Məhkəmə qərarları › İş №2(006)-2480/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2480/2023

27.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2480/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı 25 fevral 1997-ci il təvəllüdlü X6 3-cü qrup əlildir. Ona eşitmənin neyronsensor tipli iki tətəfli xroniki koxlear nevrit neyronsensor ağır eşitmə İV dərəcə nitqin pozulması, sinir sistemində digər pozğunluqları, xroniki kalkulyoz xolesistit, vegetativ damar distoniyası, miopiya, OU-2, 0D diaqnozu qoyulmuşdur. O xəstəliyi ilə əlaqədar öz hərəkətlərini mənasını başa düşmür, eşitmə qabilliyyətini itirmişdir və eşitmə cihazında istifadədən imtina edir. Daim öz-özünə danışır. Onu tək buraxmaq mümkün deyildir. Daimi nəzarətə ehtiyacı vardır, buna görə ərizəçi məcburdur ki, işləməyərək ona nəzarət edə. O 3-cü qrup əlildir. Buna görə də, müavinət alır. Lakin bu müavinət onun ehtiyaclarını qarşılamaq üçün çox azdır. O fəaliyyət qabiliyyətsiz hesab olunarsa, ərizəçi onun qəyyumu kimi müavinət alaraq onun maddi ehtiyaclarını ödəyə bilər. Göstərilənlərə əsasən 25 fevral 1997-ci il tarixdə anadan olan qızı X2 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi ona qəyyum təyin olunmağına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək 25 fevral 1997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 25 fevral 1997-ci il tarixində Bakı şəhərində anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

b) Mülki işin materialları:

9. Mülki iş materiallarında olan Xətai rayonu VVAQ şöbəsi tərəfindən 01 aprel 1997ci il tarixində verilmiş XX-ЖГ 314294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 fevral 1997-ci ildə Bakı şəhərində doğulmuş, valideynləri X3 ilə Ərizəçidır.

10. Mülki iş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının cavabından müəyyən olunur ki, X5 qoyulmuş diaqnoz: eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli xroniki koxlear nevrit neyrosensor ağır eşitmə İV dərəcə. Nitqin pozulması. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli xroniki koxlear nevrit neyrosensor ağır eşitmə İV dərəcə. Nitqin pzoulması. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. Miopiya. OU-2,0D. Xroniki kaıkulyoz xolesistit.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2023-cü il tarixli, 2326 №-li rəyindən görünür ki, X4 üzvi sayıqlama pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar- Son 5 ildə psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, Respublika Psixiatriya Xəstəxanası PHŞ-də və 2 saylı X1 müalicə olunması, xəstəliyi ilə əlaqədar İİİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, təfəkkürünün ləngliyi paralogik olması, ayrı-ayrı sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. (motivləşdirici hissə). X4 üzvi sayıqlama pozuntusu aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. (yekun hissəsi).

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 25 fevral 1997-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar