Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2581/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı abonent hesabına işlənmiş 603 manat 03 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən İddiaçı məxsus **********00074 nömrəli abonent koduna hesablanmış 603 manat 03 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" ASC Abşeron RETSİ ilə İddiaçı arasında bağlanmış 591026 №-li ‘'enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləsinə əsasən Şirkət istehlakçının elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə, Şirkət tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdələrinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4148/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 540.63 manat borc və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehə iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə 2015-ci il tarixdə 603,08 manat borc hesablanmışdır. Məhz iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 540,68 manat borc məbləği də həmin dövrdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləği ilə əlaqədardır. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, 2015-ci ildə yaranmış 603,08 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində iddiaçı tərəfindən tələb edilmədiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq edilməli, iddiaçının cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 540,63 manat borcun tutulması barədə iddiası təmin edilməməlidir. Qanuni qüvvəyə minmiş qətnaməsi ilə öhdəliyə xitam verilsə də, bu borc hələ də silinməmişdir. Borcun silinməsinin başqa forması olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə ilasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirdi ki, həmin evdə yaşayış olmamışdır. Bilmir ki, bu qədər borc məbləği necə yığılmışdı. Evə yeni köçüblər. Evdə kondisioner, ariston yoxdur. 1 paltaryuyan maşın və soyuducu mövcuddur. Onları da 3 ildir ki, alıb. Sayğacı işləməyib. Uşağı 1-ci sinifdə oxuyur deyə 2019-cu ildən gəlib şəhərdə yaşayıblar. Ora da yayda gedəndə, evə baxanda nə işıq işlənibsə, onun pulunu vermişdir. İşıq idarəsinə 4 dəfə ərizə yazmışdır ki, sayğacı işləmir. Sonra isə akt tərtib olundu. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı özü təsdiq edir, onlar 2020 və 2021-ci illərdə orada yaşayıblar. 2021 və 2022-ci illərdə sərfiyyat yoxdur. Məhkəmə qətnaməsi var, 540 manat borca dair iddia qaldırılmış, lakin təmin olunmamışdır. O 540 manatı tələb edə bilməzlər, lakin borc silinmədi, borc qaldı. Bugünki gün abonentdə 700 manat 74 qəpik borc var. 275 manat elektrik enerjisi sərf olunub, lakin 110 manat ödənilib. Abonent tam istifadə olunan elektrik enerjisinin məbləğini ödəmir. 2023-cü ilin noyabr ayında akt tərtib olunub. Sayğac elektrik sərfiyyatını hesablamayıb. Ona görə də 1 aylıq əlavə elektrik sərfiyyatı hesablanıb, o da 130 manat 17 qəpik edir. 603 manatın 540 manatı ödəmənin əsasıdır. 130 manat üzərinə gələndə 670 manat edir. Hesab edir ki, həmin borc abonent tərəfindən ödənilməlidir. Odur ki, iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********00074 saylı abonent İddiaçı 700,75 manat borc yazılmışdır. Bağlanan aktlar qrafasında xx.xx.2024-cü ildə 130,17 (9+16+105.17) manat borcun olması qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4148/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 035606 saylı aktına əsasən EEİQ-na müəyyən olaraq baxış keçirən zaman məlum oldu ki, elektrik sayğacı işləmir sayğac dövlətdən keçən yükü qeyd etmir. Ölçmə zamanı xəttən azan yük tərəfindən ölçülmüşdür. "xxxx" ASC-nin abonent hərəkət cədvəlinə əsasən İddiaçı 2025-ci il üçün 700.75 manat borcu vardır. "xxxx" ASC-nin akt komissiyası tərəfindən «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı xx.xx.2024-cü il tarixli sənədinə əsasən, **********00074 saylı abonent hesabı üzrə xx.xx.2023-cü il tarixli 035606 saylı akta əsasən 130,17 manat borc yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xırdalan şəhəri, At yalı, ev 110, mənzil 74 ünvanına dair İddiaçı verilmiş abunə koduna "xxxx" ASC tərəfindən 700,75 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borcun 540.63 manat hissəsi bundan qabaq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş e-2(001)-4148/2023 saylı mülki iş üzrə "xxxx" ASC-nin İddiaçı tələb etdiyi borc məbləğidir, hansı ki, həmin mülki iş üzrə məhkəmənin xx.xx.2023cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borcun tutulması barədə iddia tələbi rədd edilmişdir. Belə olan halda qətnamə ilə tutulmasına yol verilməyən borc məbləğinin iddiaçının hesabında qalması əsassız olmaqla, hüquqlarının pozulmasına səbəb olur. Ona görə də həmin hissədə (540.63 manat) borcun silinməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Abonent saldosunda öz əksini tapmış xx.xx.2023-cü il tarixli NDM 035606 nömrəli akta görə 130.17 manat borca münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəf 2023-cü ildə tərtib olunmuş akta görə iddiaçıya 130.17 manat borc hesablanmasını bildirsə də, həmin borcun göstərilən akta görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, həmin müvafiq videogörüntünün və aktın tərtib olunmasına iştirak edən şahidlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Beləliklə, həmin sözügedən akt əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, akt əsasında İddiaçı məxsus abunə koduna 130.17 manat borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə eyni zamanda müvafiq akt üzrə borc hesablanan gündən (xx.xx.2024-cü il tarixdən) hazıradək iddiaçı tərəfindən müəyyən ödənişlərin edildiyini və həmin ödənişlərin yarı hissəsinin hesablanmış borc üzrə çıxılmasını (abonent saldosuna əsasən ümumilikdə 133 manat ödəniş edilmiş, 66.5 manat borca silinmişdir) nəzərə alır və iddianın iddia tələbi həddində (603.03 manat) təmin edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 603.03 manat məbləğində borc **********00074 nömrəli abunə hesabından silinməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Xırdalan şəhəri, At yalı, ev 110, mənzil 74 ünvanına dair (**********00074 Abunə kodu) hesablanmış 603.03 (altı yüz üç manat, üç qəpik) manat borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 manat (otuz) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2581/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2581/2025
12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver