Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2568/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə cavabdeh tərəfindən hesablnmış 1451.3 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 1. Hər iki tərəf bəyan edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2568/2023 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan mübahisəyə barışıq ilə son qoyulmasını elan edirlər.2. İddiaçı və Cavabdeh razılaşırlar ki, mübahisə predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evə quraşdırılmış sayğaca baxış keçirərək Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli NDM No030210 nömrəli akt üzrə hesablanmış 1387 (bir min üç yüz səksən yeddi) manat cərimə üzrə öz aralarında məhkəmədənkənar qaydada müzakirə edərək cərimə məbləğinin 400 (dord yüz) manata endirilməsi qərarına gələrək həmin məbləğ İddiaçı tərəfindən ödənilməklə qalıq məbləği (987 manat) tələb etməkdən Cavabdeh imtina edir. İddiaçı isə həmin 400 (dörd yüz) manatı barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduğu gündən 14 (on dörd) gün müddətində ödəməyi öhdəsinə götürür.3. İddiaçı xx.xx.2022-ci il tarixli NDM Ne030210 nömrəli akt üzrə hesablanmış məbləğ ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacağı öhdəliyini götürür.4. Bu Saziş məhkəmədə təsdiq olunduğu gündən Cavabdeh İddiaçıdan 400 (dörd yüz) manat istisna olmaqla xx.xx.2022-ci il tarixli NDM No030210 nömrəli akt üzrə qalan 987 (doqquz yüz səksən yeddi) manat məbləği silir və həmin akt üzrə hər hansı bir məbləği (ödənilməmiş 400 manat istisna olmaqla) tələb etməmək barədə öhdəlik götürür.5. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər.6. Bu saziş hər iki tərəfdə 1 (bir) nüsxə saxlanılmaqla və 1(bir) nüsxə məhkəməyə təqdim edilməsi üçün 3 (üç) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilibdir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtləri:
1. Hər iki tərəf bəyan edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2568/2023 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan mübahisəyə barışıq ilə son qoyulmasını elan edirlər.
2. İddiaçı və Cavabdeh razılaşırlar ki, mübahisə predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən evə quraşdırılmış sayğaca baxış keçirərək Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli NDM No030210 nömrəli akt üzrə hesablanmış 1387 (bir min üç yüz səksən yeddi) manat cərimə üzrə öz aralarında məhkəmədənkənar qaydada müzakirə edərək cərimə məbləğinin 400 (dord yüz) manata endirilməsi qərarına gələrək həmin məbləğ İddiaçı tərəfindən ödənilməklə qalıq məbləği (987 manat) tələb etməkdən Cavabdeh imtina edir. İddiaçı isə həmin 400 (dörd yüz) manatı barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduğu gündən 14 (on dörd) gün müddətində ödəməyi öhdəsinə götürür.
3. İddiaçı xx.xx.2022-ci il tarixli NDM Ne030210 nömrəli akt üzrə hesablanmış məbləğ ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacağı öhdəliyini götürür.
4. Bu Saziş məhkəmədə təsdiq olunduğu gündən Cavabdeh İddiaçıdan 400 (dörd yüz) manat istisna olmaqla xx.xx.2022-ci il tarixli NDM No030210 nömrəli akt üzrə qalan 987 (doqquz yüz səksən yeddi) manat məbləği silir və həmin akt üzrə hər hansı bir məbləği (ödənilməmiş 400 manat istisna olmaqla) tələb etməmək barədə öhdəlik götürür.
5. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər.
6. Bu saziş hər iki tərəfdə 1 (bir) nüsxə saxlanılmaqla və 1(bir) nüsxə məhkəməyə təqdim edilməsi üçün 3 (üç) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilibdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Nail Abbasov