Məhkəmə qərarları › İş №2(006)-2417/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2417/2024

09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2417/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Sahı̇ b qızının, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sahı̇ b qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı “cərimənin silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sahı̇ b qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı “cərimənin silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin işçilərinin hərəkətlərini qanunsuz hesab edərək, 07 mart 2024-cü il tarixli, AKT R № 039005-li aktın ləğv olunması, aktla əlaqədar olaraq, ona yazılmış 960 (doqquz yüz altmış) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsi, Milli Ordu lüçəsi, ev 25 «Q»-də uzun illərdir ki, valideynləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, 25 «Q» saylı yaşayış sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, №753 nömrəli qərarına əsasən, 300 kv.metr torpaq sahəsi anası X3 ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, sadəcə olaraq işıq müqaviləsi onunla bağlanmışdır. Bu yaxınlıqda "xxxx" ASC-nin əməkdaşı evlərinə gələrək işıqlarını kəsmək istəyirdi, səbəbini soruşduqda isə ona və ailə üzvlərinə bildirmişdir ki, bir neçə gün bundan qabaq bayırda olan sayğaclarına baxış keçirilmiş, güya kənar işıq xətti istifadə olunur və ona görə də, 960 (doqquz yüz altmış) manat cərimə olunmuşdur və bu barədə akt tərtib edilmişdir. Onları məcbur etmişdir ki, təcili borcun silinməsi üçün ödəniş etməlidirlər ki, o işıqlarını kəsməsin. Həmin cərimə aktını istədikdə, o həmin aktın sabah ona təqdim edəcəyini bildirmişdir. O, məcbur olaraq təcili olaraq, poçt məntəqəsinə gedərək 100 (bir yüz) manat "xxxx" ASC-ə ödəniş etmişdir. Cavabdeh ASC-nin əməkdaşı sabahı günü həmin cərimə aktını ona təqdim etmişdir. 07 mart 2024-cü il tarixli, AKT NDM№ 039005 nömrəli aktından görünür ki, sayğaca baxış keçirilən zaman məlum oldu ki, kənar xətt qoşulması var və sayğaca müdaxilə olunub. Bundan əlavə olaraq, aktda göstərilmişdir ki, güya qapını açan olmamışdır. Halbuki, anası xəstə adamdır və daim evdə olur. Əvvəla onun evinə dair elektrik sayğacı bayırda yerləşdirilib, həmin elektrik sayğacına hər hansı bir müdaxilə olunmayıb, sadəsə olaraq aylıq işıq xərci son vaxtlar az təşkil edib. Çünki, çox vaxt valideynlərinin (ata yurdu deyilən) o biri evlərində gedib qalırlar, həmin evdə qardaşı öz ailəsi ilə yaşayır. Əgər məntiqlə düşünülsə, o sayğaca neçə müdaxilə edə bilər ki, sayğac çöldədir, "xxxx" ASC-nin əməkdaşları hər an gəlib sayğaca baxış keçirə bilərlər. Onun evində əlavə xatt belə ola bilməz, bu absurddur. Göründüyü kimi "xxxx" ASC-nin əməkdaşlarının ona qarşı irəli sürdükləri böhtan və şərləri inandırıcı deyil. Hamıya məlumdur ki, son vaxtlar "xxxx" ASC-nin əməkdaşları bonların kəndə çox sakinlərə qanunsuz və əsassız cərimlər yazırlar. Hesab edir ki, belə bir halda "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlər olmuş, onun hüquqları tam pozulmuşdur və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Daha İddiaçı Sahı̇ b qızı dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin 07 mart 2024-cü il tarixli, AKT R № 039005-li aktına əsasən ona yazılmış 960 (doqquz yüz altmış) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sahı̇ b qızı ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş CD-disklərdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı İddiaçı Sahı̇ b qızına məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi (abonent kodu **********00018) ünvan üzrə yerləşən elektrik sayğaca baxış keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 039005 №-li, 07 mart 2024-cü il tarixli aktına əsasən abonent İddiaçı Sahı̇ b qızına məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, ev 25 (abonent kodu **********00018) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının sxemindən kənar xətt istifadə olunur. Belə ki, elektrik sayğacının qoşulma sxemi pozularaq kənar mənbədən sıfır xətdi götürülərək sayğac dövrədən kənarlaşdırılmışdır. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. İş üzrə 039005 nömrəli, 07 mart 2024-cü il tarixli akta əsasən İddiaçı Sahı̇ b qızına (abonent kodu **********00018) əlavə olaraq 7736 kvt.s (3.3 kvt x 24 saat x (0,7) x 148 gün əlavə sərfiyyat, yəni 960 manat məbləğində ödəniş hesablanmışdır. Belə ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. [36] Qaydaların 6.4-cü bəndinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin müqavilənin 6-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Beləliklə, məhkəmə akta görə hesablanmış cərimənin silinməsi barədə qeyd edir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir (həmçinin bununla bağlı cavabdeh təşkilat akta görə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməmişdir) . Göründüyü kimi elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Beləliklə akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı Sahı̇ b qızından abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 960 manat borc iddiaçının abunə hesabından silinməlidir. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin 07 mart 2024-cü il tarixli, 039005 saylı aktına əsasən İddiaçı Sahı̇ b qızına məxsus Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, 25 «Q» (abonent kodu **********00018) ünvanına əsassız hesablanmış 960 (doqquz yüz altmış manat) manat məbləğində cərimə borcu iddiaçının **********00018 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin 07 mart 2024-cü il tarixli, 039005 saylı aktına əsasən İddiaçı Sahı̇ b qızına məxsus Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, 25 «Q» (abonent kodu **********00018) ünvanına əsassız hesablanmış 960 (doqquz yüz altmış manat) manat məbləğində cərimə borcu iddiaçının **********00018 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar