Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2503/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakda məcburi pay” tələbinə dair iddiası; İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakda məcburi pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası 29 noyabr 2022-ci il tarixə, saat 16:30-a təyin olunmuş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Həmin vaxtda tərəflər məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyindən, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakda məcburi pay” tələbinə dair iddiası; İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakda məcburi pay” tələbinə dair iddiası; İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2503/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2503/2022
29.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver