Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2562/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin X2 və onun vəkili X3 Maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində göstərilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasını maraqlı şəxs qismində göstərilməklə “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 15.02.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını və bu qətnamənin icra olunmasının Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası 15.02.1947-ci il təvəllüdlü X6 uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəxanalarda müalicə almışdır. Lakin müalicə almasına baxmayaraq X1 mümkün olmamışdır. Əksinə səhhəti daha da pisləşib və X6 öz hərəkətlərinə rəhbərlik edə bilmir. Göstərilən səbəblərə görə X4 onun qızı Ərizəçi qulluq edir. Odur ki, 15.02.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin X6 ərizəni qəbul etməyib, özünün hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyini, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olduğunu bildirdi. Ərizənin əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin X2 vəkili X7 ərizəni qəbul etməyib, iş üzrə keçirilmiş ekspertiza rəyinin əsaslı olmasını nəzərə alıb ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin və maraqlı şəxsin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki işin materiallarında olan AZ-İİİ seriyalı 527463 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15.02.1947-ci il tarixəd Gəncə şəhərində doğulmuş, atası qrafasında X16, anası qrafasında X12 qeyd edilmişdir. Mülki işin materiallarında olan AЗ seriyalı 288856 №-li evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov (Mamedov) Məhərrəm (Maгеррам) Həsən (Гасан) oğlu ilə Əsgərova (Аскерова) İntizar (Интизар) Müseyib (Мусеиб) qızı arasında 28.12.1972-ci il tarixdə bağlamış nikah 364 № ilə qeydə alınmış, Əsgərova (Аскерова) İntizar (Интизар) nikahdan sonra Məmmədova (Mamedova) soyadını qəbul etmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 03183207 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 15.02.1947-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 397121 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X10, anası qrafasında X6 qeyd edilmişdir. Mülki işin materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 07.06.2021-ci il tarixli 1215 saylı rəyindən görünür ki, X6 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda keçirilmiş insultdan sonrakı yüngül koqnitiv zəifləmə müəyyən edilir. X6 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də X6 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 15.02.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 07.06.2021-ci il tarixli 1215 saylı rəyində X6 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olması, buna görə də X6 fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi qeyd edilmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, müvafiq ekspert rəyinə əsasən X6 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olması, buna görə də X6 fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi müəyyən edildiyindən, Ərizəçi 15.02.1947-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2562/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2562/2021
01.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver