Məhkəmə qərarları › İş №2(006)-2588/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2588/2022

12.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2588/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçılar İddiaçı1 və X13 və onların vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh X14 nümayəndəsi Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və X13 cavabdehlər X17, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X31 Cavabdeh1 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz 1/3 (üçdə bir) hissəsinə (16,6 faiz) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya daşınmaz əmlakın reyestr xidmətindən müvafiq çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X51 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İddiaçılar atalarının X44 ilə ilk nikahlarından olan övladlarıdır. X23 iddiaçıların anası ilə arasında olan nikah pozulduqdan sonra o, xx.xx.1996-cı il tarixində cavabdeh Hüseynova (Mustafayeva) Səmayə Elxan qızı ilə nikaha daxil olmuşdur. Ataları vəfat etdiyi tarixdə onun cavabdehlə nikaha daxil olduqdan sonra birgə nikah dövründə əldə etdiyi əmlaklar aşağıdakılar olmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13 ünvanında yerləşən 1 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus olmuşdur; 2. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzilə mülkiyyət hüququ MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus olmuşdur. Həmin əmlak da birgə nikah dövründə əldə edilmişdir. Göstərilən mənzillərin 50 % pay hissəsi iddiaçıların atası X32 məxsus olmuşdur. X51 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Həmin mənzil iddiaçıların ögey bacısı X14 mülkiyyətindədir. Belə ki, həmin mənzili ona ataları X3 bağışlamışdır. İddiaçılar atalarının vəfatından sonra ərazi üzrə 14 saylı Notariat Ofisinə vərəsəliyin açılması ilə bağlı müraciət etmişlər. Ataları sağlığında ögey bacılarına mənzil hədiyyə edib onun payını ayırdığından iddiaçılar hesab edir ki, ona vərəsəlikdən pay düşmür. Bundan başqa, X4 Sabirin vəfatından sonra notariusa vərəsəliyin açılması ilə bağlı qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində müraciət etməmişdir. O, atalarının sağlığında ərə gedərək köçüb getmişdir. Göstərilən səbəblərə görə hesab edirlər ki, hər mənzildəki 50 faiz paya üç varis var: iddiaçılar Ağayeva (Hüseynova) Gülşən Sabir qızı, X31 və cavabdeh Hüseynova (Mustafayeva) Səmayə Elxan qızı. Qeyd edildiyi kimi, həmin daşınmaz əmlaklar cavabdehin adınadır. Bu səbəbdən hal-hazırda vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edirlər. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsini əsassız hesab etdiyindən rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum X51 ilə xx.xx.1996-cı il tarixində nikaha qeydiyyatından keçməklə ailə qurmuşdur. Ailə qurduqları gündən X76 cavabehə məxsus S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də onunla birlikdə yaşamışdır. Həmin mənzil cavabdehə uzun müddət işlədiyi Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Hüseynov Sabir həmin ünvanda qeydiyyatda olmamışdır. Ev 1 otaqdan, 16.0 m2-dən ibarət olmuşdur. Cavabdeh xx.xx.2005-ci il tarixində evi öz adına özəlləşdirmişdir. İddiaçıların atası həmin ünvanda qeydiyyatda olmadığından onun həmin evə heç bir hüququ olmamışdır. Cavabdeh evi özəlləşdirərkən, yəni xx.xx.2005-ci il tarixində X51 yazdığı ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 özünə məxsus olan 1 yaşayış otağının satılmasına etiraz etməmişdir. Əslində onun ərizəsinin lazım olmadığını bildirərək, həmin 1 otaqlı mənzili birgə nikah dövründə əldə etmədiyini qeyd etmişdir. Mərhum orada qeydiyyatda olmamışdır. 2008-ci il tarixində həmin mənzil cavabdehdən şirkət tərəfindən alınmış və əvəzinə cavabdehə 2 otaqdan ibarət Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13-də 1 saylı mənzil və 2 otaqdan ibarət Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də 18 saylı mənzil verilmişdir. Hər iki mənzil 2 otaqdan ibarətdir və cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, yəni həmin mənzil cavabdehə məxsus xüsusi mülkiyyət olan birotaqlı mənzilin əvəzində verilmişdir və birgə nikah dövrünə aid olmamışdır. Həmin mənzillərin alınmasında iddiaçıların atası X23 maddi dəstəyi olmamışdır. Hər iki mənzil cavabdehə məxsusdur, ona məxsus mənzilin satılması nəticəsində əldə edilmişdir. Buna görə də vərəsəliyin predmeti ola bilməz. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və X24 vəkili-nümayəndəsi Nümayəndə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə yanaşı, X18, Bakı şəhəri 14 saylı Notariat Ofisini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini də cavabdehlər qismində göstərərək,

1. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın və aparılmış qeydiyyatın;

2. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın və aparılmış qeydiyyatın ləğv edilməsi;

3. X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə iddiaçı X24 vəkili-nümayəndəsi Nümayəndə müddətin buraxılmamış hesab olunması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, X1 pisləşdiyindən atası vəfat etdikdən sonra bacısı ilə birlikdə notariusa gedə bilməmişdir. O, onkoloji xəstə olduğundan kimyaterapiya müalicəsi almışdır. Səhhəti ilə əlaqədar vərəsəliklə bağlı o, yalnız bir neçə ay sonra notariat ofisinə gedə bilmişdir. Nəticədə 3 aylıq müddət keçəndən sonra, lakin 6 aylıq müddət bitməmiş iddiaçı Ağayeva Gülcahan notariat ofisində vərəsəliyin açılması üçün müraciət etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən iddiaçıların vərəsəliyi qəbul etməsi həmin notariat ofisinin xx.xx.2022-ci il tarixli 913 saylı məktubu ilə təsdiq edilmişdir. Göstərilənlər, həmçinin, 14 saylı Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1229 saylı məktubundakı qoşmalar ilə də təsdiq olunur. Qeyd olunanlara əsasən, vərəsəliyin qəbul edilməsi üçün müddətin buraxılmamış hesab edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan, 19 iyul 2022-ci il tarixdə iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iddia tələblərinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edərək,

1. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

2. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

3. X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, 26 sentyabr 2022-ci il tarixdə iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,

1. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

2. Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

3. X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X13 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılmasına dair sonuncu ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X31 iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılmasına dair sonuncu ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılmasına dair sonuncu ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər cavabdeh X14 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi, həmçinin, maliyyə arayışını xüsusilə vurğulayaraq, Cavabdeh1 15.000 manat məbləğində beh verilməsini, lakin buna dair sübutlarının olmadığını da əlavə etdi. Eyni zamanda, bildirdi ki, ataları sağlığında iddiaçılara ev bağışlayıb, onlar hazırda həmin evdə yaşayırlar. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, müddətin buraxılmamış hesab edilməsinə dair ərizəni, iddia tələblərinin həcminin artırılmasına dair ərizələri və iddia ərizəsinə etirazı iş materialları ilə birgə araşdırıb, iddiaçının, iddiaçıların nümayəndələrinin və cavabdehin nümayəndəsinin izahatını, vəkillərin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı X24 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş müddətin buraxılmamış hesab olunması barədə ərizəyə münasibət bildirilməsinə zərurət qalmır. Belə ki, mülki işin materiallarında olan AZ-İİ seriyalı 130308 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1965-ci ildə Astara rayonunda anadan olmuşdur, atası X34r. Mülki işin materiallarında olan X-ЖГ seriyalı 369263 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X52 xx.xx.1967-ci ildə Astara rayonunda anadan olmuşdur, atası X34r. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X30nın Reyestri Xidməti xx.xx.2022-ci il tarixli 05/2-3683/13 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.1996-cı il tarixli 747 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X2 Səmayə Elxan qızı ilə nikaha daxil olmuşdur, evlənəndən sonra qadına Hüseynova soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 168316 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X51 xx.xx.2021-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 246 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 5 ünvanladığı xx.xx.2022-ci il tarixli 913 saylı məktubdan görünür ki, X19 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət daxil olmuşdur. X23 xx.xx.2021-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Hüseynova Səmayə Elxan qızı, Hüseynova Rəsmiyyə Sabir qızı, İddiaçı1 və X13 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzil xx.xx.1996-cı il tarixdə X25 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3MA-425 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X53 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 12 saylı DNK-nın 3M-A-2-204 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 13 saylı DNK-nın 4Ə/2-197 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiqlənmiş 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7, 18 saylı mənzil xx.xx.2002-ci il tarixdə X29 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 14 saylı DNK-nın 4Ə-6-848 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə mənzilin 2 otağı X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 3 saylı DNK-nın 4Ə-02-196 reyestr nömrəli xx.xx.2003cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə mənzilin 2 otağı X36 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 13 saylı DNK-nın 4Ə/2-219 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə mənzilin 2 otağı Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiqlənmiş 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə mənzilin 2 otağı X14 adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən mənzilin 2 otağı X29, 2 otağı X14 mülkiyyətlərindədir. Sözügedən mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 75187 nömrəli Çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ üzrə 2 otaq, y/s – 28.2 kv.m-dən ibarət payda X42, 2 otaq, y/s – 28.4 kv.mdən ibarət payda isə X17 məxsusdur. X14 payı xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 824 nömrəli reyestr kitabının 76818 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X59 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən özünə məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını alıcı Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 68680 (altmış səkkiz min altı yüz səksən) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 390 №-li «Əhmədbəy Ağaoğlu küçəsində yerləşən 7 saylı evin, 18 saylı mənzilin yaşayış sahəsinin və yaşayış otaqlarının sayının dəqiqləşdirilməsi haqqında» Sərəncamından görünür ki, Nərimanov rayon İcra Hakimiyyətinin mənzil məsələləri üzrə ictimai komissiyasının bu iş üzrə xx.xx.2002-ci il tarixli rəyi təsdiq olunmuş, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən 7 saylı evin, 18 saylı mənzilin yaşayış sahəsi 56,6 kv.m. olmaqla 4 otaqlı hesab edilmiş və vətəndaş T.V.Larsina 10 nəfər ailə üzvü ilə (özü, bacısı, 6 bacısı oğlu, 2 bacısı qızı) həmin mənzilin icarədarı hesab olunmuş, vətəndaş T.V.Larsinanın adına olan şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi 37 saylı MKİS-ə tapşırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayonu MKTB 37 saylı MKİS-in xx.xx.2002-ci il tarixli arayışından görünür ki, 2018 şəxsi maliyyə haqqhesabı xx.xx.2002-ci ildə açılmışdır. X58, həqiqətən də, Əhmədbəy Ağaoğlu küçəsindəki 7 №-li 4 mərtəbəli evin 1-ci mərtəbəsində 56,6 kv.m. sahəsi olan 4 otaqlı 18 №-li mənzilində yaşayır. Bina yerli sovetə məxsusdur. Sahibi Larsina T.V-dir, ailəsi 10 nəfərdən ibarətdir və hamısı daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş ərizələrdən görünür ki, X50, X54, X60, X55 Bakı şəhəri Tİ və MHQ İdarəsinə yaşadığı ünvanda olan evin X29 adına özəlləşməsinə razı olmalarına dair ərizə təqdim etmişlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 73418 nömrəli Çıxarışından görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə X17 məxsusdur, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 804 nömrəli reyestr kitabının 75039 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X37 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili alıcı Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 135744 (yüz otuz beş min yeddi yüz qırx dörd) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli 75187 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56,6 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 28,4 kv.m. 2 otaqdan ibarət hissəni hədiyyə alan X14 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2003-cü il tarixli 183393 nömrəli müqavilədən görünür ki, satıcı X45 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7, mənzil 18-də 28,4 kv.m. yaşayış sahəsi olan 2 (iki) otaqdan ibarət yaşayış evini alıcı X11, alıcı X59 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 78400000 (yetmiş səkkiz milyon dörd yüz min) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2002-ci il tarixli 163417 nömrəli müqavilədən görünür ki, satıcı X58 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7, mənzil 18-də ona çatan 4 otaqdan iki otağını alıcı X7, alıcı X45 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 36000000 (otuz altı milyon) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********37 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli 73418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31 kv.m. olan iki otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus tam hissəsini hədiyyə alan X14 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubundan görünür ki, xx.xx.1999-cu il tarixli 004161 nömrəli order əsasında Hüseynova (Mustafayeva) Səmayə Elxan qızına verilmiş Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 181, 7 nömrəli mənzilin özəlləşdirilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışından görünür ki, ünvan 8 xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə X47 məxsusdur, xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 680 nömrəli reyestr kitabının 64151 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 57.43 kv.m. olan mənzili alıcı X38 mülkiyyətinə vermiş, xx.xx.2018-ci ildə "xxxx" ASC tərəfindən verilmiş M/03-5667 saylı məktuba və alıcının razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərtilə əməliyyat aparılmış, alıcı X61 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 30000 (otuz min) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışından görünür ki, ünvan 8 xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsusdur, xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 680 nömrəli reyestr kitabının 64151 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Hüseynova Səmayə Elxan qızı bir otaqlı, 16.0 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 nömrəli mənzili alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermiş, alıcı "xxxx" MMC alınmış daşınmaz əmlakın əvəzində satıcıya 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X39 bir otaqlı, y/s 13.0 kv.m., ü/s 16.5 kv.m. olan ünvan 8 ünvanını alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermiş, alıcı "xxxx" MMC alınmış daşınmaz əmlakın əvəzində satıcıya 179000 (yüz yetmiş doqquz min) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2005-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Hüseynova Səmayə Elxan qızı Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də yerləşən ümumi sahəsi 57,43 kv.m., yaşayış sahəsi 29,0 kv.m. olan iki otaqdan ümumi sahəsi 16,5 kv.m. olan, yaşayış sahəsi 13,0 kv.m-dən ibarət 1 (bir) otağını alıcı X15 mülkiyyətinə vermiş, alıcı X39 alınmış daşınmaz əmlakın əvəzində satıcıya ********* (yüz on yeddi milyon səkkiz yüz qırx min) manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderindən görünür ki, Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 181, mənzil 7 (2 otaq, 29,0 kv.m.) vətəndaş Cavabdeh1 verilib, ailə tərkibi 3 nəfər ilə yaşamaq hüququ var. Ailə tərkibi: 1. Cavabdeh1 – 1956, özü; 2. Hüseynov S.Ə. – 1941, həyat yoldaşı; 3. Hüseynova R.S. – 1994, qızı. Orderin verilməsi üçün əsas Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 738 №-li Sərəncamı olmuşdur. Cavabdeh1 iş yerinin 15 saylı MKİS, vəzifəsinin dalandar olması qeyd edilmiş, mənzil sahəsinə əlavə edilərək xidməti mənzilə daimi order verilməsi imtiyazının olması göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li «S.Rəhimov küçəsi, 181 saylı evdə k/k Saakovun boşalmış mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilməsi və ona daimi verilməsi barədə» Sərəncamından görünür ki, S.Rəhimov küçəsi, 181 saylı evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m. olan 7 saylı mənzili xidməti mənzil siyahısından çıxarılmış, S.Rəhimov küçəsi, 181 saylı evdə keçmiş icarədar Saakovun boşalmış 1 otaqlı yaşayış sahəsi 13,0 kv.m. olan 10 saylı mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilmiş və 2 otaqlı yaşayış sahəsi 29,0 kv.m. olan 7 saylı mənzilə daimi order verilmişdir. Orderə daxil edilmişdir: 1. Cavabdeh1 – özü, 1956-cı il, 2. X51 – həyat yoldaşı, 1941-ci il, 3. X33 – qızı, 1994-cü il. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti MKTB 15 saylı MKİS-in 1169 nömrəli xx.xx.2004cü il tarixli arayışından görünür ki, 6723 şəxsi maliyyə haqq-hesabı xx.xx.2004-cü ildə açılmışdır. Cavabdeh1, həqiqətən də, S.Rəhimov küçəsindəki 181 №-li evin 29 kv.m. sahəsi olan 2 otaqlı mənzilində yaşayır. Bina Y-sovetə məxsusdur. Sahibi Cavabdeh1dır, ailəsi 3 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: 1. Cavabdeh1 – özü, 1956-cı il təvüllüdlü, 1999-cu ildə qeydiyyata alınmışdır; 2. X33 – qızı, 1994-cü il təvüllüdlü, 1999-cu ildə qeydiyyata alınmışdır; 3. X51 – həyat yoldaşı, 1941-ci il təvüllüdlü, 2000-ci ildə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli **********75 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2005-ci il tarixli razılıq ərizəsindən görünür ki, X51 Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyinə dair ərizə təqdim etmişdir. Mülki işin materiallarında olan LPO QSC “Bank Standard” KB-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2008-ci ilə aid mədaxil və məxaric orderləri 2014-cü ildə məhv edilib, LPO QSC “Bank Standard” KB-də qərarda qeyd edilmiş Cavabdeh1 tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə 135744 (bir yüz otuz beş min yeddi yüz qırx dörd) manat vəsaitin ödənilməsini əks etdirən hesabdan çıxarış təqdim edilmişdir. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-197 saylı işdən görünür ki, satıcı X37 ilə alıcı Cavabdeh1 arasında ünvan 7 ünvanı barədə mənzil alqı-satqı müqaviləsi bağlanmışdır. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-197 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X37 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili alıcı Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 135744 (yüz otuz beş min yeddi yüz qırx dörd) manat məbləğində ödəniş etmişdir. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-197 saylı işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 138398 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Kaveroçkin küçəsindəki 13 nömrəli yaşayış evinin 1 nömrəli mənzili X43 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 730 nömrəli reyestr kitabında 109615 nömrəli səhifədə 30 № 9519 qeydə alma nömrəsi ilə xx.xx.1998-ci il tarixində qeydiyyat aparılmışdır. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-197 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli 4 nömrəli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 135744 manat məbləğində pul 13 saylı dövlət notariat kontorunun hesabına mədaxil edilmişdir. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işdən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı "xxxx" MMC arasında ünvan 11 ünvanı barədə alqı-satqı müqaviləsi bağlanmışdır. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Hüseynova Səmayə Elxan qızı bir otaqlı, 16.0 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 nömrəli mənzili alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermiş, alıcı "xxxx" MMC alınmış daşınmaz əmlakın əvəzində satıcıya 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 243489 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 13 evin 29.0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili Cavabdeh1 adına 16,0 m2 payda, digər paylar üzrə 1 y/otaq 13,0 m2 payda, 16,5 m2 üm/sahə X39 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1380 saylı reyestr kitabında 207251 nömrəli səhifədə 30/15603 qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, X39 şərikli mülkiyyətçi Cavabdeh1 məxsus olan ünvan 13 ünvanda yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etməmişdir. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, X51 arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etməmişdir. ünvan 12u tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə2/271 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli 55 nömrəli qəbzdən görünür ki, alqı-satqı müqaviləsi üzrə 128800 manat məbləğində pul 27 saylı dövlət notariat kontorunun hesabına mədaxil edilmişdir. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-219 saylı işdən görünür ki, satıcı X59 ilə alıcı Cavabdeh1 arasında ünvan 14 ünvanı barədə mənzil alqı-satqı müqaviləsi bağlanmışdır. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-219 saylı işin materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X59 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən özünə məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını alıcı Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı Cavabdeh1 alınmış daşınmaz əmlakın əvəzində satıcıya 68680 (altmış səkkiz min altı yüz səksən) manat məbləğində ödəniş etmişdir. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-219 saylı işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 154355 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 saylı evin 56,6 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzili X59 adına 28,4 m2 payda, digər paylar üzrə 2 y/otaq 28,2 m2 payda X58 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1235 saylı reyestr kitabında 185443 nömrəli səhifədə 30/11200 qeydə alma nömrəsi ilə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. ünvan 10 kontoru tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 4Ə/2-219 saylı işin materiallarında olan xx.xx.2008-ci il tarixli 4 nömrəli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 68680 manat məbləğində pul 13 saylı dövlət notariat kontorunun hesabına mədaxil edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1229 saylı cavab məktubundan görünür ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş X19 miras qalmış əmlaklara dair xx.xx.2021-ci il tarixdə V-82 nömrə ilə açılmış vərəsəlik işinin və əlavə olunmuş sənədlərin təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işindən görünür ki, X51 miras qoyan, Cavabdeh1, İddiaçı1, X31 və X33 isə qəbul edənlər olmuşlar. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 X23 vərəsəsi qismində ərizə vermiş, özündən başqa X13 da vərəsə olduğunu bildirmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 X23 vərəsəsi qismində ərizə vermiş, özündən başqa Hüseynova Rəsmiyyə, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu bildirmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X4 Sabir Əlipaşa oğlunun vərəsəsi qismində ərizə vermiş, özündən başqa Cavabdeh1, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu bildirmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X5 Sabir Əlipaşa oğlunun vərəsəsi qismində ərizə vermiş, özündən başqa İddiaçı1 də vərəsə olduğunu bildirmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış V-82 saylı vərəsəlik işinin materiallarında olan “Elektron notariat” X6 vasitəsilə “X30” AQİS-dən Çıxarışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X8 Sabir və Mustafayeva Səmayə tərəfindən övladlığa götürülmüş, bu barədə Nərimanova rayon Qeydiyyat Şöbəsində xx.xx.1997-ci il tarixdə 3AZ-İ seriyalı 275888 saylı şəhadətnamə verilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin ünvan 15 ünvanladığı xx.xx.2022-ci il tarixli 14 saylı cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh1 məxsus S.Rəhimov küçəsi, ev 181, mənzil 7 ünvanında olan mənzil üçün xx.xx.2008-ci ildə 1 saylı Dövlət Notariusu vasitəsilə 170000 (bir yüz yetmiş min) ABŞ dolları xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ № 0159597) əsasında qalan vəsaitin həmin mənzil üçün 128800 (bir yüz iyirmi səkkiz min səkkiz yüz) manat miqdarında pul verilmişdir (1 ABŞ dolları = 0,78 manat). Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə iddiaçılar xx.xx.1965-ci il təvəllüdlü X31 və xx.xx.1967-ci il təvəllüdlü X9 Sabir Əlipaşa oğlunun birinci nikahından olan övladlarıdır. Sonradan, xx.xx.1996-cı il tarixdə X2 Səmayə Elxan qızı (hazırki mülki iş üzrə cavabdehlərdən biri) ilə nikaha daxil olmuşdur, evlənəndən sonra qadına Hüseynova soyadı verilmişdir. Hüseynov Sabir ilə Cavabdeh1 xx.xx.1994-cü il təvəllüdlü X27 (hazırki mülki iş üzrə cavabdehlərdən biri) xx.xx.1997-ci il tarixdə övladlığa götürmüşlər. Məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Cavabdeh1 X51 ilə birgə nikahda olduğu dövrdə 15 saylı MKİS-də “dalandar” vəzifəsində işlədiyinə görə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li «S.Rəhimov küçəsi, 181 saylı evdə k/k Saakovun boşalmış mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilməsi və ona daimi verilməsi barədə» Sərəncamı ilə S.Rəhimov küçəsi, 181 saylı evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m. olan 7 saylı mənzili xidməti mənzil siyahısından çıxarılmış, S.Rəhimov küçəsi, 181 saylı evdə keçmiş icarədar Saakovun boşalmış 1 otaqlı yaşayış sahəsi 13,0 kv.m. olan 10 saylı mənzili vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilmiş və 2 otaqlı yaşayış sahəsi 29,0 kv.m. olan 7 saylı mənzilə daimi order verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə bu fakt təsdiqlənmiş və qeyd edilmişdir ki, Cavabdeh1 sözügedən mənzildə 3 nəfər (özü, həyat yoldaşı, qızı) ilə yaşamaq hüququ var. X51 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, həmin mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, Cavabdeh1 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 243489 nömrəli Qeydiyyat Vəsiqəsini əldə etmiş və vəsiqədən görünür ki, ünvan 13 evin 29.0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili Cavabdeh1 adına 16,0 m2 payda, digər paylar üzrə 1 y/otaq 13,0 m2 payda, 16,5 m2 üm/sahə X39 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1380 saylı reyestr kitabında 207251 nömrəli səhifədə 30/15603 qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Hüseynova Səmayə Elxan qızı xx.xx.2005-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də yerləşən ümumi sahəsi 57,43 kv.m., yaşayış sahəsi 29,0 kv.m. olan iki otaqdan ümumi sahəsi 16,5 kv.m. olan, yaşayış sahəsi 13,0 kv.m-dən ibarət 1 (bir) otağını X21 ********* (yüz on yeddi milyon səkkiz yüz qırx min) manata satmışdır. Bundan sonra Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X12 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili 135744 (yüz otuz beş min yeddi yüz qırx dörd) manata almışdır. Cavabdeh1 həmin mənzili xx.xx.2022-ci il tarixdə 73418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X14 mülkiyyətinə vermiş və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 73418 nömrəli Çıxarışına əsasən, ünvan 7 xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə X17 məxsusdur, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 804 nömrəli reyestr kitabının 75039 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixdə X39 ərizə təqdim edərək, şərikli mülkiyyətçi Cavabdeh1 məxsus olan ünvan 13 ünvanda yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Həmin tarixdə, həmçinin, X51 ərizə təqdim edərək, arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, Hüseynova Səmayə Elxan qızı xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə bir otaqlı, 16.0 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 nömrəli mənzili "xxxx" MMC-yə 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manata satmışdır. Bundan sonra Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X28 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən ona məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını 68680 (altmış səkkiz min altı yüz səksən) manata almışdır. Cavabdeh1 sözügedən əmlakı xx.xx.2022-ci il tarixdə 75187 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X14 mülkiyyətinə vermiş və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 75187 nömrəli Çıxarışına əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ üzrə 2 otaq, y/s – 28.2 kv.m-dən ibarət payda X42, 2 otaq, y/s – 28.4 kv.m-dən ibarət payda isə X17 məxsusdur. X14 payı xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 824 nömrəli reyestr kitabının 76818 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əsasən müəyyən edilir ki, X51 xx.xx.2021-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda V-82 saylı vərəsəlik işi açılmış, X51 iş üzrə miras qoyan, Cavabdeh1, İddiaçı1, X31 və X33 isə iş üzrə vərəsəliyi qəbul edənlər olmuşlar. Belə ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X23 vərəsəsi olduğunu bildirmiş və özündən başqa X13 da vərəsə olduğunu qeyd etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X23 vərəsəsi olduğunu bildirmiş və özündən başqa Hüseynova Rəsmiyyə, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu qeyd etmişdir. Həmin tarixdə X33 da ərizə təqdim edərək, X23 vərəsəsi olduğunu bildirmiş və özündən başqa Cavabdeh1, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu qeyd etmişdir. X31 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X23 vərəsəsi olduğunu bildirmiş və özündən başqa İddiaçı1 də vərəsə olduğunu qeyd etmişdir. Hazırda iddiaçılar İddiaçı1 və X31 1. 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 2. ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, 3. 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 4. ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, 5. X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və 6. hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X13 vərəsəlik hüququnun tanınması, 7. mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət edərək, sözügedən bağışlama müqavilələrinin etibarsızlığını, həmin müqavilələr əsasında verilən hüquq müəyyən edici sənədin, yəni çıxarışın ləğv edilməsini mübahisələndirirlər. Bununla yanaşı, iddiaçılar əmlakların birgə nikah dövründə əldə edildiyindən mərhum atalarına məxsus payda öz vərəsəlik hüquqlarının tanınmasını və müvafiq qaydada qeydə alınmasını xahiş edirlər. Məhkəmə iddia tələbinin “Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, Hüseynova Səmayə Elxan qızı Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2008-ci il tarixdə 68680 (altmış səkkiz min altı yüz səksən) manata almışdır. Burada qeyd edilməlidir ki, sözügedən mənzili Hüseynova Səmayə Elxan qızı məhz xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən bir otaqlı, 16.0 kv.m-dən ibarət olan 7 nömrəli mənzili "xxxx" MMC-yə 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manata satandan sonra, həmin vəsait hesabına almışdır. "xxxx" MMC-yə satılan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 181 ünvanında yerləşən 7 nömrəli mənzil isə Hüseynova Səmayəyə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li Sərəncamı əsasında Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə verilmiş, X51 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla da mərhum könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan arvadının xeyrinə imtina etmişdir. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2008-ci il tarixdə X51 ərizə təqdim edərək, arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Həmin ərizəni məhkəmə mərhum tərəfindən mənzilin arvadına məxsus olmasına dair edilmiş etiraf kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir: Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə yuxarıda qeyd edilən Qərarda göstərilmiş hüquqi nəticələrə əsaslanaraq qeyd edir ki, “Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mübahisəli mənzilin Hüseynova Səmayə Elxan qızına mərhum X51 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə X76 tərəfindən qanunamüvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması aşkardır. Qanunvericiliyə əsasən, mənzilin Hüseynova Səmayə Elxan qızına mərhum X51 ilə birgə nikah dövründə verilməsinə baxmayaraq, əvəzsiz verildiyindən və mərhumun razılığı ilə Hüseynova Səmayənin adına özəlləşdirildiyindən, həmin mənzil onların birgə mülkiyyəti hesab edilmir, dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil də ümumi əmlak hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil Hüseynova Səmayə Elxan qızı ilə mərhum X23 ümumi əmlakı deyildir, cavabdehlər Hüseynova Səmayə Elxan qızı ilə Hüseynova Rəsmiyyə Sabir qızı arasında həmin əmlaka dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi yuxarıda qeyd olunan tələblə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi də əsassızdır, buna görə də iddia bu hissədə də təmin edilməməlidir. Qeyd edilənlərdən əlavə məhkəmə iddia tələbinin “Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli mənzil Hüseynova Səmayə ilə X76in birgə nikah dövründə əldə etdikləri əmlakdır. Həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına alınıb-alınmaması işin mübahisəli halıdır. Lakin burada qeyd edilməlidir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz X76ə məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, Hüseynov Sabir öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Bu da onu düşünməyə əsas verir ki, mərhum həmin əmlakda öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmuşdur. İddiaçılar hesab edir ki, Hüseynova Səmayə Elxan qızı ilə Hüseynova Rəsmiyyə Sabir qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanan zaman onların atası ölmüş olduğundan, mərhumun vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmalı olmuş, lakin alınmamışdır. Halbuki, qeyd edilməlidir ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (Ailə Məcəlləsi: maddə 34.1). Mübahisəli əmlakın iddiaçıların atası ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edilməsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilib-edilməməsini hazırda müəyyənləşdirmək mümkünsüzdür. Çünki hazırki iddia irəli sürülənədək tərəflərdən biri, yəni iddiaçıların atası vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmişdir. Hazırki iş üzrə iddiaçılar mənzil bağışlanarkən ataları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də, bu dəlil əsaslı ola bilməz. Çünki mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə, buna razılıq hüququ əgər sağ olsaydı onların atası tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi, mənzil özgəninkiləşdirilərkən Hüseynov Sabir sağ olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə Hüseynov Sabirin həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin bağlanmasına iddiaçıların razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Hüseynov Sabirin vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.1-ci maddəsinə müvafiq olaraq, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X76 sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmadığından və əgər mənzil ümumi mülkiyyətdə olsaydı belə, hazırda onun ölümü səbəbindən həmin mənzilin birgə mülkiyyət rejiminə xitam verildiyindən, iddiaçıların isə belə bir subyektiv hüquqları olmadığından, iddia tələbi “Hüseynova Səmayə Elxan qızı və Hüseynova Rəsmiyyə Sabir qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi, əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, məhkəmə iş materiallarını yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. İddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və Hüseynova Rəsmiyyə Sabir qızına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi yuxarıda qeyd olunan tələblə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi də əsassızdır, buna görə də iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “X10 məxsus ünvan 7 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X13 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu mənzillərə mülkiyyət hüququna dair diqqətəlayiq hallar məhkəmə tərəfindən yuxarıda araşdırılmış və mənzillərin iddiaçıların iddia etdiyi kimi X10 məxsus olması və ya onun hər bir mənzildə 50 (əlli) faiz payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mübahisəli mənzillərdə atalarına məxsus 50 % payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddia təmin edilmədiyindən məhkəmə tərəfindən iddiaçı X24 vəkili-nümayəndəsi Nümayəndə verdiyi müddətin buraxılmamış hesab olunması barədə ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, iddia tələbinin bağışlama müqavilələrinin etibarsızlığı hissəsinin təmin edilməməsi, avtomatik olaraq iddianın digər hissələrinin də təmin olunmamasını labüd edir. Çünki bağışlama müqavilələrinin etibarsızlığı rədd edildiyindən, iddianın digər hissələrinin də əsaslılığı tam aradan qalxır. Çünki onlar əsas tələbdən doğan törəmə tələblər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X13 cavabdehlər X17, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və X13 cavabdehlər X17, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar