Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2658/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" x4 nümayəndəsi x2 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" x3rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x3rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında 01 noyabr 2013-cü il tarixdə 118834-1-9609 nömrəli “x1” bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh “xxxxxxxx” (Azərbaycab) ASC “kredit alana”, yəni iddiaçıya 19107 ABŞ dolları məbləğində kredit verməyi, “kredit alan”, yəni iddiaçı isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadə etməyə görə “Banka” illik 19 (on doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri 01 noyabr 2013-cü il tarixli, 118834-16-13760 saylı ipoteka müqaviləsi və zaminlik müqavilə (lər) ilə təmin edilmişdir.Cavabdeh ASC ilə iddiaçı arasında 118834-1-9609 nömrəli, 01 noyabr 2013-cü il tarixdə “x1” bağlanmamışdan əvvəl iddiaçı həmin bankdan Azərbaycan manatı ilə pul vəsaiti götürməyə razılaşmışdır. Lakin qeyd olunan kredit müqaviləsi bağlandıqdan sonra iddiaçıya məlum oldu ki, bankın əməkdaşları ona ABŞ dolları ilə kredit götürməyinə dair müqavilə imzalatmışlar.Bankın iddiaçını aldadaraq, ona ABŞ dolları vəsaiti ilə verilən kredit müqaviləsinə imza etdirməkdə məqsədləri onun hesabına zənginləşmələri olmuşdur. Belə ki, bank sektorundan və onun işindən anlayışı olmayan vətəndaşlardan fərqli olaraq, 2015-ci ildən sonra ölkədə və dünyada baş verən maliyyə böhranını bankın əməkdaşları əvvəcədən proqnozlaşdıra və öz işlərini ona görə qura bilərdilər. Elə bunun da məntiqi davamı olaraq, iddiaçı qeyd olunan kredit məbləğini bankdan götürən anadək bankın işçiləri onu əmin etmişdilər ki, guya o, Azərbaycan manatı ilə kredit götürür. Lakin, sonradan iddiaçıya məlum oldu ki, imza çəkdiyi kredit müqaviləsi ilə iddiaçıya Azərbaycan manatı əvəzinə ABŞ dolları ilə pul vəsaiti verilmişdir. Cavabdeh ASC ilə iddiaçı arasında 118834-1-9609 nömrəli, 01 noyabr 2013-cü il tarixdə “x1” ilə iddiaçıya ABŞ dolları əvəzinə Azərbaycan manatı verilsə idi, hal-hazırda iddiaçı banka olan borcunu ödəmiş olardı və bankatəsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilərdi. Göstərilənlərə əsasən Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 118834-1 - 9609 nömrəli, 01 noyabr 2013cü il tarixli kredit müqaviləsinin və 01 noyabr 2013-cü il tarixli, 118834-16-13760 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 118834-1- 9609 nömrəli, 01 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 11313,20 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" x4 nümayəndəsi x5 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 118834-1-9609 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay, illik 19% olmaqla, 19107 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan «xxxxxxxx» (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 01.11.2013-cü il tarixli, 118834-16-13760 saylı ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan «Chevrolet» markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, avtomobilin dəyəri 21231 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1398/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ASC-nin xeyrinə cavabdeh İddiaçı cəmi 11283,20 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 11313,20 (on bir min üç yüz on üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo minik" markalı, qara metal rəngli, mühərrik F16D4428600KA,ban KL1TA69E9DB100191 olan ** FZ *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11313,20 (on bir min üç yüz on üç manat iyirmi qəpik) manat məbləğində borcun “Cavabdeh" ASCyə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2019 saylı, 16 may 2019cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - kredit borcunun tutulması hissəsində dəyişdirilməsi, iddiaçı “Cavabdeh" ASC-nin xeyrinə cavabdeh İddiaçı 10018,37 manat əsas borc, 1194,03 manat faiz borcu, 70.80 manat cərimə, cəmi 11283,20 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 11313,20 manat pul vəsaitinin tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.02.2020-ci il tarixli, 2(102)-1307/2020 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2019-cu il tarixli, 2(103)-12121/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “Cavabdeh" ASC ilə İddiaçı arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Hazırda iddiaçı kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının Bank ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə MMnin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh" x3rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x3rşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2658/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2658/2020
18.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver