Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2561/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi və dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrin etibarsız hesab edilməsi və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə tələb düzgün qoyulmadığından Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Ona görə də iddia tələbində dəyişiklik etməklə, yəni yeni iddia tələbi ilə yenidən məhkəməyə müraciət edir. İddia ərizəsi üzrə tələbim- “Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələrindən ibarətdir. İddia ərizəsinə aşağıda adları qeyd olunan sübutları əlavə edir: “İşəgötürən” Cavabdeh MMC-nin “İşçinin işdən kənar edilməsi” barədəki xx.xx.2023-cü il tarixli, K-05/23 saylı əmrin surəti. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında”kı qərarın surəti. ’’İşəgötürən” Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədəki” xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrin surəti. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-175/2-R34123/2023 saylı məktubu.Mediasiya Xidmətinin Arayışı. Əmək kitabçasının surəti. AR ƏƏSM Nazirliyi yanında X12Xidməti Bakı Şəhər İdarəsinin məktubu. AR ƏƏSM Nazirliyi yanında X12 Xidməti Hüquq darəsinin Nəsimi rayon Məhkəməsinə ünvanladığı 08.01,2024-cü il tarixli, 3-17- 5 2-264/2024 saylı məktub və İnzibati Xəta haqqındakı MN ******* nömrəli Protokolu. "Cavabdehn xx.xx.2023cü il tarixli, KX-69-23 saylı əmrin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələri tələbi üzrə iddia ərizəsi ilə bağlı bildirir ki, xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-yə məlumat toplusu üzrə operator vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “İşəgötürən”ə maddi ziyan vurulması barədə akt tərtib edilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işdən kənar edilməsi barədə Cavabdeh MMC-nin 17 may 2023cü il tarixli, K-05/23 saylı əmri verilmişdir. İşdən kənarlaşdırma müddətində isə əmək haqqı ödənilməmişdir. "İşəgötürən” xx.xx.2023- cü il tarixli, KX-69-23 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“, (ARƏM-nin 72-ci maddəsinin “c”) yəni işçinin “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması” bəndinə əsasən onunla bağlanılmış 18 nart 2019-cu il tarixli əmək müqaviləsi ləğv edilmişdir. "İşəgötürən” Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, K-05/23 saylı əmri ilə işdən kənarlaşdırılmağını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmri ilə onunla bağlanılan əmək müqaviləsinin ləğv edilməsi tam qanunsuz və əsassızdır. Onların qanunsuz və əsassız olmasını aşağıda qeyd edilənlərlə sübut edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 62-ci maddəsinin “c” bəndində yazılır ki, “iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təqsirləndirilən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə” işçi müvafiq iş vaxtı ərzində işdən kənarlaşdırıla bilər. Yəni, belə kənarlaşdırma üçün həmin əməllərin araşdırılmasına səlahiyyəti olan orqanın hökmən qərarı olmalıdır. Belə qərar isə yoxdur. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh MMC-nin xx.xx.2023- cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa "İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələri tələbi təmin edilməlidir. Cavabdeh MMC-nin auditoru X13 xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək tanıdığıı şəxslər tərəfindən “Şirkət”ə 12000 manat məbləğində maddi ziyan vurulması barədə məlumat vermişdir. O, eyni zamanda Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək “Şirkəf’ə məxsus Lənkəran nümayəndəliyində yoxlamalar apararkən uyğunsuzluqlar aşkar etdiyinə görə DİN-nin “102” xidmətinə zəng edərək məlumat verdiyini, həmin məsələlərin araşdırılmasında onlara köməklik edilməsini xahiş etmişdir. X2 ŞRPŞ-nin Təhqiqat bölməsində izahat verərkən satış təmsilçiləri Telman Nağızadə, Ceyhun Əzizov və operator İddiaçı tərəfindən 12000 manat deyil, 15700 manat məbləğində ziyan vurulmasını bildirmişdir.Yəni konkret olaraq iddiaçının “Şirkətə” nə qədər miqdarda ziyan vurmasını tam göstərə və sübut edə bilməmişdir. Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli Cavabdeh MMCnin auditoru X13 tərəfindən təqdim edilmiş ərizə və həmin ərizə əsasında toplanmış materiallar üzrə yuxarıda adları qeyd olunan şəxslər tərəfindən hər hansı bir cinayət əməlinə yol verilmədiyi üçün 14 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasım rədd etmişdir. Deməli aparılan təhqiqat üzrə işçi tərəfindən maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. Ona görə də Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqqhesabın yenidən hesablanması və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələri tələbi təmin edilməlidir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və müvafiq olaraq həmin Məcəllənin 72-ci maddəsinin “c“ bəndi ilə o vaxt işçi ilə bağlanılan əmək müqaviləsi ləğv edilə bilər ki, işçinin ya təqsirli hərəkəti və ya da hərəkətsizliyi olsun. Yəni, konkret olaraq vurulan ziyanın məbləği sübutlar və dəlillərlə dəqiq müəyyən edilməlidir. Lakin “İşəgötürən” Cavabdeh MMC-nin "əmək müqaviləsinin ləğv edilməsi barədə”ki xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrin surətindən işçinin təqsirli hərəkəti və ya hərəkətsizliyinin nədə ifadə olunması öz əksini tapmamışdır. “Vəzifə Təlimatı”na əsasən “məlumat toplusu üzrə operator” vəzifəmə satışların analizi və iadə olunan malların təhvil alınması işi daxildir. Yəni, satış təmsilçiləri tərəfindən götürülən sifarişlərin siyahısı ona təqdim edilir, onlar iddiaçı tərəfindən kompyuter bazasına otuzdurulur, həmin bazadan anbar işçiləri sifarişləri götürür və istehlak mallarını satışa hazırlayır. Satış təmsilçisi həmin malları alıcılara təqdim edir və yığılan pul vəsaiti ona daxil olur. Daxil olmuş pul vəsaiti kassaya qoyulur və “Şirkət”in göstərişi olduğu vaxtlarda yığılan pulları Bank vasitəsi ilə onlara ödüyürdü. Yoxlamaçının araşdırması nəticəsində həqiqətən də malların satış qiyməti ilə satılmadıqda və ya istehlak müddəti bitdikdə geri qayıtdlqda geri qəbul edilən qiymətdə fərqlər yaranırdı. Belə bir nəticənin olmasında onun və ya başqa birisinin heç bir təqsiri yoxdur. Bunun isə izahı belədir: Birincisi, satılmayan və qayıdan mal ona deyil, anbara daxil olur və onun siyahısı anbardan ona təqdim edilir və o da onu bazaya daxil edir. İkincisi, qayıdan mal Cavabdeh MMC üzrə kompyuterdə quraşdırılmış “1C Proqramı” vasitəsi ilə avtomotik idarə olunur və onların qayıdış qiyməti avtomatik qaydada təyin edilir.Yəni qayıdan malların qiymətinin təyin edilməsi bilavasitə Cavabdeh MMC-nin rəhbərliyinin səlahiyyətinə aid olan bir məsələdir. Malların qayıdış qiymətlərinin təyin edilməsi üzrə istək hər hansı bir işçi tərəfindən həyata keçirilə bilməz. Çünki quraşdırılmış “1C Proqram”ında dəyişiklik edilməsi yalnız və yalnız rəhbərliyə aid olan bir məsələ olmaqla onun və ya başqa birisinin səlahiyyətindən kənardadır. Yuxarıda göstərilənlərdən məlum olur ki, güzəştli satılan malın qiyməti ilə qayıdan malın qiymətinin təyin edilməsində onun heç bir rolu və səlahiyyəti yoxdur. İstəsə də, “1C Proqram”ında heç bir dəyişilik edə bilmir. Ona görə də Cavabdeh MMC-yə hər hansı bir miqdarda ziyan vurulmasında onun heç bir təqsiri və rolu yoxdur. Təqsir olmadıqda və sübut olmadıqda məsuliyyət də yoxdur. Məsuliyyət olmadıqda cəza da ola bilməz. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləmin ləğv edilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrində belə bir əsaslı məlumat yazılmamışdır. Bu səbəbdən Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələri tələbi təmin edilməlidir. Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilməsi istiqamətində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə AR ƏƏSM Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsində baxılmış və ərizəsi xx.xx.2023-cü il tarixli, 3-175/2-R- 34123/2023 saylı məktubla cavablandırılmışdır. Cavab məktubunun 2-ci abzasında aşağıdakılar qeyd edilmişdir:- 'Müraciətinizlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi-1) tərəflərindən 3-17-5/2-22794/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmişdir. Cavab məktubunun 3-cü abzasında yazılanlardan məlum olmuşdur ki, müəssisəyə maddi ziyan vurulması “İşəgötürən” tərəfindən xx.xx.2023-cü il tarixdə edildiyindən həmin tarixdə akt tərtib edilmişdir. Əmək müqaviləsinə isə xx.xx.2023-ci il tarixdə xitam verilməsi məlum olmuşdur. Cavab məktubunun 4-cü abzasında qeyd edilmişdir ki, AR ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulduğundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 92.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Cavab məktubun 5-ci abzasında qeyd edildiyi kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavab məktubunun 6-cı abzasında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 3-17-5 2-31905/2023 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMCnin rəhbərliyinə son haqq-hesabın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsini və 30 gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-69-23 nömrəli əmri ləğv edərək törədilmiş qanun pozğunluğunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X12 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. X12 Xidmətinin Bakı şəhər İdarəsinin yuxarıda tarixi və nömrəsi qeyd edilmiş məktubu ilə sübut olunur ki, qanunsuz işdən çıxarılması ilə yanaşı həm də iddiaçının son haqq-hesabları da düzgün verilməmişdir. 4-cü bənd üzrə qeyd olunanlardan da başa düşülür ki, Cavabdeh MMC onunıla bağlanılmış əmək müqaviləsini qanunsuz və əsassız olaraq ləğv etmişdir. Çünki təqdim etdiyi və toplanılan sənədlər üzrə onun bir işçi olaraq Cavabdeh MMC-yə hər hansı bir ziyan vurmağı sübut olunmamışdır. Ona görə də Cavabdehn xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haq-hesabın yenidən hesablanması və başqa 'İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın dənilmələri tələbi təmin edilməlidir. İddia tələbindən açıq-aydın başa düşülür ki, cavabdeh tərəfindən ona maddi ziyan vurulmuş və o da həmin maddi ziyanın tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu hal üzrə iddia müddətinin tətbiqi Əmək Məcəlləsinin 296.4-cü maddəsi üzrə həyata keçirilməlidir. Çünki iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Mübahisənin qanun müstəvisi üzərində həll edilməsi və əmək qanunvericiliyinin pozulması faktının bərpa edilməsi istiqamətində işəgötürən Cavabdeh MMC-nin rəhbərliyinə qeydiyyat ünvanı üzrə, yəni ünvan 3in mediasiya sessiyasında iştirak etmək üçün “bildiriş” göndərilmişdir. Lakin cavabdeh həmin sessiyada iştirak etməmişdir. Ona görə də İlkin Mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xidmətinə pul köçürülmüşdür. İddiaçının qanunsuz və əsassız olaraq işdən azad edilməsinə görə X12 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqındakı qərar qəbul edilmiş və həmin qərarla Cavabdeh MMC-nin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh MMC-in xx.xx.2023- cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməli tələbləri məhkəmə tərəfindən təmin edilə bilər. Göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən ləğv edilməsi barədəki Cavabdeh xx.xx.2023-cü il tarixli, KX-69-23 saylı əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilmələri tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Sonradan Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası iddia müddəti ötürməklə verildiyi üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi və dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, iddiaçı iddianı iddia müddətini ötürməklə verdiyi üçün iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının etibarnamə nümayəndəsi X1 Hamilə adi əmək kitabçasını təhvil almışdır. Beləliklə, həmin tarixdən iddiaçı əmr və işdən çıxarılması barədə məlumatı olmuşdur. Beləliklə, iddiaçı '‘hüququnun pozulduğunu” aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 7 ay sonra müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər, maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə cavabdeh müəssisədə məlumat toplusu üzrə operator vəzfəsinə qəbul olunmuşdur. 2023-cü ildə isə cavabdeh müəssisə rəhbərliyi ondan davamlı olaraq işdən çıxmağı ilə bağlı ərizə yazmağını tələb etmişdir. O isə bununla razılaşmamışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdə heç bir əsas olmadan onun barəsində işəgötürənə maddi ziyan vurulması ilə bağlı akt tərtib edilmişdir. Həmçinin, bununla bağlı polisdə araşdırma aparılmış və müraciət tam əsassız olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cəmi 2 gün sonra isə barəsində işdən məcburi uzaqlaşdırma ilə bağlı əmr verilmişdir. Hansı ki, belə bir əmrin verilməsi üçün səlahiyyətli orqanın bu faktı təsdiq edən müvafiq qərarı olmalıdır. Lakin belə bir qərar mövcu dolmamışdır. Nəticə etibarı ilə o, hər gün işə gəlməyinə baxmayaraq xx.xx.2023xx.xx.2023-cü il tarixləri aralığında öz əmək haqqından məhrum olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək işdən çıxarılmağı barədə əmr verilmişdir. Hesab edir ki, hər iki əmr tam əsassızdır və sırf qərəzli xarakter daşıyır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin başqa bir hakiminin icraatında da hazırki mülki işə baxılmış, lakin orada tərəfindən yanlışlığa yol verilərək əmrin etibarsız hesab edilməsi tələbi qoyulduğundan iddia tələbi rədd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, başqa işəgötürən ilə müqavilə bağlaya bilməməyi ilə əlaqədar ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia tələbinə etibarsızlıqla bağlı iddia tələbi ilə bir yerdə baxılmışdır. Hər iki əmri qanunsuz hesab etməyinə əsas odur ki, cavabdeh tərəf heç bir əsas gətirməyib və bunu sübut edə bilməyib. Bundan əlavə iddiaçı 14 iyun 2024-cü il tarixli iclas zamanı izahatında ona ödənilməyən əmək haqqının işdən kənar edilmə ilə bağlı olduğunu qeyd etmişdir. 6.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 7.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh işəgötürən Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq, məlumat toplusu üzrə operator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən işəgötürənə maddi ziyan vurulması barədə akt tərtib edilmiş və iddiaçı xx.xx.2023-cü il tarixli əmr ilə həmin tarixdən xx.xx.2023-cü il tarixə kimi işdən kənar edilmişdir. Daha sonra işəgötürənin xx.xx.2023-cü il tarixli KX-69-23 saylı əmri ilə iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, işəgötürənin xx.xx.2023-cü il tarixli KX-69-23 saylı əmrinin etibarsız hesab edilməsi və başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilmədiyi üçün dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddia tələbi Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(006)-710/2024 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, işəgötürənin sözügedən əmrinin ləğv edilməsi, qanunsuz işdən çıxarılması zamanı düzgün ödənilməyən son haqq-hesabın (işdən kənar edilmə ilə bağlı) yenidən hesablanması və başqa “işəgötürənlə” müqavilə bağlaya bilmədiyi müddət üçün ona dəymiş ziyanın ödənilməsi tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 17 may 2023-cü il tarixli, K- 05/23 nömrəli Əmrdən görünür ki, Cavabdehndə operator vəzifəsində işləyən İddiaçı cəmiyyətə ziyan vurması ilə bağlı faktın araşdırılması 24 may 2023-cü il tarixinə qədər işdən kənar edilməsi, əmrin icrasının İnsan resursları üzrə menecer X6 həvalə edilməsi nəzərdə tutulmuş, Əsas kimi xx.xx.2023-cü il tarixli təqdimat aktı göstərilmişdir. 11.Mülki işin materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilən 14 may 2023-cü il tarixli ”cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti maraqlı tərəflərə göndərilməklə, həmin qərardan prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüquqlarının olması hər birinə izah edilmiş, qərarın surəti X11 göndərilməklə ona izah edilmişdir ki, işlədiyi İndend MMC-yə maddi ziyan vurulması ilə əlaqədar ziyan məbləğinin ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 12.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 25 iyun 2023-cü il tarixli, KX-69-23 nömrəli Əmrdən görünür ki, Cavabdeh ilə operator vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (AR ƏM-nin 72-ci maddəsinin “c” bəndi-təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xx.xx.2023-cü il tarixindən ləğv edilmiş, İddiaçı ilə son haqq hesab aparılması Maliyyə departamentinə həvalə edilmişdir. 13.Mülki işin materiallarında olan AR ƏƏSMN X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan 07 sentyabr 2023-c il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar “İntend" MMC-nin ünvanına (AZ1060, ünvan 54/2023 nömrəli 21 06.2023-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Bildirilir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən müəssisəyə tərəfindən maddi ziyan vurulması barədə xx.xx.2023-cü il tarixində akt tərtib edildiyi, məsələ ilə bağlı araşdırma davam etdiyi müddətdə 17.05 2023-cü il tarixindən 24.06 2023-cü il tarixinədək işdən kənar edildiyi, kənarlaşdırılma müddətində əmək haqqının ödənilmədiyi və onunla "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək trksıyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu ttəcəilənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulduğundan "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixlli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilir ki 25 08 2023-cü il tarixli 3-17- 5/2-31905/2023 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMC-nin rəhbərliyinə son haqqhesabın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsini və 30 (otuz) gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-69-23 nömrəli əmri ləğv edərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. 14.Mülki işin materiallarında olan AR ƏƏSMN X12 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X12 Xidmətinin Bakı Şəhər İdarəsində müvafiq qaydada araşdırılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozulduğundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətləri təqdim edilmişdir. 15.Mülki işin materiallarında olan 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı qanunsuz olaraq işdən kənar edilmiş və kənar edilmə müddətində əmək haqqı ödənilmədiyinə görə nəticədə X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 16.Mülki işin materiallarında olan Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01910 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir (Mediator:K.Rəcəbova). 17.Mülki işin materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, Cavabdeh MMC-də xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə məlumat toplusu üzrə direktor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən xitam verilmişdir. 18.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-710/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 19.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən məhkəmə çıxışından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddiası 3 tələbi özündə birləşdirir: 1.xx.xx.2023-cü il tarixli KX-69-23 saylı əmrin ləğv edilməsi, 2.Qanunsuz işdən çıxarılma zamanı düzgün ödənilməyən son haqq-hesabın yenidən hesablanması və 3.Başqa “İşəgötürən”lə müqavilə bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi. 1-ci tələbə dair bildirilir ki, iddiaçı iddianı iddia müddətini ötürməklə verdiyi üçün iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 Hamilə adi əmək kitabçasını təhvil almışdır. Beləliklə, həmin tarixdən iddiaçı əmr və işdən çıxarılması barədə məlumatı olmuşdur. Beləliklə, iddiaçı “hüququnun pozulduğunu” aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 9 ay sonra (xx.xx.2024) müraciət etməklə iddia müddətini ötürmüşdür. 2-ci tələbə dair hesab edilir ki, iddia tələbinin bu hissəsi də tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək müvafiq əmrlər əsasında işdən kənarlaşdırılmışdır. İddiaçıya son haqq-hesab hesablanan zaman qanuna müvafiq olaraq il tarixədək işlədiyi günlər üçün müvafiq olaraq əmək haqqı hesablanaraq ona ödənilmişdir. İddiaçı bu faktı xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı özü də təsdiq etmişdir. İddiaçının qalan günlər üçün (17.05.23-24.06.23 tarix aralığı) ona əmək haqqı hesablanmasını tələb etməsi isə qanunsuzdur. Belə ki, AR Əmək Məcəlləsinin 65.3-cü bəndinə əsasən, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İddiaçı hazırkı iddia tələbində işdən kənarlaşdırılması barədə müvafiq əmrləri mübahisələndirməmişdir. İddiaçının işdən kənarlaşdırılması barədə müvafiq əmrlər bugünkü gündə qanuni olaraq qüvvədə olduğundan onun son haqq-hesabının düzgün hesablanmaması iddiası da avtomatik olaraq əsassız olur. Əlavə olaraq, iddiaçı işdən kənarlaşdırılması barədə müvafiq əmrlərlə tanış olmuş, bu barədə həm X7 müraciət etdiyi zaman, həm də Nəsimi Rayon Məhkəməsində “əmrin etibarsızlığı” barədə iddia qaldırdığı zaman (xx.xx.2023), həm də hazırkı iddia zamanı müvafiq istinadlar etmişdir. AR Əmək Məcəlləsinin 65.5-ci tandinə əsasən, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 3-cü tələbə dair qeyd edilən tələbin isə əsaslı olması üçün ilk növbədə xx.xx.2023-cü il tarixli KX-69-23 saylı əmrin ləğv edilməli, ikincisi isə iddiaçı həqiqətən də başqa “İşəgötürən”İə müqavilə bağlaya bilməməsi iddiasını fakt olaraq (hansı iş yerlərinə müraciət edib, həmin iş yerlərindən imtina cavabı alıb) sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh "İntend” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, son haqqhesabın yenidən hesablanaraq ödənilməsi və dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli KX-69-23 saylı əmrinin ləğv edilməsi tələbinə münasibət bildirilməlidir. 21.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 22.Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 23.Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b”, “c” və “e” bəndlərinə və 2-ci hissəsinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 24.Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 25.Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 26.Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 27.Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 28.Əmək Məcəlləsinin 296-cı maddəsinn 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 29.Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 30.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 31.Bu halda məhkəmə qeyd edir ki, cavabdehə iddiaçı tərəfindən hər hansı maddi ziyanın dəyməsi ilə bağlı sübutlar iş materillarında öz əksini tapmamışdır. Bunun əksinə olaraq mülki işin materillarına əlavə edilmiş 14 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardadda iddiaçının cavabdehə maddi ziyan vurması halı müəyyən edilməmişdir. Daha sonra X12 Xidmətindən də cavabdehə müvafiq əmrin ləğv edilməsi tələbi qoyulmuşdur. BU isə onu deməyə bir daha əsas verir ki, bu halda cavabdehin iddiaçı ilə bağlamış olduğu əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur. 32.Lakin mülki iş materiallarına nəzər saldıqda görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını təhvil aldıqdan sonra ilkin olaraq 2023-cü il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən, iddia ərizəsində sözügedən əmrin ləğv tələbini yox, əmrin etibarsızlığını tələbini qoymuş, həmin xüsusat üzrə məhkəmə tərəfindən iddiaçıya iddia tələblərinin dəqiqləşdirilməməsinin hüquqi nəticələri izah edilməsinə baxmayaraq, iddiaçı iddia tələblərini dəqiqləşdirməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbləri daxilində işə baxmış və iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı kifayət qədər uzun müddət sonra məhkəməyə əmrin ləğv edilməsi tələbi ilə bağlı müraciət etmişdir. 33.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi əmək mübahisələrindən biri hesab edilir. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 35.İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. 36.Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia müddətini ötürməsi səbəbindən iddia müddətinin tətbiq edilməsini və iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarından da görünür ki, iddiaçı əmək mübahisəsinin başladığı tarixdən, yəni əmək kitabçasını aldığı xx.xx.2023-cü il tarixdən kifayət qədər uzun müddət sonra, yəni ilkin olaraq mediasiya orqanına vaxtında müraciət etsədə hazırki tələblə xx.xx.2024-cü il tarixində müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı olduğundan həmin tələb üzrə iddia təmin edilməməlidir. 37.İddiaçının haqq-hesabın düzgün hesablanıb ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xüsusat üzrə son haqq-hesabın hesablanması üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilsə də, cavabdeh əmək müqaviləsinin kserosurətini, bank hesabından çıxarışları və digər təsdiqedici sənədləri təqdim etmədiyindən ekpert rəy verilməsindən imtina etmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan hər bir halda təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında son haqq-hesabın düzgün tərtib edilmədiyini işdən kənar edildiyi müddət üçün əmək haqqı hesablanmaması ilə əlaqələndirmiş, işdən kənar edilməsi haqqında əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti (bundan sonra ƏƏSMN DƏMX) tərəfindən əsassız hesab edilməsi ilə bağlı qərar qəbul edildiyini bildirmiş, bununla da hüquqlarının pozulduğunu iddia etmişdir. Lakin, iş materiallarında həmin qərarın ləğv edilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd aşkar edilməmişdir. Mülki işin materiallarında olan ƏƏSMN DƏMX-nin Bakı şəhər idarəsinin 07 sentyabr 2023-cü il tarixli məktubunda həmin əmrin ləğv edilməsi ilə bağlı işəgötürənə göstəriş verildiyi qeyd edilsə də, həmin əmr işəgötürən tərəfindən ləğv edilməmiş, həmin qərarın ləğv edilməsi ilə bağlı da məhkəməyə şikayət verilməmişdir. Habelə, Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndinə əsasən isə işçinin işdən kənar edildiyi vaxt ərzində ona əmək haqqı ödənilməməsi qeyd edilmişdir. 38.Odur ki, qeyd edilənlərə əsasən, işəgötürənin 17 may 2023-cü il tarixli K-05/23 saylı əmri qüvvədə olduğundan iddia bu hissədə də təmin edilməməlidir. 39.İddiaçının qanunsuz işdən çıxarılması səbəbindən başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilmədiyi müddət üçün dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xüsusat üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13..02.2024-cü il tarixli 2(006)- 710/2024 saylı qətnaməsi) həmin hissədə icraata qərardadla xitam verilmişdir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 42.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 45.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi " tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2561/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2561/2024
14.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver