Məhkəmə qərarları › İş №2(006)-2405/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2405/2020

09.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2405/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maykovski 8/9 ünvanında yerləşən bina Dövlət tədbiri ilə əlaqədar 2019-cu ildə sökülüb və ona məxsus abunə kodlarında (**********90020; **********90025) əsassız borclar yaranmışdır. Bununla əlaqədar ona bildiriş gəlmiş, məsələnin aydınlaşdırılması üçün «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Müraciətə cavab olaraq «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti bildirmişdir ki, borclar realdır və həmin borclar elektrik sərfiyyatının nəticəsində yaranmışdır. Cavabdeh təşkilatının əməkdaşları tərəfindən tərtib edilən **********90025 saylı bildirişə əsasən 391, 37 manat, **********90020 nömrəli bildirişə görə isə 391,33 manat borc yaranmışdır. İddiaçı hesab edir ki, barəsində hesablanmış borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Göstərilənlərə əsasən, iddiaçı barəsində qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilərək **********90020 və **********90025 saylı abunə kodu üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər müvafiq olaraq aktlar üzrə hesablanmış 391.33 manat və 391.37 manat pulun, ümumilikdə 782.70 manat borcun iddiaçı barəsində cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddia tələbinin tam həcmdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatı dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan bildirişlərin surətindən görünür ki, İddiaçı adına olan **********90025 və **********90020 saylı hesablara 391,37 manat və 391,33 manat məbləğində borc hesablanmışdır. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********90020 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, abonentin sayğac oxunmasına görə 0,00 manat, aktlar əsasında 391,33 manat, ümumilikdə isə 391,33 manat borcu mövcuddur. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********90025 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, abonentin sayğac oxunmasına görə 0,00 manat, aktlar əsasında 391,37 manat, ümumilikdə isə 391,37 manat borcu mövcuddur. Həmin arayışlardan görünür ki, istehlakçı X1 adına aktlar əsasında 782,7 manat məbləğində borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından göründüyü kimi, istehlakçının adına tərtib edilmiş aktlar üzrə ümumilikdə 782,7 manat borc hesablanmışdır. Məhkəmə araşdırmaları zamanı «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş aktlar onu göstərir ki, sayğac borcunun yaranması ilə bağlı «xxxxxxxx» ASC tərəfindən sübut təqdim edilməmiş, bu barədə tərtib edilmiş bildirişlər isə özlüyündə həmin borcun hesablanması üçün əsas hesab edilə bilmədiyi üçün aktlar əsasında hesablanmış məbləğ istehlakçıdan tələb edilə bilməz. AzərbaycanRespublikasıMPM-in 77.2-cimaddəsinəəsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, abunə haqqında arayışlara əsasən aktlar üzrə hesablanmış borc əsassızdır və iddiaçıdan tələb edilə bilməz. Beləliklə,məhkəməişüzrətoplanmışsübutlaraməcmuşəkildəhüquqiqiymətverərəkhes abedirki, iddia təmin edilməli, **********90020 və **********90025 saylı abunə kodu üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər müvafiq olaraq aktlar üzrə hesablanmış 391,33 manat və 391,37 manat pulun, ümumilikdə 782,70 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş aktlar qanunsuz hesab edilməklə, həmin aktlar əsasında hesablanmış 782, 70 (yeddi yüz səksən iki manat, yetmiş qəpik) manat məbləğində borc iddiaçı X2 məxsus **********90020 və **********90025 saylı abunə hesablarından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar