Məhkəmə qərarları › İş №e-2(033)-1097/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1097/2025

17.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1097/2025 17.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X35 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə müraciət edərək XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının doğum faktının müəyyən olunması, XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının atası X14, anası X22 olmasının müəyyən edilməsinə dair qətnamə qəbul verməyi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. Anası Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızı XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuşdur. Anasının atası X18, anası ilə X22 olmuşdur. X14 10 dekabr 1997-ci il tarixdə, X22 isə xx.xx.1980-cı il tarixdə vəfat etmişdir. X2 daha sonra X24 ilə ailə həyatı qurmuşdur. X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X14 və X19 Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli qərarına əsasən Balakən rayonu, Katex kəndində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Anası Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızı X2nun vərəsəsidir. Anası Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızı xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Balakən rayonu, Katex kəndində olan 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2nun payına düşən hissəsinə vərəsəlik işi açılması üçün notariusa müraciət etmək üçün sənədləri hazırladıqda müəyyən olundu ki, anası Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğum haqqında şəhadətnaməsi yoxdur. Bunun üçün Balakən rayon Arxiv idarəsinə vəkil sorğusu göndərilərək Balakən rayon Katex kəndində XX.XX.1943-cü il tarixdə anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə məlumatların verilməsi xahiş olunmuşdur. Balakən rayon Arxiv idarəsi tərəfindən verilmiş cavab məktubunda Balakən rayonu, VVAQ şöbəsinin 1940-1945-ci illərə aid doğum haqqında qeydiyyat kitabında Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə qeydiyyat aparılmadığı bildirilmişdir. Bundan əlavə Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə məlumatların araşdırılması üçün X39 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. X39 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə məlumatların aşkar olunmadığından və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Anası Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə məlumatların aşkar olunmaması səbəbindən, doğum şəhadətnaməsinin olmaması səbəbindən mərhum X2ndan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi ala bilmir. Bunun üçün yuxarıda qeyd edilənlərə əsasən anası Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O hesab edir ki, doğum faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun doğum faktını qeyd etdirə bilmədiyinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktları ərizəyə əlavə etmiş akt, sənədlər və şahidlər təsdiq edə bilərlər. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, babasından miras qalmış əmlakın mülkiyyətə keçirilməsi ilə bağlı ərizədə qeyd edilən faktın müəyyən edilməsi zəruridir. O, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi vəkil Nümayəndə məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X13 çıxış edərək bildirdi ki, ərizəçinin anasının qonşusudur və qohumluq əlaqələri də var. 1992-ci ildə gəlin köçüb. O köçəndə ərizəçinin nənəsi Sona xala rəhmətə getmiş babası Əhmədullah dayı təkrar evlənmişdir. O, köçəndən 7 il sonra Əhmədullah dayı da rəhmətə gedib. O X6 anasının Sona atasının da Əhmədullah olduğunu bilib. Əhmədullah dayının ikinci yoldaşı Məmləkət rəhmətə gedəndən sonra Şeyma Əhmədullah dayıya baxıb. Şahid qismində dindirilmiş X7 çıxış edərək bildirdi ki, Balayeva Şaymanın qonşusudur və qohumudur. Şaymanın atasına baxdığını görüb. Sona və Əhmədullahın qızıdır Şayma. Özü Katexdə yaşayır. Şahid qismində dindirilmiş X15 çıxış edərək bildirdi ki, Balayeva Şayma onun sinif yoldaşıdır. Şayma vəfat edib anası Sona, atası da Əhmədullah olub. Qohumluqları da çatır. Birlikdə böyüblər və billikdə oxuyublar. İşin halları Balakən regional “ ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1910-cu il təvəllüdlü X22 xx.xx.1980-ci ildə Balakən rayon Katex kəndində ölmüş, ölümü Balakən rayonu Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1980-ci il tarixli 08 nömrəli ölüm akt qeydi ilə qeydə alınmışdır. Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon dövlət arxivi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli məktubundan görünür ki, 20 iyun 2025-ci il tarixli 381/25 nömrəli məktub cavablandırılmış və Balakən rayon VVAQ şöbəsinin 1940-1945-ci illərə aid doğum haqqında qeydiyyat (Katex kəndi) kitabında Balayeva (Mehdiyeva) Şayma Əhmədullah qızının doğumu barədə qeydiyyat aparılmamışdır. Balakən rayonu Katex kənd inzibati ərazi dairəsı üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2012-ci il tarixli şəhadətnamədən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 14 may 2025-ci il tarixində verilmiş şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1997-ci ildə vəfat etmişdir. Balakən regional “ ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 və X8 nikahları haqqında xx.xx.1968-ci il tarixdə 10 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikahdan sonra ərə Balayev, arvada Mehdiyeva soyadı verilmişdir. Balakən regional “ ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1972-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. Zaqatala rayonu qeydiyyat şöbəsində 47 nömrəli akt ilə qeydə alınmışdır. X1, anası X10r. Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Balayeva (Mehdiyeva) Şayma Əhmədulla (Əhmədullah) qızı barəsində doğum akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1949-xx.xx.2025-ci illərə dair bərpa doğum aktı qeydləri üzrə yoxlanılmışdır. Balakən regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X11 doğumunun qeydiyyata alınmasından imtina edilmişdir. Balakən rayonu Katex kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, xx.xx.2012-ci il tarixli 28 nömrəli ölüm haqqında akt qeydinə əsasən X16 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş 17 dekabr 2011-ci il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X9 xx.xx.2011-ci il tarixdə aralarında nikah bağlanmışdır. Ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi, anası XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının doğum faktının müəyyən olunması, ərizəçi tərəfindən təqdim edilmiş sənədləri və məhkəmə tərəfindən tələb edilmiş digər sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının doğum haqında şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin doğum şəhadətnaməsinin nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi anası - Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olası faktı və XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının atası X14, anası X22 olması müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi - XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının doğum faktı müəyyən edilsin. XX.XX.1943-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş Balayeva (Mehdiyeva) Şayma Əhmədulla qızının atası X14, anası X22 olması müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar