Məhkəmə qərarları › İş №2(006)-2587/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2587/2021

07.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2587/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə X9 arasında imzalanmış 15 may 2007-ci il tarixli ipoteka müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 30.08.2017-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə qarşı Cavabdeh İddiaçı 24.000 (iyirmi dörd min) manat borc verilməsi qeyd edilmişdir, halbuki işin halları aşağıdakı qaydadır: Cavabdeh özü də borc tələbinə dair digər məhkəmədə verdiyi izahatlarda da qeyd etmişdir ki, İddiaçı X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən hazırladıqları plana əsasən Fərid Eldarov öz hərəkətləri və söhbətləri ilə onu aaldadaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilər İdarəsinə rəis vəzifəsinə işə qəbul olunmasında köməklik edəcəyinə dair yalan vəd verib ondan birinci dəfə 2014-cü il oktyabr ayının sonlarında ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın inzibati binasının qarşısında 20.000 manat, ikinci dəfə eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektindəyijrləşän metronun yanında Qara Qarayev stansiyası»nm çıxışında 4000 manat, üçüncü dəfə bir neçə gün sonra eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən metronun «Qara Qarayev stansiyası»nın çıxışında 4000 manat, dördüncü dəfə isə 2014-cü il noyabr ayının sonlarında eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə ünvan 2 ünvanın qarşısında 1500 manat pul alaraq ümumilikdə 29500 manat məbləğində külli miqdarda ziyan vurub ələ keçirdikləri pulu öz aralarında bölməklə dələduzluq etmişdir. Bundan başqa, X4 ilə X3 əlbir olaraq yüksək vəzifəli tanışlarının vasitəsilə işə qəbul etdirəcəyinə dair yalan vəd verib X5 1500 manat, Ramil Abdullayevdən 13000 manat, Natiq Eyyubovadn 10.000 manat. Fərid Həsənovadan 2500 manat, Şahid Ömərovadan 13000 manat, Aysel Rzayevadan 5000 manat alaraq onlara külli miqdarda ziyan vuraraq dələdüzlüq etmişdir. Nəticədə iddiaçının oğlu X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmişdir. X2 cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən İddiaçı bir sıra zərərçəkmişlərə dəymiş ziyanı ödəmişdir ki, oğlunu azadlığa buraxsınlar. Lakin ona dəyən ziyan ödənilmədiyindən İddiaçı ona təkilif etmişdir ki, dəymiş ziyanı ödəmək üçün hazırda vəsaiti yoxdur. Oğlunun azadlığa buraxılması üçün onun məhkəmədə dəymiş ziyanın ödənilməsi barədə iltizam verməsi lazımdır. Lakin dəymiş ziyanın ödənilməsinə dair məhkəmədə iltizam və izahat verməyin müqavilində onunla borc müqaviləsi bağlayaraq gələcəkdə dəymiş ziyanı ödəyər, bu şərtlə ki, məhkəmədə oğlu azad edilsin. O bu təkliflə razılaşaraq İddiaçı ilə sözügedən müqaviləni notariusda bağlamışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müadfiyə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30.08.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 24.000 (iyirmi dörd min) manat borc vermişdir. İş materiallarında olan Baki şəhəri Sabunçu Reayon Məhkəməsinin qətynaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı 24000 manat puıun alınaraq onun xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xüsusi qərardadından görünür ki, 2(008)-3937/2018 nömrəli mülki iş üzrə cvabdeh İddiaçı və onun oğlu X2 əməllərində CM-nin 178-ci maddəsində (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakının ələ keçirilməsi) nəzərdə tutulan cinayət əməllərinin əlamətlərinin olub-olmamsının araşdırılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyə həyata keçirən Bakı şəhər prokurorluğuna xəbər verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli 2(103)-1119/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3937/2018 saylı iş üzrə qəbul etdiyi 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı 22000 manat puıun alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 30.08.2017-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə qarşı Cavabdeh İddiaçı 24.000 (iyirmi dörd min) manat borc verilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış kredit müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar