Məhkəmə qərarları › İş №2(054)-430/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-430/2023

29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-430/2023 29.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X29 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs X4 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə və X7 qarşı şəxslərin qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 29 sentyabr 2023-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə (maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X9nun 1929-cu ildə Oğuz rayon Qumlaq kəndində doğulması faktının müəyyən edilməsi, atası ilə bibisi X4 qohumluq münasibətində, yəni bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı gedişində ərizəçi tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək, bibisi X11 ilə X9nun bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1973-cü il tarixdə Oğuz rayon Qumlaq kəndində anadan olub, hazırda orda qeydiyyatda olmaqla yaşayır. X9, anası X5r. Atasıgil 2 qardaş, iki bacı olublar. Atası xx.xx.1989-cu ildə vəfat edib. Onun qardaşı və böyük bacısı da vəfat edib. Hazırda bibisi-02 oktyabr 1935-ci il təvəllüdlü X2salamat Oğuz rayon Qumlaq kəndində yaşayır. Həmin kənddə yerləşən, bibisinin mülkiyyətində olan 0,263 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 28 fevral 2023-cü il tarixli çıxarışa əsasən bibisinin mülkiyyətindədir. Bibisi mülkiyyətində olan əmlakı ona bağışlamaq istəyir. Buna görə də “ASAN xidmət” mərkəzinə müraciət edərkən məlum olmuşdur ki, atasının doğum şəhadətnaməsi olmadan yaxın qohum olaraq bibisinin öz əmlakını ona bağışlaması mümkün deyil. İlkin tələbində atasının doğum faktının müəyyən edilməsini də xahiş etmiş, lakin sonradan ona məlum olmuşdur ki, atası ilə bibisinin bacı-qardaş olması faktının müəyyən edilməsi onun məqsədlərinə tam uyğundur. Müxtəlif ünvanlara sorğulara cavab olaraq atasının doğumuna dair sənədlərin tapılmadığı bildirilmiş və qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X11 izahat verərək bildirdi ki, 02 oktyabr 1935-ci il tarixdə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur. Həmin kənddə yaşayır. Mülkiyyətində 0,263 ha torpaq sahəsi və onun üzərində yerləşən 81,6 kv.m fərdi yaşayış evi vardır. Həmin evi ərizəçi-qardaşı X1 oğlu Ərizəçi bağışlamaq üçün “ASAN xidmət” mərkəzinə müraciət etmişlər. Həmin vaxt məlum olmuşdur ki, qardaşı Əzizin doğum şəhadətnaməsi olmadığından sənədləşmənin aparılması mümkün deyil. Onun iki qardaşı, bir bacısı olmuşdur. Bacısı-1926-cı il təvəllüdlü Şahnisə hamısından böyük olub, vəfat edib. Qardaşı Əziz və kiçik qardaşı-1939-cu il təvəllüdlü Niymət də vəfat etmişlər. Doğum aktında adının Səmayə yazılması o zaman qeydiyyatda işləyən işçinin səhvidir. Onun əlində həmin aktdakı digər məlumatların üst-üstə düşdüyü doğum şəhadətnaməsi var. Onun özünün ailəsi olmayıb. Müxtəlif vəzifələrdə işləyib, rayonun ictimai həyatında fəal iştirak edib. Ərizəçi doğma qardaşı Əzizin oğludur. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X27 izahat verərək bildirdi ki, ərizəçi atabir-ana ayrı qardaşı olsa da, aralarında heç bir ayrı-seçkilik olmayıb. Kərəmin anası Zərxanım Mikayılova onlara doğma ana olub, hər qayğılarını çəkib. Belə ki, Zərxanım iki bacı, bir qardaş olaraq onları, doğma övladları olan qızı və oğlundan ayırmayıb.İndi də bir-birləri ilə yaxın ünsiyyət saxlayırlar. Sanəndə Mikayılova bibiləridir. Onun evini və torpaq sahəsini Kərəmə vermək istədiyini bacı-qardaşları da bilir. Hamının evi-eşiyi var, Kərəm evin kiçiyidir, bibisinin öz əmlakını ona bağışlamasına heç kimin etirazı yoxdur və ola bilməz. İstəyirlər ki, Kərəm atalarının işığını yandırsın. Atası Əzizin iki bacısı, bir qardaşı olub. Böyük bibisi Şahnisə 1923, ya da 1925, Əziz 1928, yaxud 1929-cu il təvəllüdlü olub. Kiçik əmisi Niyməti dəqiq bilmir. Hər üçü vəfat ediblər. Təkcə Sanəndə yaşayır. Təsdiq etdi ki, X14 və Əziz Mikayılov doğma bacı-qardaşdır. Məhkəmə iclasında şahid X24 izahat verərək bildirdi ki, əvvəllər Qumlaq kənd məktəbində müəllim, sonra təsərrüfat müdiri işləyib. Ərizəçi ilə qonşuluqda yaşayır. Onun atası Əziz Mikayılovu, Əzizin bacısı Sanəndə Mikayılovanı yaxşı tanıyır. Sanəndə deyəsən 1936-cı il təvəllüddür. Əzizin Şahnisə adlı böyük bacısını da tanıyıb. Deyəsən bir qardaşı da vardı. Hamısı vəfat edib, bir Sanəndə yaşayır. Ataları Bəkir, anaları Bəsdi olub. X14 və Əziz Mikayılovun doğma bacı-qardaş olduqlarını təsdiq etdi. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, Oğuz rayon Qumlaq kəndində anadan olub, orada yaşayır. Vaxtilə Qumlaq kənd orta məktəbinin direktoru olub. 40 il müəllim və direktor işləyib. 2019-cu ildən təqaüdçüdür. Ərizəçi yaxşı tanıyır. Onun valideynlərini də yaxşı tanıyıb, çünki həm də qonşudurlar. Kərəmin atası Əziz kişinin atası Bəkir, anası Bəsdi olub. Əziz kişinin böyük bacısının adı Şahnisə olub. rəhmətə gedib. Bir bacısı Sanəndədir. Vaxtilə o da fəal qadın olub, partkom işləyib. Əziz və Sanəndənin həqiqətən doğma bacı-qardaş olduğunu təsdiq etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu, Qumlaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon, Qumlaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı 02728530 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1935-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu, Qumlaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon, Qumlaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında XİV-JQ 377104 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1935-ci il tarixdə Vartaşen rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Vartaşen rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1935-ci il tarixdə 06 nömrə ilə qeyd edilmiş, atası X20, anası X12r. İşə əlavə edilmiş doğum haqqında xx.xx.1935-ci il tarixli, 06 saylı akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1935-ci ildə doğulmuş, atası-1892-ci il təvəllüdlü X20, anası-1906-cı il təvəllüdlü X3 qeyd edilmişdir. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-124/2023 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində 1936-1940-cı illər üzrə bərpa, 1940-cı ildən 1953-cü ilədək ilkin daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, 1929cu il tarixdə Oğuz rayon Qumlaq kəndində anadan olmuş X15 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs işə əlavə edilmiş nikah haqqında xx.xx.2023-cü il tarixli, 28/12 saylı arayışından və evlənmə akt qeydinin surətindən görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X23 və xx.xx.1932-ci il təvəllüdlü X10 xx.xx.1968-ci ildə evlənmiş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində həmin tarixdə 02 saylı akt qeyd tərtib edilmiş, evlənəndən sonra kişi və qadının familiyası Mikayılov olmuşdur. İşə əlavə edilmiş doğum haqqında İİ-JQ 324151 saylı şəhadətnamənin və doğum haqqında xx.xx.1973-cü il tarixli, 35 saylı akt qeydinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Vartaşen rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Qumlaq kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 35 nömrə ilə qeyd edilmiş, atası 1928-ci il təvəllüdlü X23, anası 1932-ci il təvəllüdlü X5r. Maraqlı şəxs işə əlavə edilmiş ölüm haqqında xx.xx.2023-cü il tarixli 26/12 saylı arayışından və ölüm haqqında xx.xx.1989-cu il tarixli aktın surətindən görünür ki, 1929-cu il təvəllüdlü X23 xx.xx.1989-cu ildə ölmüş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-10-123/2023 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1929-cu il tarixdə anadan olmuş X9nun doğum akt qeydi aşkar olunmadığından ərizəçiyə şəhadətnamənin alınmasının yalnız tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında yazılmasının mümkünlüyü bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın işə əlavə edilmş surətindən görünür ki, Oğuz rayonu Qumlaq kəndində 0,263 ha həyətyanı torpaq sahəsində yerləşən 81,6 kv.m fərdi yaşayış evi və torpaq sahəsi tam mülkiyyət hüququ ilə hüquq sahibi X4 adına qeyd edilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hüquq sahibinə təqdim edilmişdir. Oğuz rayon İHB Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-326/2023 saylı arayışından görünür ki, Ərizəçi atası xx.xx.1989-cu il tarixdə vəfat etmiş, kənd qəbristanlığında dəfn edilmiş X23 və kənddə daimi pasport qeydiyyatında olmaqla yaşayan X11 doğma bacı-qardaşdırlar. Oğuz rayon Dövlət Arxivinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-36RA2- 42.M.2023 saylı arxiv çıxarışından, xx.xx.2023-cü il tarixli, 3-48-36RA2-71/2023 saylı məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Oğuz rayon Qumlaq kənd İƏD 1975-1977-ci illər üzrə təsərrüfatbaşına kitabında ailə başçısı xx.xx.1928-ci il təvəllüdlü X15 ailə üzvləri- arvadı xx.xx.1933-cü il təvəllüdlü X13, bacısı xx.xx.1936-cı il təvəllüdlü X11, arvadı 1954-cü il təvəllüdlü X6, övladları xx.xx.1961-ci il təvəllüdlü Məkinət, xx.xx.1964-cü il təvəllüdlü Gülnarə, xx.xx.1965-ci il təvəllüdlü Akif, xx.xx.1969-cu il təvəllüdlü Çiçək və xx.xx.1973-cü il təvəllüdlü Ərizəçilardan ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk öncə bildirir ki, arxiv sənədlərində və ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş və məhkəmə iclaslarında təqdim edilmiş sənədlərdəki doğum tarixləri və adların yazılışı məhkəmə icraatızamanı mübahisə mövzusu olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 1973-cü ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuş, onun X9 da həmin kənddə yaşamış və 1989-cu ildə vəfat etmişdir. Ərizəçinin bibisi X11 hal-hazıradək Qumlaq kəndində yaşayır, mülkiyyətində olan daşınmaz əmlakı qardaşı oğluna bağışlamaq istəsə də, mərhum Əziz Mikayılovun doğum şəhadətnaməsi olmadığından bunun həyata keçirilməsi mümkün olmamışdır. Sanəndə Mikayılova özü də maraqlı şəxs kimi bu xüsusatı təsdiq etmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı şahidlərin izahatları, həmçinin işə əlavə edilmiş sənədlərlə də həqiqətən X23 ilə X4 doğma bacı-qardaş olduğu təkzibedilməz sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, ərizəçinin atası-1929-cu il təvəllüdlü, xx.xx.1989-cu il tarixdə ölmuş X23 ilə bibisi-xx.xx.1935-ci il təvəllüdlü X4 doğma-bacıqardaş olması faktı şübhə doğurmadığından ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atası-1929-cu il təvəllüdlü, 14 fevral 1989-cu il tarixdə ölmuş X23 ilə bibisi- 02 oktyabr 1935-ci il təvəllüdlü X4 doğma qardaş-bacı olmaqla onların qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar