Məhkəmə qərarları › İş №2(006)-2494/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2494/2022

20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2494/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.14 ha torpaq sahəsinə dair 12 yanvar 2004- cü il tarixli JN-187A, KOD 40700016 nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mərhum əri X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X7 xx.xx.2019-cu il tarixdə ölmüş və o, onun vərəsəsi kimi tanınmışdır. İsmayıllı rayonu Aqrar İstehsalat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №li qərarı ilə X3 adına sahəsi 0.14 ha olan torpağa dair 12 yanvar 2004-cü tarixli JN-187A KOD 40700016 №-li “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəıadətnamə” verilmişdir, lakin şəhadətnamədə texniki səhv olaraq onun soyadı “Adıgözəlov” deyil, “Abdulayev" kimi yazılmışdır. Sözügedən torpaq sahəsinə və üzərində tikilmiş yaşayış sahəsinə dair ərinin adına verilmiş 2004-cü İl tarixli 94 nömrəli texniki pasportda və 11 iyun 2004-cü il tarixli 94 nömrəli qeydiyyat vəsiqəsində onun soyadı "Adıgözəlov” kimi yazılmışdır. Eyni zamanda mərhum əri X4 məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnamədə onun soyadı "Adıgözəlov" kimi yazılmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli 82 nömrəlii arayışda göstərilmişdir ki, mərhum X3 adına verilmiş JK-İ87A KOD 40700016 nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı texniki səhv olaraq "Abdulayev " kimi yazılmışdır. Həqiqətdə "X7” kimi yazılması doğrudur. X9 adlı şəxs Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin ərazisində nə əvvəllər, nə də indi yaşamayıbdır. Mərhum əri X3 adına verilmiş sahəsi 0,14 ha olan torpağa dair JN-İ87A KOD 40700016 №-li “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki soyad uyğunsuzluğuna görə o İsmayıllı rayonu Basqal qəsəbəsində 0.14 ha həyətyanı torpaq sahəsini vərəsəlik qaydasında mülkiyyətinə keçirə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. MPM-nin 305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyindən, hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Belə ki, Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı ərizədən görünür ki, Ərizəçi mərhum əri X7 xx.xx.2019-cu il tarixdə ölmüş və onun vərəsəsi kimi tanınmışdır. İsmayıllı rayonu Aqrar İstehsalat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №li qərarı ilə X3 adına sahəsi 0.14 ha olan torpağa dair 12 yanvar 2004-cü il tarixli JN-187A KOD 40700016 №-li “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Lakin şəhadətnamədə texniki səhv olaraq onun soyadı “Adıgözəlov” deyil, “Abdulayev” kimi yazılmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli 82 №li arayışda göstərilmişdir ki, mərhum X3 adına verilmiş JN-187A KOD 40700016 №-li “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun soyadı texniki səhv olaraq “Abdulayev” kimi yazılmışdır. Həqiqətdə “X7” kimi yazılması doğrudur. Qeyd edilənlərə əsasən, JN-187A KOD 40700016 №-li “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də X1 “Adıgözəlov” kimi qeyd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan X3 adına verilmiş İsmayıllı rayonu Basqal qəsəbəsində 0.14 ha həyətyanı torpaq sahəsinə aid JN-187A kod 40700016 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’nin və fərdi yaşayış evinə aid iyun 2004-cü il tarixli 94 nömrə ilə qeyd edilmiş texniki pasportun nüsxələri 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanılır. xx.xx.2004-cü il tarixli 94 nömrəli qeydiyyat vəsiqəsinin nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan İsmayıllı rayonu Basqal qəsəbəsində 0.14 ha həyətyanı torpaq sahəsinə aid JN-187A kodu 40700016 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” “X9” adlı şəxsin adına tərtib edilmişdir və fərdi yaşayış evinə aid iyun 2004-cü il tarixli 94 nömrə ilə qeyd edilmiş texniki pasport “X7” adlı şəxsin adına tərtib edilmişdir. xx.xx.2004-cü il tarixli 94 nömrəli qeydiyyat vəsiqəsinin nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə verilmiş və JN-187A kod 40700016 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Qeyd olunan sənəd ləğv edilmiş DT və XK-nin İsmayıllı rayon şöbəsi tərəfindən qeydiyyata alınmaqla vətəndaşa təqdim edilmişdir. Qeyd olunan şöbələrdə saxlanılan hüquqmüəyyənedici sənədlər (təhvil verilən sənədlər) hal-hazırda İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin Arxivində saxlanılır. JN-187A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Aqrar-İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X6 0,14 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən 94 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən ümumi sahəsi – 204,5 kv.m, yaşayış sahəsi – 142,4 kv.m olan yeddi otaqlı yaşayış evi İsmayıllı rayonu İHB-nin xx.xx.2000-ci il tarixli, 65 saylı sərəncamı əsasında mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrə ilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 82 saylı arayışdan görünür ki, X3 adına İsmayıllı rayonunun Basqal qəsəbəsində verilmiş JN-187A, KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun soyadı səhv olaraq “Abdulayev” kimi yazılmışdır. Həqiqətdə “X7” kimi yazılması doğrudur. X9 adlı şəxs Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin ərazisində nə əvvəllər, nə də indi yaşamayıb. xx.xx.1971-ci il tarixdə verilmiş АЗ seriyalı, 429002 nömrəli orta təhsil haqqında attestatdan görünür ki, X7 1971-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kənd orta məktəbini bitirmişdir. xx.xx.1979-cu il tarixdə verilmiş EB seriyalı, 019030 nömrəli ali təhsil haqqında diplomdan görünür ki, X7 1973-cü ildə C.M.Kirov adına X15 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1979-cu ildə orada “hüquşunaslıq” ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan SSR, Füzuli rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-ЖЛ seriyalı 464076 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 205 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adıgözəlov, arvada Nəzərəliyeva soyadı verilmişdir. Füzuli RHK tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş BC seriyalı 063214 nömrəli hərbi biletin dublikatının surətindən görünür ki, X7 həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 091-10 nömrəli vəsiqənin surətindən görünür ki, X7 Bakı şəhəri Səbail rayon prokurorudur. Azərbaycan Respublikası Vətəndaşının AZE seryialı, 14538604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1954-cü il tarixində Füzuli rayonunda anadan olmuşdur. 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İİ serialı, 012996 nömrəli ölüm haqqında şəhadətnaməsinin dublikatından görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 849 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi beyindaxili mədəcikdaxilinə qansızma qeyd edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi və onun ailəsi ilə yaxın ailə münasibətləri var. Ərizəçinin mərhum ərini də tanıyırdı. Ərizəçinin mərhum ərinin İsmayıllı rayonu, Basqal kəndində bağ evi həmin torpaq sahəsinin üzərindədir. Lakin torpaq sahəsinin sənədinin tərtibatında səhvliklər var idi. Barəsində şəhadətnamə verilmiş torpaq sahəsi X4 məxsus idi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri ilə həm qohumdular, həm də 2011-ci ildən onun sürücüsü olmuşdur. Mərhumun İsmayıllı rayonu, Basqal kəndində torpağı var idi. Bu torpaq sahəsinin üzərindəki bağ evində o, 2-3 dəfə olmuşdur. Həmin torpaq sahəsinin üzərində X4 məxsus tikili var idi. Barəsində şəhadətnamə verilmiş torpaq sahəsinin X4 məxsus olmasını hamı bilirdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş çoxsaylı sənədlərdə ərizəçinin mərhum ərinin adının “X7” kimi qeyd edildiyi halda, JN-187A kodu 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “X9” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi bir sıra sənədləşmə işlərində çətinlik çəkmişdir. Ərizəçinin hüquqmüəyyənedici sənədləri verən təşkilata müraciət etməsinə baxmayaraq (ləğv edilmiş DT və XK-nin İsmayıllı rayon şöbəsinin əvəzinə İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə), ona “X9”nun “X7” ilə eyni şəxs olmasına dair sənəddə səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin mərhum ərinin adı ilə (X7) JN-187A kodu 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş “X9” adı düz gəlmədiyindən, ərizəçi isə “X9” ilə “X7”nun eyni şəxs olmasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-187A saylı 40700016 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X4 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən X6 verilmiş xx.xx.2004-cü il tarixli JN-187A saylı 40700016 kod nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin xx.xx.1954-cü il təvəllüdlü X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar