Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2395/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Şahbəli oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahbəli oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 avqust 2022ci ildə götürdüyü 4000 manat kreditin ödəniş cədvəlini dəyişmədən tam ödəyib qutarana qədər 22 iyul 2023-cü ildə 10200 manat nağd kredit borcunun faiz və cərimələr hesablanmadan dondurulması və birinci nağd kredit borcunu ödəyib bitirdikdən sonra ikinci xətt üzrə götürdüyü restrukturizasiya edilmiş 9250 manat kredit məbləğinin bugünə qədər ödədiyi qalıq hissəsinin aylara bölünməklə hər ay 150 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə görə ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, eləcə də xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (Mülki Prosessual Məcəllənin 25-ci maddəsi). İddia ərizəsindən göründüyü kimi iddiaçı onunla cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə bir hissədə borcunun dondurulmasını, bundan sonra qalıq borcun aylara bölünərək ödənilməsini məhkəmədən tələb edir. Halbuki, belə bir iddia tələbi məhkəmədə ümumiyyətlə mübahisə predmeti ola bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı cavabdeh orqana müraciət etməlidir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki bu tələbinə məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı Şahbəli oğlu tərəfindən 115 AZN (bir yüz on beş manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, İddiaçı Şahbəli oğlu tərəfindən ödənilmiş 115 AZN (bir yüz on beş manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı Şahbəli oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, həmçinin ödənilmiş dövlət büdcəsi ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şahbəli oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Şahbəli oğluna bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsi izah edilsin. İddiaçı Şahbəli oğlu tərəfindən ödənilmiş 115 AZN (bir yüz on beş manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2395/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2395/2025
04.03.2025 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver