Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-259/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxs X2 iştirakları ilə Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1990-ci il təvəllüdlü X5 Ərizəçi övladıdır. X5 anadan xəstə uşaq kimi doğulmuş və daima həkim nəzarətində müalicələr almışdır. X5 ailə nəzarətindən kənar sərbəst və müstəqil şəkildə yaşaya bilmir və əmək qabiliyyətinə sahib deyildir. 2011-ci ildən Bakı şəhəri 5 saylı şəhər Poliklinikasında psixiatr müşahidəsindədir. X4 “orta kəmağıllıq (imbesillik), kobud davranış pozuntuları və psixiotik daxilolmalarla” diaqnozu qoyulmaqla müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. X5 öz hərəkətlərini dərk etmək iqtidarında deyildir, ona məxsus hüquq vəzifələrin yerinə yetirilməsi üçün məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilərək üzərinə qəyyum təyin edilməlidir ki, qəyyum onun adından əqdlər bağlaya, həmçinin dövlət orqanlarında, idarə və təşkilatlarda onu təmsil edə bilsin. Həmçinin, ərizəçinin ailəsi kasıb olduğuna görə fəaliyyət qabiliyyətsiz elan edildikdən sonra X2 üzərində qəyyum təyin ediləcəyi təqdirdə Ərizəçi dövlət tərəfindən müavinət ödəniləcək və ərizəçi həmin məbləği də övladığının müalicə xərclərinə sərf edəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, müvafiq rəyi nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxs X5, onun barəsində verilmiş rəyə və ərizəyə heç bir etirazın olmadığını bildirdi. Mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri üzrə ünvan Bakı şəhəri, N.Məlikov küçəsi, ev 17 qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-ЖГ seriyalı 332585 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Ərizəçi, anası qrafasında X6 qeyd edilmişdir. Mülki işin materiallarında olan AA0608669 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 5 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1990-ci il təvəllüdlü X5 2011-ci ildən 5 saylı şəhər Poliklinikasında psixiatr müşahidəsindədir. X4 “orta kəmağıllıq (imbesillik), kobud davranış pozuntuları və psixiotik daxilolmalarla” diaqnozu qoyulmaqla qoyulmaqla müddətsiz 2-ci qrup əlillik dərəcəsi diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli (№ 4S6Z7S20007) qərarından görünür ki, xx.xx.1990-cı il tarixdə doğulan, ünvan 3 ünvanında qeydiyyatda olan X4 müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək zəmanəti barədə: “əmək qabiliyyətsiz”, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq imbesillik, kobud davranış pozuntuları və psixotik daxilolmalarla” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli 2898 saylı rəyindən görünür ki, xx.xx.1990ci il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X5 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir. Beləliklə, Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli (№ 4S6Z7S20007) qərarı ilə X4 müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi “əmək qabiliyyətsiz”, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq imbesillik, kobdu davranış pozuntuları və psixotik daxilolmalarla” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli 2898 saylı rəyində xx.xx.1990-ci il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X5 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllənin) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-259/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-259/2023
23.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver