Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2405/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi – Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «qohumluq münasibətlərinin və doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «qohumluq münasibətlərinin və doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan anası X6 doğumunun qeyd edilməsi faktı və X11 ilə ərizəçinin qohumluq faktı, yəni X6 ərizəçinin anası olma faktının müəyyən edilməsi, ərizəçinin anası X8 doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadı İsmayılova, adı Sura, ata adı Məhərrəm, doğum tarixi xx.xx.1972-ci il, doğum yeri Ermənistan Respublikası Masis rayonun Zəhmət kəndi, atası qrafasında X9, milliyyəti azərbaycanlı, anası qrafasında isə X16, milliyəti azərbaycanlı göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 onun anasıdır. Anası xx.xx.2022-ci ildə rəhmətə getmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1221 nömrə ilə qeyd edilmişdir. X7 xx.xx.1998-ci ildə rəhmətə getmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 19 nömrə ilə qeyd edilmişdir. Anasının ondan başqa övladı yoxdur. Anası rəhmətə getdikdən sonra anasından qalan miras əmlakı öz adına keçirmək məqsədilə miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün ASAN Xidmətdə yerləşən Notariat Kontoruna müraciət etmişdir. Anasının doğum haqqında şəhadətnaməsi ondan tələb edildi. Hələ anası sağlığında doğum haqqında şəhadətnaməsini itirmişdi. Buna görə də doğum haqqında şəhadətnaməni Notariar Kontoruna təqdim edə bilmədi. Anasının doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona bildirildi ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Anası xx.xx.1972-ci ildə Ermənistanda Masis Rayonu Zəhmət kəndində doğulmuşdur. Doğum haqqında qeyd Marsis rayonunun VVAQ şöbəsi tərəfindən aparılmış və bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. X2 xx.xx.1998-ci ildə ölmüşdür. X5 XX.XX. 1936-cı ildə Masis rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Hazırda anasının doğum haqqında şəhadətnaməsinin olmamasına görə, bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə müharibə vəziyyətində olması səbəbindən sonuncudan müvafiq qeydiyyat orqanından yeni doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkündür. X1 onun anası olma faktı müəyyən edilməlidir. Odur ki. məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X16 ifadə verərək bildirdi ki, mərhum xx.xx.1972-ci il tarixdə Zəhmət kəndində doğulub. X9 əri olub. Ərizəçi nəvəsidir. Ərizəçinin qardaş və bacısı yoxdur. X3 ifadə verərək bildirdi ki, ərizəçi mərhum bacısının qızıdır. Mərhumun yeganə övladı ərizəçidir. Mərhum Sura xanım Zəhmət kəndində doğulmuşdur. X4r. İş materiallarına əlavə olunmuş: xx.xx.1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı 262265 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X7, anası X10r. xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 387703 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 361 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. xx.xx.2022-ci il tarixli Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür. xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 810425 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X14 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 340 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Aşirova” soyadı verilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 316890 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, beyin ödemi səbəbindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1221 saylı akt qeydi aparılmışdır. C01532775 nömrəli pasportdan görünür ki, X11 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-68-103/2023 saylı məktubundan görünür ki, ərizəçinin anası X6 doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda^ətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırılmışdır ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materialları ilə tam sübuta yetirildi ki, xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-də, Masis rayonunun Zəhmət kəndində doğulmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, beyin ödemi səbəbindən vəfat etmiş X11 Ərizəçi anası - valideynidir. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktların müəyyən edilməsi ərizəçiyə mirasla bağlı hüquqi sənədlərin əldə edilməsi üçün zəruridir. Doğumun qeyd edilməsi faktını müəyyən edən sənədi verən və ilkin akt qeydi aparan orqan Ermənistan SSR-in ərazisində olmuşdur, ərizəçinin anasının adına doğum haqqında aparılmış akt qeydi barədə məlumat alınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 Ərizəçi anası - valideyni olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ərizəçinin anası X6 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, X11 barəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilərək soyadı İsmayılova, adı Sura, ata adı Məhərrəm, doğum tarixi xx.xx.1972-ci il, doğum yeri Ermənistan Respublikası Masis rayonunun Zəhmət kəndi, ata adı qrafasında X9, milliyyəti azərbaycanlı, ana adı qrafasında X16, milliyəti azərbaycanlı qeyd edilməklə (Ərizəçi) yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 Ərizəçi anası - valideyni olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi anası X6 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. X11 barəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilərək soyadı İsmayılova, adı Sura, ata adı Məhərrəm, doğum tarixi xx.xx.1972-ci il, doğum yeri Ermənistan Respublikası Masis rayonunun Zəhmət kəndi, ata adı qrafasında X9, milliyyəti azərbaycanlı, ana adı qrafasında X16, milliyəti azərbaycanlı qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2405/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2405/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver