Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2485/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1988-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsi, ev 244, 9 saylı mənzildə yaşayır. İddiaçıdan başqa iki qardaşı və onları ailə üzvləri də onunla qonşuluqda yaşayır. xx.xx.2012-ci il tarixdə qeyd olunan ünvana smart tipli G4 markalı 1202AQ**********9 nömrəli qaz sayğacı qoyulmuşdur və bununla bağlı 198756 nömrəli akt da tərtib edilmişdir. Uzun müddət həmin sayğac problemsiz olaraq işləmişdir. xx.xx.2023-cü il tarixdə sayğaca baxarkən texniki nasazlıq olduğunu hiss etmişdir. Bu səbəbdən də qaz idarəsinin əməkdaşına zəng edərək bu barədə məlumat vermişdir. Onlar da sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gələrək akt tərtib etmişlər və həmin sayğacın istismar müddətinin bitdiyini bildirmişlər. Buna görə də həmin sayğac əməkdaşlar tərəfindən çıxarılaraq əvəzinə Zenner smart tipli G4 markalı, **********441 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac yaşadığı mənzilin bayır hissəsində yerləşir. Həmin sayğaca uyğun olaraq da kart təqdim edilmişdir. İddiaçı həmin kartı aktivləşdirmək üçün Asan kommunala yaxınlaşdıqda oradakı əməkdaş iddiaçının adına 3836,16 manat məbləğində borc olduğunu qeyd etmişlir. İddiaçı isə həmin borcdan xəbərsiz olduğunu bildirmişdi. Orada iddiaçıya məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ona heç bir məlumat verilmədən sayğaca baxış keçirilmiş və əsassız və qanunsuz olaraq akt tərtib edilmişdir. Hətta qeyd olunan aktda onun guya həmin aktı imzalamaqdan imtina etdiyi barədə də qeydlər edilmişdir. Lakin həmin ünvanda Cavabdehın əməkdaşları tərəfindən gəlinməmişdir. Çəkilən şəkillərin isə kimin tərəfindən çəkilməsi məlum deyildir. Aktda qeyd edilmişdir ki, iddiaçı sayğacdan kənar qanunsuz olaraq itifadə etmişdir və qaz idarəsinin əməkdaşları tərəfindən qeyd olunan nöqsan aradan qaldırılmış və xətt qaynaq olunaraq bağlanmışdır. Lakin bu açıq-aşkar yalandır və qaz idarəsinin əməkdaşlarının ona qarşı qurulmuş oyunudur. Qeyd olunan vaxtda onlar orada hər hansı baxış aparıb hər hansı nöqsan aşkar etmiş olsaylı orada yaşayan şəxslərin də bu barədə məlumatı olmuş olardı. Hətta qaynaq aparıldığı da qeyd olunur. Bu cür səs-küyün orada yaşayan heç bir şəxs tərəfindən eşidilməməsi və ya görülməməsi isə mümkün deyildir. Akta əlavə olunmuş şəkillərdən isə dəqiq nəsə görmək mümkün deyildir. Bu şəkillərin iddiaçıya ümumiyyətlə heç bir aidiyyəti yoxdur. O, qeyd olunan məsələ ilə bağlı Nəsimi rayonu üzrə qaz idarəsinə getmiş və orada qaz idarəsinin rəisi qarşılayaraq heç bir köməklik edə bilməyəcəyini, bunun üçün yalnız məhkəməyə müraciət etməli olduğunu demişdir. Bu səbəbdən də hazırda onun adına yazılmış qanunsuz və əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı tərəfindən hər ay sart kart vasitəsilə ödəniş edilməklə təbii qazdan istifadə edilmişdir. Təbii ki, kartla ödəniş olunduğu üçün də hesabda olan vəsait bitdikdə avtomatik olaraq təbii qazın verilməsi də dayandırılır. Belə olan halda onun təbii qazdan kartsız istifadə etməsi mümkün də dəyildir və onun tərəfindən sayğacdan kənar da istifadə olunmamışdır. Göstərilənlərə əsasən Cavabdeh Bakı X4 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 3836,16 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən İddiaçı **********00290 saylı abnə hesabından silinməsi barədə qətnamə çıxararılması xahiş edilmişdir.
3. Öz növbəsində iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Nəsimi rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə bax keçirilərkən Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 244, mənzil 29 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyld olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3836,16 manat məbləğində Cavabdeh İB-yə maddm zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 5 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 3831,16 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3831,16 manat məbləğində zərərin və 58,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3889,48 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153. VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək onun təmin edilməsinə, qarşlıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı həmçinin izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə 1988-ci ildən ünvan 1 ünvanında yaşayır. xx.xx.2012-ci il tarixdə həmin ünvana sayğac quraşdırılmış və uzun müddət problemsiz işləmişdir. Lakin 2023-cü ildə o, sayğacda problem olduğunu hiss etmiş və cavabdehin əməkdaşlarına bu barədə məlumat vermişdir. Onlar tərəfindən xx.xx.2023-cü il tarixdə həmin sayğaca baxış keçirilmiş və sayğacın istismar müddəti bitdiyi bildirilərək, onu yeni sayğacla əvəz etmişlər. Sonradan ona məlum olmuşdur ki, onun adına 3836,16 manat borc vardır. Belə ki, əldə etdiyi məlumata əsasən xx.xx.2022-ci il tarixdə guya sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan əsassız olaraq akt tərtib edilmişdir. Hətta həmin akt tərtib edilərkən guya onun iştirakı təmin olunmuş və o, akta imza etməkdən boyun qaçırmışdır. Lakin bu tam əsassızdır. Belə ki, həmin tarixdə ümumiyyətlə o, Bakı şəhəri ərazisində olmamış və işi ilə əlaqədar ezamiyyətdə olmuşdur. Həmin tarixdə heç bir baxış keçirilməmiş və ümumiyyətlə cavabdehin nümayəndələri oraya gəlməmişlər. Hətta çəkilmiş şəkillər belə onun sayğacına aid deyildir. Cavabdeh tərəf iddia edir ki, o, sayğaca qanunsuz müdaxilə etmişdir. Bu tam əsassızdır. Belə ki, tərəfindən sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Hər ay qazdan istifadə üçün ödənişlərini vaxtlı-vaxtında etmişdir. Göstərilənlərə əsasən iddiaçı ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X2 ilkin iddia ərizəsini qəbul etməyərək, qarşlıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Nəsimi rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə bax keçirilərkən Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 244, mənzil 29 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyld olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3836,16 manat məbləğində Cavabdeh İB-yə maddm zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 5 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 3831,16 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia tələbini tam şəkildə müdafiə edərək, onun təmin edilməsini, ilkin iddia ərizəsini qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2012-ci il tarixli 198756 nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz sayğacı əvəzlənmişdir.
8. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacın ekranı sönmə halı olduğu üçün əvəzlənmişdir.
9. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir.
10. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında fərdi evdə «Qazdan istifadə qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 19872 kub metr əlavə sərfiyyat hesablanmışdır.
11. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi üçün qaynaqla kəsilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir.
12. İş materiallarında olan abonent İddiaçı (kod **********00290) abonent saldosundan görünür ki, ona 2022-ci ilin dekabr ayında 3836,16 manat əlavə borc hesablanmışdır.
13. İş materiallarında olan «Azneft» İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı «Azneft» İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində dəniz şəraitində qaldırıcının maşinisti peşəsində çalışır və İdarənin təsdiq edilmiş iş vaxtının uçotu tabelinə əsasən işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmuşdur.
14. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, İddiaçı adına olan qaz smart karta xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 20 manat daxil edilmişdir.
15. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş Gasper hesabdan çıxarışından görünür ki, abonent İddiaçı tərəfindən qazdan istifadə ilə əlaqədar 2021-ci ildə - 55 manat, 2022-ci ildə - 70 manat (yanvar ayı üçün – 5 manat, fevral ayı üçün – 5 manat, mart ayı üçün – 10 manat, aprel ayı üçün – 5 manat, may ayı üçün – 5 manat, iyun ayı üçün 5 manat, iyul ayın üçün – 5 manat, oktyabr ayı üçün – 5 manat, noyabr ayı üçün – 5 manat, dekabr ayı üçün – 20 manat, 2023-cü ilin 3 ay ərzində - 1450 manat (yanvar ayı üçün – 20 manat, fevral ayı üçün – 20 manat, may ayı üçün – 29 manat) ödəniş həyata keçirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı evə aid olan qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə edilməsi aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən müvafiq qərarla İddiaçı 3836,16 manat cərimə borcu hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğaca baxış keçirilmiş və sayğacın ekranı sönməsi və işləməməsi ilə əlaqədar sayğacı əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamasını iddia edərək xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 3836,16 manat cərimə borcun silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı 3831,16 manat pulun və 58,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin ödənilməsini xahiş etmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə ilk öncə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
19. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır.
20. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir.
21. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavəyə əsasən qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.1-ci maddəsində isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsi müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
24. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi ilkin iddia üzrə cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla ilkin iddia üzrə iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.
25. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var.
27. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir.
28. Beləliklə akt əsasında ilkin iddia üzrə iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 3836,16 manat borc ilkin iddia üzrə iddiaçının abunə hesabından silinməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən ilkin iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, ilkin iddia üzrə cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 58,36 (əlli səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul tutulmalıdır.
31. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
34. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
36. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
37. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir.
38. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus mənzildə hər ay baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər.
39. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
40. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər.
41. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər.
42. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay qarşılıqlı iddia üzrə cavabdehin sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 360 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 360 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır.
43. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd edir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir.
44. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir.
45. Belə olan halda xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir.
46. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı abonə saldosuna əsasən onun aylıq ödənişləri 10-20 manat aralığı təşkil etdiyindən akt üzrə aylıq sərfiyyat nəzərə alnmaqla ağlabatan məbləğ olaraq 20 manat pul hesablanmalıdır.
47. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddiaya məhkəmə münasibət bildirərkən Cavabdeh hüquqdan siu-istifadə nəticəsində hazırki mbüahisəli akt üzrə hesablanmış cərimə məbləği silinmiş, lakin qarşılıqlı iddia verilərkən isə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun olaraq isə akt məhkəmə qaydasında mübahisələndirildiyindən qarşılıqlı iddia ərizəsi bu halda qismən əsaslı hesab edilməlidir.
48. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, vurulmuş ziyana görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 20 (iyirmi) manat məbləğində pul tutulmalıdır.
49. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi 20 manat (iddia tələbinn təxminən 10%) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun dəyəri olan 58,32 manatın 55,42 (əlli beş manat, qırx iki qəpik) manatı (95%) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə, 2,90 (iki manat, doxsan qəpik) manatı (5%) isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir.
51. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə İddiaçı barəsində Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 244 saylı evin 9 saylı mənzilə dair Cavabdeh Bakı X4 Departamentinin xx.xx.2022-ci il tarixli ******* saylı aktı əsasında həmin tarixdə qəbul edilmiş qərarına əsasən ilkin iddia üzrə iddiaçının abunə hesabına (**********00290) yazılmış 3836,16 (üç min səkkiz yüz otuz altı manat, on altı qəpik) manat cərimə borcu silinməli, ilkin iddia üzrə Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 58,36 (əlli səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul tutulmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar xx.xx.2022-ci il tarixli ******* saylı aktı əsasında dəymiş ziyanın əvəzi kimi 20 (iyirmi) manat və 2,90 (iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 32,90 (otuz iki manat, doxsan qəpik) manat məbləğində pul alınaraq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair ilkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə İddiaçı barəsində Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsində yerləşən 244 saylı evin 9 saylı mənzilə dair Cavabdeh Bakı X4 Departamentinin xx.xx.2022-ci il tarixli ******* saylı aktı əsasında həmin tarixdə qəbul edilmiş qərarına əsasən ilkin iddia üzrə iddiaçının abunə hesabına (**********00290) yazılmış 3836,16 (üç min səkkiz yüz otuz altı manat, on altı qəpik) manat cərimə borcu silinsin. İlkin iddia üzrə Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 58,36 (əlli səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar xx.xx.2022-ci il tarixli ******* saylı aktı əsasında dəymiş ziyanın əvəzi kimi 20 (iyirmi) manat və 2,90 (iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 32,90 (otuz iki manat, doxsan qəpik) manat məbləğində pul alınaraq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov