Məhkəmə qərarları › İş №2(006)-2398/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2398/2024

17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2398/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçı Gülmalıyev Yusı̇ f Abbas oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gülmalıyev Yusı̇ f Abbas oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cərimənin siliməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gülmalıyev Yusı̇ f Abbas oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cərimənin siliməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə kodu **********A0000 olan, iddiaçıya məxsus smart tipli elektrik sayğacına tərtib olunmuş 1620 manat əlavə sərfiyyatı (cəriməni) əsassız hesab edərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, ona məlum olmayan tarixdə abunə kodu **********A0000 olan smart tipli elektrik sayğacında kənar xətt aşkarlanmışdır. 29 mart 2024-cü il tarixində saat 15:00 radələrində Binəqədi Rayon İşıq idarəsindən sahə rəisi Əli adlı şəxs iddiaçıya zəng edərək satışa nəzarət idarəsində Elman adlı əməkdaşa yaxınlaşmasını ona tövsiyyə etmişdir. İddiaçı həmin şəxsə yaxınlaşaraq tərtib olunmuş aktın ona təqdim edilməsini xahiş etmişdir. Elman adlı şəxs kalkulyatorda hesablama apararaq ona 1620 manat borcunun olduğunu və dərhal ödəməsini bildirmişdir. Bu zaman iddiaçı yenidən Elman adlı şəxsə müraciət edərək tərtib edilmiş aktın ona təqdim edilməsini tələb etmişdir. Elman adlı şəxs isə əsəbi halda “Mənimlə davaya gəlmisən?” deyərək elə ordaca kiməsə zəng edərək **********A0000 kodunun işığını “şəbəkədən açın” göstərişini verib burda sənəd vermirlər deyərək ona Kazımzadə 20 ünvanına getmək göstərişini vermişdir. İddiaçı Kazımzadə 20 ünvanında ərizə yazmış və orada iddiaçını “ərizənizə cavab veriləcək” deyilərək yola salmışlar. Həmçinin ona burada bildirilmişdir ki, əgər o hesabatı və aktı tez almaq istəyirsə, A. ünvan 1 ünvanında olan Hüquq Şöbəsinə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Gülmalıyev Yusı̇ f Abbas oğlu ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın qismən təmin edilməsini, yəni 9 ay üçün yazılmış cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə olunmuş CD-diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı Gülmalıyev Yusı̇ f Abbas oğluna məxsus Binəqədi rayonu, Xutor qəsəbəsi (abonent kodu **********A0000) ünvan üzrə yerləşən elektrik sayğaca baxış keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 28 mart 2024-cü il tarixli, 000611 saylı aktına əsasən abonent Gülmalıyev Yusı̇ f Abbas oğluna məxsus Binəqədi rayonu, Xutor qəsəbəsi (abonent kodu **********A0000 ) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacı dövrədən kənarlaşdırılmışdır və kənar xəttən istifadə edilir. Belə ki, sayğacın giriş xəttinin sayğac qutusunun içərisində sayğca qədər olan hissəsinin izoliyasiyasını pozmaqla budaqlanma yolu ilə əlavə xətt götürülərək, fərdi yaşayış evinə çıxış ayrıcıdan verilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli akta əsasən Gülmalıyev Yusı̇ f Abbas oğluna (abonent kodu **********A0000 ) əlavə olaraq 12264 kvt.s (2 kvt x 24 saat x (0,7) x 365 gün əlavə sərfiyyat, yəni 1423.99 manat məbləğində ödəniş hesablanmışdır. İş materiallarından görünür ki, Gülmalıyev Yusı̇ f Abbas oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizələr ünvanlayaraq, onun borcları barədə tertib edilmiş aktların və hesabatın ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gülmalıyev Yusı̇ f Abbas oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gülmalıyev Yusı̇ f Abbas oğlunun müraciəti baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Binəqədi rayonu, Xutor qəsəbəsi ünvanında Gülmalıyev Yusı̇ f Abbas oğlunun adına qeydiyyata alınmış **********A0000 abunə kodlu sayğacına 28 mart 2024-cü il tarixdə keçirilən baxış zamanı sayğac sxemindən kənar faza xəttinin keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş baxış zamanı “Elektrik enerjisindən istifadə qaydaları”nın müddəalarına əsasən akt tərtib edildiyinə və texniki vasitələrdən istifadə edildiyinə görə (iş materiallarına əlavə edilmiş CD-disk) məhkəmə hesab edir ki, həmin akt qanunun tələblərinə uyğun olaraq tərtib edilmişdir. Lakin məhkəmə qeyd edir ki, "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.1.17-ci maddəsinin müddəalarına riayət etməyərək, (sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alınmaqla yenidən hesablanır) 395 gün üçün cərimə hesablamışdır. Məhkəmə hesab edir ki, iddia məhz bu hissədə qismən təmin edilməklə "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyəti 28 mart 2024-cü il tarixli, 000611 saylı akt tərtib edərkən 365 günlük deyil, üç aylıq istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alaraq Gülmalıyev Yusı̇ f Abbas oğlunun abunə hesabına (kod **********A0000) 333.3 manat məbləğində cərimə tətbiq etməli idi. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı 28 mart 2024-cü il tarixli, 000611 saylı akt üzrə ona 1620 manat cərimənin yazıldığını iddia etsə də, mülki işin materiallarından, həmçinin cavabdehin nümayəndəsinin izahatından görünür ki, akt üzrə Gülmalıyev Yusı̇ f Abbas oğluna 1423.99 manat cərimə borcu yazılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 28 mart 2024-cü il tarixli, 000611 saylı akt üzrə hesablanmış borcun yalnız 333 manatı əsaslı olduğundan, qalan 1090.99 manat (1423.99-333=1090.99) Gülmalıyev Yusı̇ f Abbas oğlunun abunə hesabından silinməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Gülmalıyev Yusı̇ f Abbas oğlunun cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "cərimənin siliməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilməli, 28 mart 2024cü il tarixli, 000611 saylı akt əsasında hesablanmış 1423.99 manat borcdan 1090.99 manatı məbləğində pul "xxxx" ASC tərəfindən Gülmalıyev Yusı̇ f Abbas oğlunun abunə hesabından (kod **********A0000) silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Gülmalıyev Yusı̇ f Abbas oğlunun cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "cərimənin siliməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilsin. 28 mart 2024-cü il tarixli, 000611 saylı əsasında hesablanmış 1423.99 manat borcdan 1090.99 (bir min doxsan manat, doxsan doqquz qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən Gülmalıyev Yusı̇ f Abbas oğlunun abunə hesabından (kod **********A0000) silinməlidir. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar