Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2631/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh1 Vahid qızının "xxxx" MMC-yə qarşı mülkiyyətində olan mənzilə gələcəkdə zərər vurulmasına qadağa qoyulmasına dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 116 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 55,8 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 116 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 46,5 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 55,8 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 il müddətinə Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 qızma hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Vahid qızı "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 116 ünvanda yerləşən mənzilə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisənin olmadığını qeyd etməklə, işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 Vahid qızının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-2631/2023 saylı mülki işin icraatına xitam verilməisini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə artıq həll edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin qarşılıqlı iddiadan imtina qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərin ilk və qarşılıqlı iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, onların iddiadan imtina etmələri özlərinin subyektiv hüququ olub, onların iddiadan imtina etmələri hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ilk və qarşılıqlı iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh1 Vahid qızının "xxxx" MMC-yə qarşı mülkiyyətində olan mənzilə gələcəkdə zərər vurulmasına qadağa qoyulmasına dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2631/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2631/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver