Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2610/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildə doğulmuş X6 onun oğludur. O, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də o, onu daim müalicə etdirir. Oğlu onun himayəsində yaşayır, anası xx.xx.2021-ci ildə vəfat etmişdir, oğlu uşaqlıqdan xəstədir, 2-ci dərəcəli əlildir, o, uşaqlıqdan psixi xəstədir, onun diaqnozu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli kəmağıllıq, uşaq autizmi, autizm nitq və davranış pozuntusu ilə vegetativ sinir sisteminin somatofarm disfunksiyası, NSD qarışıq tiplidir. Məhkəmə oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin etməli və onu psixi qüsuruna görə fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 264211 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, Fərzəliyeva soyadı verilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 336283 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydlər kitabında xx.xx.2003-cü il tarixdə 256 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Ərizəçi, ana qrafasında X5 qeyd edilmişdir. 5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ serialı, 241407 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixində ölmüş və bu barədə akt qeydlər kitabında xx.xx.2022-ci il tarixində 11 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi süd vəzisi, yuxarı-bayır kvadrantının xərçəngi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X6 xx.xx.2021-cı il tarixdə müayinə olunmuş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli kamağıllıq. Uşaq autizmi. Autizm nitq və davranışının pozuntusu ilə. Veqetativ sinir sisteminin somatoform disfunksiyası, NSD qarışıq tiplidir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti aparatının başçısı tərəfindən Ərizəçi ünvanlamış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 06.01 2003-cü il təvəllüdlü övladı X2 üzərində qəyyum təyin olunmağı üçün, O.Fərzəliyev məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hal-hazırda müraciətdə qaldırılan məsələnin həlli mümkün deyil. O.Fərzəliyev məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduqdan sonra müraciətinə yenidən baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 2108 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 2108 saylı rəyindən görünür ki, X3 «ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə» (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, nevroloji əlamətlər qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhail alsa da, elementar biliklərə yiyələnə bilməməsi, X4, X13 Xəstəlikləri Dispanserində müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olmas, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2610/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2610/2022
19.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver