmə tərəfindən müəyyən edilmiş hallardandır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti başa çatdığı gündən İddiaçı QSC BOKT-a ötürüldüyü günə (xx.xx.2017-ci il tarixə) 338.020,64 manat məbləğində olan əsas borca 54.684,23 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti başa çatdığı gündən İddiaçı QSC BOKT-a ötürüldüyü günə (xx.xx.2017-ci il tarixə) 1.423.399,30 manat məbləğində olan əsas borca 218.333,64 manat olmaqla, ümumilikdə 273017,87 manat məbləğində pulun əldən çıxmış fayda və zərər olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək, İddiaçı QSC BOKT-un Mülki Məcəllənin iddia ərizəsində qeyd edilən maddələrinə əsasən əldən çıxmış fayda kimi xeyrinə pul tutulmasını tələb etmək üzrə subyektiv hüquqa malik olmadığını, borclu Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı icra sənədinin icrası ilə əlaqədar bir sıra əmlakların tələbkar İddiaçı QSC BOKT-a təhvil verildiyini və əmlakların dəyərinin icra sənədi üzrə borc məbləğindən çıxarılmalı olduğunu bildirmişdir. Beləliklə iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 443.1, 443.2-ci 445.7-ci maddələrinə istinad edərək kredit müqavilələrinin müddəti bitdiyi gündən tələb hüququ güzəşt edilənədək kredit borcunun qaytarılmamasına görə dəymiş zərəri borcludan tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MMnin 445.7-ci maddəsində müəyyən edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1-ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilən əsaslarla müqavilə tərəfi olan bankın məhkəmə vasitəsilə qalıq borca hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hazırki mülki mübahisənin qanuni həlli üçün həmçinin sözügedən maddələrə istinadən iddianı qaldırmış hüquqi şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair” müqaviləyə əsasən hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, yeni şəxsə (İddiaçı QSC BOKT-a) güzəşt etmişdir. Cavabdeh (ona aid sənədlərin təhvil verildiyi tarixə) tərəf olduğu hər iki müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. Borcalan-cavabdeh kredit müqavilələrində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə "xxxx" ASC-nin Cavabdeh tərəf olduğu kredit müqavilələri üzrə təhvil-təslim aktı tərtib edildiyi günə yuxarıda qeyd edilən əsaslarla yaranmış tələb hüququ eyni həcmdə İddiaçı QSC BOKT-a keçdiyindən iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Həmçinin qeyd edilməlidir ki, tələb hüququ güzəşt edilən QSC-nin bu hüquqdan istifadə etməsini qadağan edən hər-hansı qeyd-şərtin və ya bu məsələni fərqli qaydada tənzimlənmək imkanının olması işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. İş üzrə ekspertizanın keçirilməsi labüd hesab edilmiş, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6565 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 saylı kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin bitdiyi gündən (338.020,64 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 47.792,36 manat təşkil edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin bitdiyi gündən (1.423.399,30 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 188.205,0 manat təşkil edir. Cavabdeh faiz borcunun əsas borca münasibətdə düzgün hesablanmadığına, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı icra sənədinin icrası ilə əlaqədar tələbkara bir sıra əmlak təhvil verdiyinə və bu əmlakların dəyəri əsas borcdan silinməli olduğuna əsaslansa da etirazının əsası kimi istinad etdiyi bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən müraciət edilərkən və sonuncu baxış iclası zamanı məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa və müxtəlif tarixli maliyyə arayışlarına əsasən cavabdehin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən sonra hər hansı məbləğdə pul vəsaiti ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 47.792,36 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 188.205,0 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı, cəmi 236.023,36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddiaçının tələbinin 86%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 47.792,36 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 188.205,0 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı, cəmi 236.023,36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC BOKTun xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 14 manatı İddiaçı QSC BOKT-dan, 86 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2382/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2382/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver