Məhkəmə qərarları › İş №2(006)-2474/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2474/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2474/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x6 oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» x2 nümayəndəsi x1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə 09.04.2018-ci il, 16.04.2018-ci il və 24.04.2018-ci il tarixli müqavilələrinə əsasən, “Samsung LED” markalı televizor, “AUX” markalı kondisioner, “LG LED” markalı televizor və İMEİ Kodu **********18081 olan “iPhone X” markalı telefon almış və nəticədə 7291 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.04.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2297 (iki min iki yüz doxsan yeddi) manat (12 ay x 182 manat +113manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor, “AUX” markalı kondisioner üçün 2522 (iki min beş yüz iyirmi iki)manat olmaqla, ondan 1922 (min doqquz iyirmi iki) manat ödənilməmiş hissə, 600 (altı yüz) manat dəbbə pulu; 16.04.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1025 (min iyirmi beş) manat (12 ay x 76 manat + 113 manat ilkin ödəniş) olan “LG LED” markalı televizor üçün 778 (yeddi yüz yetmiş səkkiz) manat olmaqla, ondan 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 182 (yüz səksən iki) manat dəbbə pulu; 24.04.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3626 (üç min altı yüz iyirmi altı) manat (12 ay x 261 manat + 494 manat ilkin ödəniş) olan İMEİ Kodu **********18081 olan “İPhone X” markalı telefonüçün 3991 (üç min doqquz yüz doxsan bir) manat olmaqla, ondan 3052 (üç min əlli iki) manat ödənilməmiş hissə, 939 (doqquz yüz otuz doqquz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1378 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən 09.04.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung LED” markalı televizor, “AUX” markalı kondisioner üçün 1922 (min doqquz iyirmi iki) manat ödənilməmiş hissə, 600 (altı yüz) manat dəbbə, cəmi 2522 manat, 16.04.2018-ci il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 182 (bir yüz səksən iki) manat dəbbə pulu, cəmi 778 manat, 24.04.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********18081 olan “iPhone X” markalı telefon üçün 3052 (üç min əlli iki) manat ödənilməmiş hissə, 939 (doqquz yüz otuz doqquz) manat dəbbə pulu, cəmi 3991 manat, ümumilikdə 7291 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7321 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx“ x3 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x4 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, K00106264 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “Samsung LED” markalı televizoru və “AUX” markalı kondisioneriCavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2018-ci il tarixli, K00113474 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “LG LED” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2018-ci il tarixli, K00120894 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC İMEİ Kodu **********18081 olan “iPhone X” markalı telefonuCavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 fevral 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə 09.04.2018-ci il tarixli müqavilə üzrə 1922 manat ödənilməmiş borcu, 600 manat dəbbə borcu, cəmi 2522 manat, 16.04.2018-ci il tarixli müqavilə üzrə 596 manat ödənilməmiş borcu, 182 manat dəbbə borcu, cəmi 778 manat, 24.04.2018-ci il tarixli müqavilə üzrə 3052 manat ödənilməmiş borcu, 939 manat dəbbə borcu, cəmi 3991 manat olmaqla, ümumilikdə 7291 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 11.10.2018-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında 09.04.2018-ci il, 16.04.2018-ci il və 24.04.2018-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC “Samsung LED” markalı televizoru, “AUX” markalı kondisioneri, “LG LED” markalı televizoru və İMEİ Kodu **********18081 olan “iPhone X” markalı telefonu Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-yə 09.04.2018-ci il tarixli müqavilə üzrə 1922 manat ödənilməmiş borcu, 600 manat dəbbə borcu, cəmi 2522 manat, 16.04.2018-ci il tarixli müqavilə üzrə 596 manat ödənilməmiş borcu, 182 manat dəbbə borcu, cəmi 778 manat, 24.04.2018-ci il tarixli müqavilə üzrə 3052 manat ödənilməmiş borcu, 939 manat dəbbə borcu, cəmi 3991 manat olmaqla, ümumilikdə 7291 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 09.04.2018-ci il tarixli müqavilə üzrə 200 manat məbləğində, 16.04.2018-ci il tarixli müqavilə üzrə 60 manat məbləğində, 24.04.2018-ci il tarixli müqavilə üzrə 300 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 aprel 2018-ci il tarixli, K00106264 saylı müqavilə üzrə 1922 (bir min doqquz yüz iyirmi iki) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2122 (iki min yüz iyirmi iki) manat, 16 aprel 2018-ci il tarixli, K00113474 saylı müqavilə üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat dəbbə pulu, cəmi 656 (altı yüz əlli altı) manat, 24 aprel 2018-ci il tarixli, K00120894 saylı müqavilə üzrə 3052 (üç min əlli iki) manat ödənilməmiş məbləğ, 300 (üç yüz) manat dəbbə pulu, cəmi 3352 (üç min üç yüz əlli iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 6160 (altı min yüz altmış) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» x3 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 09 aprel 2018-ci il tarixli, K00106264 saylı müqavilə üzrə 1922 (bir min doqquz yüz iyirmi iki) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2122 (iki min yüz iyirmi iki) manat, 16 aprel 2018-ci il tarixli, K00113474 saylı müqavilə üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat dəbbə pulu, cəmi 656 (altı yüz əlli altı) manat, 24 aprel 2018-ci il tarixli, K00120894 saylı müqavilə üzrə 3052 (üç min əlli iki) manat ödənilməmiş məbləğ, 300 (üç yüz) manat dəbbə pulu, cəmi 3352 (üç min üç yüz əlli iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 6160 (altı min yüz altmış) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» x3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar