Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2647/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil3, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Cavabdeh2” İctimai Birliyinin prezidenti X1 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı (“Cavabdeh2” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh adından verilmiş qərarların, imzalanmış sənədlərin etibarsız hesab edilməsi və qeydiyyat nömrəsi 03/681/3-14 saylı, xx.xx.2021-ci il tarixli dəyişikliklərin ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı (“Cavabdeh2” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh adından verilmiş qərarların, imzalanmış sənədlərin etibarsız hesab edilməsi və qeydiyyat nömrəsi 03/681/3-14 saylı, xx.xx.2021-ci il tarixli dəyişikliklərin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə vəsatət təqdim edilmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İnzibati prosessual Məcəlləsinin 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Məhkəmə iclasında işdə iştirak edən şəxslər ayrı-ayrılıqda vəsatətə etiraz etdiklərini bildirdilər. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaya qarşı verilmiş etirazı, mülki iş materiallarını nəzərdən keçirərək və işin hallarını tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı öz ərizəsində X1 qanunsuz sənədlər tərtib edərək özünü “Cavabdeh2” İctimai Birliyinin seçilmiş prezidenti kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə təqdim etdiyin və Birliyin prezidenti qismində səlahiyyətlərinin dövlət qeydiyyatına alınmasına nail olduğunu iddia edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarına əlavə edilmiş sənədləri təhlil edərək məhkəmə müəyyən edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi dəyişikliklər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsi tərəfindən şəxsin hüquq və vəzifələri ilə bağlı qəbul edilmiş inzibati akt olduğundan hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını və icra işini araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı (“Cavabdeh2” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh adından verilmiş qərarların, imzalanmış sənədlərin etibarsız hesab edilməsi və qeydiyyat nömrəsi 03/681/3-14 saylı, xx.xx.2021-ci il tarixli dəyişikliklərin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə qarşı (“Cavabdeh2” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh adından verilmiş qərarların, imzalanmış sənədlərin etibarsız hesab edilməsi və qeydiyyat nömrəsi 03/681/3-14 saylı, xx.xx.2021-ci il tarixli dəyişikliklərin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2647/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2647/2022
06.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver