Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1759/2024 28.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi “doğum və qohum olma” faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9 onun xx.xx.1959-ci ildə Şəki rayonu Cunud kəndinə anadan olmuş Ərizəçi və xx.xx.1949-cu ildə Cunud kəndində anadan olmuş Gülümnaz Həmidovanın atası olması faktı, X1 xx.xx.1949-cu il tarixində doğulması və X3, anası X24 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək mərhum X9 xx.xx.1959-ci ildə Şəki rayonu Cunud kəndinə anadan olmuş Ərizəçi atası olması və X5 xx.xx.1949-cu il tarixində doğulması və X3, anası X24 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona və ailə üzvülərinə Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 2,0035 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üçün hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış əldə etmişlər. Reyestr nömrəsi **********02 nömrəli, ********** qeydiyat nömrəli çıxarışdan göründüyü kimi, Şəki rayonu Cunud kəndində yerləşən 2,0035 ha kənd təsərrüfatı təyinatlı torpaq ailə üzvülərinin ümumi birgə mülkiyyətindədir. X3 və xəstə X2da onunla yaşadığı üçün onlarında pay torpağı çıxarışında öz əksini tapmışdır. X3 xx.xx.2005-ci ildə rəhmətə getmişdir. X2 xx.xx.2011-ci ildə rəhmətə getmişdir. Onarın payına münasibətdə vərəsəlik açılması üçün Notariat ofisinə müraciət etmişdir. Bu zaman müəyyən olmuşdur ki, mərhum anası X24 ilə X3nun nikaharı qeydə alınmamışdır. 9 uşaq olmuşlar. Onlarında doğum sənədlərinə baxmış, hamısının doğum sənədində ata qrafası boşdur. Anası ilə atası bir yerdə yaşayıb, bir yerdə təsərrüfat aparıblar. Birgə evliliklərindən 9 uşaq dünyaya gəmişdir. Sadəcə keçmiş zamanlarda kənd adamları müəyyən problemlərdən və s. keçmiş ZAKS şöbəsinə gedib nikahlarını qeydə aldırmayırdılar. Bu tip problemlər minlərlədir. Bundan başqa vərəsəlik üzrə sənədlər notariat ofisində araşdırılarkən mərhum X1 doğum qeydi barədə də məlumatlar elektron sistemdə aşkarlanmamışdır. Vəkil vasitəsilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, müraciət əsasında anası X24 ilə X3nun nikahları haqqında məlumatın aşkarlanmaması barədə və bacısı 1949-cu ildə Şəki rayonu Cunud kəndində anadan olmuş X5 doğum haqqında qeydin aşkar edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışlar verilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli məktubla X1 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə etmişdirlər. Doğum haqqında şəhadətnamədən göründüyü kimi, o, xx.xx.1959-cu ildə Şəki rayonu Cunud kəndində anadan olmuşdur. Şəhadətnamədə ana qrafasında X24 qeyd edilmişdir. Ata qrafası boşdur. Ata adı Abdulmənəf oğlu qeyd edilib. X1 doğumu barədə akt və doğum haqqında şəhadətnamə aşkarlanmamışdır. Ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, X36 xx.xx.2005-ci ildə, bacısı Gülümnaz Həmidova isə xx.xx.2011-ci ildə rəhmətə getmişdir. Şəki ŞİHB-nın Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 164 nömrəli vərəsəlik arayışından göründüyü kimi, mərhum X9 10 vərəsəsi var. Onların 3-ü (həyat yoldaşı və iki uşağı rəhmətə getmişdir). Şəki ŞİHB-nın Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 165 nömrəli vərəsəlik arayışından göründüyü kimi, mərhum X5 10 vərəsəsi var. Onların 3-ü (həyat yoldaşı və iki uşağı rəhmətə getmişdir). X9 həm X1, həm də özünün ataları olması mövcud sənədlərə öz təsdiqini tapmadığı üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Məhz buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X13 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, X3 xx.xx.2005-ci ildə rəhmətə getmişdir. X2 xx.xx.2011-ci ildə rəhmətə getmişdir. Onarın payına münasibətdə vərəsəlik açılması üçün Notariat ofisinə müraciət etmişdir. Bu zaman müəyyən olmuşdur ki, mərhum anası X24 ilə X3nun nikaharı qeydə alınmamışdır. X1 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə etmişdirlər. X36 xx.xx.2005-ci ildə, bacısı Gülümnaz Həmidova isə xx.xx.2011-ci ildə rəhmətə getmişdir. X9 həm X1, həm də özünün ataları olması mövcud sənədlərə öz təsdiqini tapmadığı üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında şahid kimi dindirilən X29 bildirdi ki, Ərizəçi onun qohumudur. X44 atası olduğunu bilir. Gülümnaz isə onun bacısı olmuşdur. Abdulmənəf ataları, Zibeydə isə onların anaları olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid kimi dindirilən X16 bildirdi ki, Ərizəçi onun qonşusudur. Abdulmənəf kişinin onun atası olmuşdur. Onun atası tarixini dəqiq bilmədiyi vaxtda rəhmətə getmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Baş Layısqı kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vərəsəlik arayışından görünür ki, xx.xx.2005-ci il tarixdə Cunud kəndində vəfat etmiş X9 vərəsələri aşağıdakılardır. X24 (arvadı)-vəfat edib, X12 (qızı) vəfat edib, X30 (oğlu), X17 (qızı), X21 (qızı) vəfat edib, X25 (oğlu), Ərizəçi (oğlu), X6 (qızı), X22 (qızı), X10 (qızı). Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, X5 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-H-69-172/2024 nömrəli arayışdan görünür ki, X5 barəsində Şəki rayon Qeydiyyat Şöbəsinin və X15 Reyestri Xidmətinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-H-69-171/2024 nömrəli arayışdan görünür ki, X20 və X18 barəsində Şəki rayon Qeydiyyat Şöbəsinin və X15 Reyestri Xidmətinin arxivində nikah haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.1959-cu tarixli İ-ИЕ 766448 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Baş Layısqı kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Baş Layısqı kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********02 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 2,0035 ha torpaq sahəsi X40,X49, X41, X14, X9 adına ümumi birgə mülkiyyətdədir. Azərbaycan Respublikası TƏBİB PHŞ Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-71/2-1163/2024 saylı məktubdan görünür ki, 1949-cu il tarixdə anadan olmuş X8 doğum qeydiyyatı barədə məlumatın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X50 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-DA-12F/2-8/291/2024 nömrəli məktubla təqdim edilmiş Şəki şəhər İHB-nın Baş Layısqı İcra Nümayəndəliyinin 2001-2005-ci illərin təsərrüfatbaşına kitabına əsasən X11 təsərrüfat sənədindən görünür ki, 1949-cu il təvəllüdlü X12 təsərrüfat üzvlərinin siyahına daxil edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən mərhum X9 xx.xx.1959-ci ildə Şəki rayonu Cunud kəndinə anadan olmuş Ərizəçi atası olması və X5 xx.xx.1949-cu il tarixində doğulması və X3, anası X24 olması öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, mərhum X9 xx.xx.1959-ci ildə Şəki rayonu Cunud kəndinə anadan olmuş Ərizəçi atası olması və X5 xx.xx.1949-cu il tarixində doğulması və X3, anası X24 olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. X9 xx.xx.1959-ci ildə Şəki rayonu Cunud kəndində anadan olmuş Ərizəçi atası olması və X5 xx.xx.1949-cu il tarixində doğulması və X3, anası X24 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1759/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1759/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver