Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2608/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "Azərişıq" X3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azərişıq" X2rşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq" X2rşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1094 (bir min doxsan dörd) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "Azərişıq" X3 nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(005)-800/2020 saylı qətnaməsi mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-800/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, "Azərişıq" X6 tərəfindən hesablanmış 1301,81 manat məbləğində əsas borc vəsaitinin abonent kodu **********B0092 olan İddiaçı hesabından silinməsi və elektrik enerjisinin ödənişini həyata keçirmək üçün maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, hazırda iddiaçının silinməsini tələb etdiyi 1094 manat borc onun hesabından (1301,81 manat məbləğin daxilində) silinmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. İddiaçı hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "Azərişıq" X2rşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2608/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2608/2020
03.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver