Məhkəmə qərarları › İş №2(006)-2402/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2402/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2402/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur. “X2” tərəfindən xx.xx.2023-cü il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən ona dəymiş zərərə görə 919,96 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, yaşadığı mənzilə cavabdeh təşkilat tərəfindən elektron qaz sayğacı quraşdırılmış və qazdan istifadə kart vasitəsilə həyata keçirilmişdir. Bildiyi qədər onun cavabdehə qaz borcu yoxdur. Bu yaxınlarda cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvanda kütləvi olaraq qaz sayğaclarının dəyişdirilməsi həyata keçirilmişdir. Onun mənzilində olan qaz sayğacını da dəyişdirmişlər. Həmin qaz sayğacının dəyişdirilməsindən sonra onlar bildirmişlər ki, sayğacın mexaniki göstərici ilə elektron göstəricisi arasında uyğunsuzluq var və nəticə etibarı ilə ona 919,96 manat məbləğində borc yazmışlar. Yaşadığı mənzildə quraşdırılmış qaz sayğacına onlar tərəfindən hər hansısa bir müdaxilə edilməmişdir. Bütün problem cavabdeh təşkilatın özündə olmuşdur. Hesab edilir ki, cavabdeh təşkilat tərəfindən hesablanmış borc əsassız və qanunsuz olduğundan silinməlidir.Göstərilənlərə əsasən, cavabdeh “X2” tərəfindən iddiaçıya məxsus **********00210 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 919,96 manat borcun silinməsi və 500 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixində Ak-1/19288 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh Bakı X6 Departamenti tərəfindən **********00210 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 10479 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla Cavabdeh nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 581,84 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin Cavabdehnə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə ümumi 581,84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdehnə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 581,84 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 611,84 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək və qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməməsi və ilkin iddia üzrə Cavabdeh İB-nin qarşılıqlı iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində Ak-1/19288 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-atqısı müqaviləsi” imzalanmış və həmin müqavilə əsasında Cavabdeh abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 6970827№-li Aktın surətindən görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında fərq olduğu aşkar edilmişdir. Eyni zamanda, həmin akt əsasında 4347 m3 əlavə sərfiyyat hesablanaraq 919,96 manat məbləğində borc qeyd edilmişdir. Mülki işin materiallarında olan 21 iyun 2023-cü il tarixli abonentin saldosundan aydın olur ki, İddiaçı 27 aprel 2023-cü il tarix üçün 581.84 manat məbləğində borcu yaranmışdır. Məhkəmə verilmiş ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80№-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində qaz sayğacına baxış keçirilən zaman sayğacın mexaniki hissəsinin keçən qaz sərfiyyatını qeyd etdiyi, lakin elektron hissənin isə qeyd etmədiyi, göstəricilər arasında fərq olduğu, sayğacın istifadəyə yararsız olduğu aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus evdə sayğaca baxış keçirilərək akt tərtib edilmiş, həmin akt əsasında iddiaçıya xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4347 kub metr dəymiş ziyan hesablanmış, dəymiş ziyanın məbləği 919,96 manat təşkil etmişdır. Halbuki, abonent saldosu üzrə istehlakçının qalıq borc kimi 581,84 manat məbləğində borcunun olduğu görünür. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2023cü il tarixli akt əsasında dəymiş ziyan kimi 4347 kub metr üçün hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməklə, abonent saldosu üzrə istehlakçı İddiaçı məxsus qaz sayğacı üzrə əsassız hesablanmış 581,84 manat məbləğində borc silinməlidir. Məhkəmə ilk iddia tələbinin 500 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı hesab oluna bilməz. Belə ki, hazırda iddiaçı əsassız hesablanmış borca görə əsəb-sarsıntı keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı Cavabdeh İddiaçı İB-yə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 581,84 manat pulun tutulmasını tələb edir. Halbuki, məhkəmə tərəfindən ilk iddia tələbinə münasibətdə müəyyən edildi ki, Cavabdeh hazırda tələb etdiyi 581,84 manat məbləğində debitor borc İB tərəfindən əsassız olaraq hesablanmışdır. Odur ki, ilk iddia tələbi qismən təmin edilərək borcun 581,84 manat məbləği istehlakçı İddiaçı xeyrinə silindiyindən qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsas hissədə, yəni debitor borcun tutulması hissəsində təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilərək Cavabdeh tərəfindən iddiaçı X1 məxsus **********00210 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 581,84 (beş yüz səksən bir manat, səksən dörd qəpik) manat məbləğində borc silinməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X1 məxsus **********00210 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 581,84 (beş yüz səksən bir manat, səksən dörd qəpik) manat məbləğində borc silinsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar