Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2585/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət ederək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-591 kod 30126018 olan şəhadətnamənin mərhum əri X3 məxsus olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlü X7 ilə xx.xx.1979-cu il tarixdə rəsmi olaraq nikah bağlayaraq ailə qurmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qusar rayonu, Yasab kənd ərazisində 0,04 hektar torpaq sahəsi Qusar rayon Aqrar islahat Kommisiyasının xx.xx.1998-ci il tarixli 11/10 saylı qərarı ilə mərhum həyat yoldaşına verilmişdir. Lakin həmin qərarda yanlışlıq olaraq mərhum həyat yoldaşının adı soyadı səhvən X1 qeyd olunmuşdur. O, həyat yoldaşının vərəsəsi kimi həmin torpağa çıxarış almaq üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etsə də Qusar rayon Aqrar islahat Kommisiyasının xx.xx.1998-ci il tarixli 11/10 saylı qərarda mərhum həyat yoldaşının adı soyadı səhv yazıldığından ona çıxarış vermirlər və həmin sənədin mərhum həyat yoldaşına məxsus olmasın sübut eləməyi barədə sənəd istəyirlər. Bildirir ki, Qusar rayon iHB-nın müavini X13, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinin müdiri X8 və Qusar rayon Kənd icra X15 akt tərtib edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-591 kod 30126018 olan şəhadətnamədə səhv olaraq X9 yazıldığını qeyd etmişlər. Komissiya təsdiq etmişdir ki, həqiqətən mərhum həyat yoldaşının doğru adı X4r. Lakin bu akta əsasən ona çıxarış vermirlər ki, məhkəmədə bu öz təsdiqin tapmalıdır. Hətta onun bununla bağlı şahidlərim də vardır və məhkəmə iclasında iştirakı təmin ediləcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 07396591 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1957-ci ildə Rusiya Federasiyasında anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 001 dekabr 2015-ci il tarixdə verilmiş № AZ-İ 076596 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 arasında 22 iyun 1979-cu il tarixdə nikah bağlanmış və 352 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-591 kod 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X11 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 272503 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 448 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Yasab kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 248 saylı arayışdan görünür ki, Bakı şəhər sakini, X2 adına verilmiş JN-591 kod 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən onun adı Günəş Abulfət oğlu kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Qusar rayon iHB-nın müavini X13, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinin müdiri X8 və Qusar rayon Kənd icra X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-591 kod 30126018 olan şəhadətnamədə səhv olaraq X9 yazıldığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin, Yeni Azərbaycan Partiyasının Üzvlük vəsiqəsinin və Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin sürətlərindən görünür ki, həmin sənədlərdə şəxsin adı X16 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən (№**********) görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-591, kod 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1957-ci il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-591, kod 30126018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1957-ci il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2585/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2585/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver